Nadirdən oğluna qadağa - "Tüklü ayaqların ..."

Nadirdən oğluna qadağa - "Tüklü ayaqların ..."Müğənni Nadir Qafarzadə gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb.

Sonxeber.az xəbər verir ki, musavat.com-un suallarına cavab verən müğənni evə qapandığını bildirib:

"Cəmiyyət çox dəyişib. İndi nə böyüyə qulaq asan var, nə də kiçiyi görən. Zamanında isə biz böyüklərin sözünü eşidərdik və nəticə çıxarardıq. Mən də o vaxtlar tənqiddən nəticə çıxarmışam və bu gün Nadir Qafarzadə olmuşam. Hazırda hər kəs tərif eşitmək istəyir. Hamı konfet istəyir. Tənqidə alışmaq, qəbul etmək lazımdır. Susub evimdə oturmuşam. Şəhəri gəzməyə nə zaman çıxdığımı unutmuşam. Çünki bu mənim üçün maraqlı deyil. Kimi görəcəyəm? Tullanıb-düşən, qışqıra-qışqıra şəhərdə gəzən dar şalvarlı oğlanları? Qeyri-etik normalarla qarşılaşacağamsa, bunu görmək istəmirəm. Evimdə oturub, ev dustağı olmuşam. Əvvəllər Bakı daha maraqlı idi. Hazırda da şəhərimiz gözəldir, amma bu gözəlliyinin içində zibillik var. Bu zibilliyi təmizləmək lazımdır.

- O zibilliyi necə təmizləmək lazımdır?

- Düşünürəm ki, bunun üçün də gecikmişik. Çünki o "zibillərə" deyəndə ki, sən zibil yaradırsan, cavab verir ki, indi mənim zamanımdır. Sizin zamanınız getdi. Deməli, dövrümüzdəki normal sayılan hərəkət, davranış indiki nəsil üçün pis sayılır. Bizim nəslimiz indini qəbul edə bilmir. O zamanlar ən azından ayıbın nə olduğunu bilirdik. Qınaqdan çəkinirdik. İndi isə sosial şəbəkələri açanda görürsən ki, hamı soyunur. Bədənlərini kimə göstərirlər. biz onların lüt bədənlərini görməliyik? Mən uşağıma şort geyinməyi qadağan etmişəm. Şortu şəhərə geyinməzlər, dənizə, bağa geyərlər. Yekə kişilərin şort geyinməsini qəbul etmirəm. Zamanında bizə isti deyildi? O gün oğlum şortla idmana gedirdi, dedim, çıxart, şalvar geyin. Tüklü ayaqlarını kimə göstərirsən, sənin tüklü ayaqların kimə lazımdır? Gedib zalda şort geyib idman edərsən.

- Adətən deyirlər ki, indiki gənclər valideyn sözünə qulaq asmır. Sizin oğullarınız necə məsləhətlərinizə əməl edirmi?

- Şortu çıxarıb, şalvar geyindisə, deməli, qulaq asır. İndiyə kimi məni dinləyiblər. Bundan sonra necə olacaq, bilmirəm.

- Yeni mövsüm başlayır. Sizin hansı yenilikləriniz olacaq?

- Uzun müddətdir, geniş planlı klip çəkdirmirəm. planımda klip çəkmək var. Amma onu təmtəraqlı təqdim etməyəcəyəm. "Youtube" yükləyəcəyəm, tamaşaçılar izləyəcək. Əvvəllər maraq var idi, indi təqdimatlar maraqsızdır. Elə olub ki, 22 min manata klip çəkmişəm, amma pul qazana bilməmişəm. O pulun üstünə bir az da əlavə edib film çəkə bilərdim.

- Hazırda hər kəs film çəkir. Sizin də klip yox, film çəkmək fikriniz varmı?

-Film çəkmək istəmirəm, mənim işim deyil. Hər kəs öz işi ilə məşğul olsa, əla olar. Filmdə aktyor kimi rol ala bilərəm. Nə zamansa, özüm haqqında film çəkə bilərəm. Sənədli materiallara əsaslanan, real bir film olar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 4363   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21 aprel
.

Cavanşir Məmmədovun "dodaq uçuqladan" sərvəti GÖRÜN KİMƏ MİRAS QALACAQ? - VİDEO

"1988-ci ildən 2020-ci ilə qədər yaxşı pul qazanmışam". -a istinadən xəbər verir ki, bu sözləri "Xəzər" TV-də yayımlanan verilişlərdən birində Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni maddi imkanı yaxşı olduğunu bildirib və mal varlığını açıqlayıb:. "Mən kiminsə pulun

21 aprel
.

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Bu sözləri -a geniş müsahibəsində xalq artisti Faiq Ağayev deyib. O bildirib ki, biznesinin olmasını çox istəyir:. "Amma bacarmıram, tacirlik damarım yoxdur. Yaxın ətrafım deyir ki, hər şey sənin səs tellərin

26 aprel
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29 aprel
.

Cavanşir Məmmədovun vəsiyyəti: "Mən öləndə..." - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, 2 ay öncə iştirak etdiyi verlişdə qalmaqallı fikirlər səsləndirib. O, deyib: "Vəsiyyət etmişəm ki, məni kostyumda dəfn edin". Daha ətraflı videoda:

20 aprel
.

Cavanşir Məmmədovun ölümündə görün hansı MƏŞHUR GÜNAHKARDIR: ŞOK AÇIQLAMA

Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatını məşhur aparıcı ilə əlaqələndirib. -a istinadən xəbər verir ki, sənətçi qonaq olduğu teleproqramda ad çəkməsə də, bir aparıcını ittiham edib. "Mən elə insanam ki, nə varsa, onu da deyəcəyəm. O Cavanşirə böyük dərd verdi. Fırıldaqç

27 aprel
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26 aprel
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21 aprel
.

Məşhur müğənninin qohumu sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

Türkiyədə Ömər Öktem tərəfindən güllələnərək öldürülən Selin Yalının məşhur müğənni Yalının qohumu olduğu üzə çıxıb. xəbər verir ki, bu barədə "Ntv Haber" məlumat yayıb. Nəzarətə alınan Ömər Öktem qətli etiraf edib. Qeyd edək ki, Selin Yalının cənazəsi Maltəpə Mərkəzi Məscidində qılınan cüm

27 aprel