Ər arvadını lüt soyundurub GÖRÜN NƏ ELƏDİ - FOTO

Ər arvadını lüt soyundurub GÖRÜN NƏ ELƏDİ - FOTOQeyri-rəsmi yaşadığı xanımı Aida Tomarxanovaya qarşı zorakılıq nümayiş etdirən, ona ayağından xəsarət yetirən Ceyhun Mehrəliyev haqqında həbs-qətimkan tədbiri seçilib.

Sonxeber.az xəbər verir ki, bu haqda BakuPost.az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, C.Mehrəliyev hakim İlyas Mahmudovun sədrliyi ilə keçirilən proses zamanı məhkəmə zalında həbs olunub. Məhkəmə gələn həftənin çərşənbə gününə kimi ertələnib.

Məlumat üçün bildirək ki, Ceyhun Mehrəliyev qeyri-rəsmi nikahda olduğu, 3 yaşlı qızı Dənizin anası Aida Tomarxanovaya amansız işgəncələr verib. İşgəncələrə məruz qalan qadın ərinin əlindən çətinliklə qurtulub: "Məni lüt soyunmağa məcbur etdi. Sonra döydü, bıçaqla xəsarətlər yetirdi. Başı qarışan kimi qaçdım. Ayağımdan qan axdığından sürünürdüm. Bu vəziyyətdə yola qədər gedə bildim. Bəlkə də Allah ölməyimə imkan vermədi, yolda qarşıma bir nəfər çıxdı. Həmin adam öz paltarını mənə verdi, mənim polisə gəlməyimə kömək elədi. Polislər məni xəstəxanaya apardılar, bir müddət müalicə olundum. Yenidən sığınacağa gəldim. Yara izlərini ekspertiza etdilər, az ağır xəsarət aldığımı deyirlər. Fevraldan bəri sığınacaqdan bayıra çıxa bilmirdim, məni öldürəcəyindən qorxuram. İndi də sığınacaqda çalışanları təhdid edir. Sosial şəbəkədə şəkillərimi paylaşıb, "fahişəni tanıyın" yazıb. Sonra da barışmaq üçün adamlar göndərir. O, heç kimdən qorxmur".

Onu da deyək ki, keçmiş ər dəfələrlə Aida Tomarxanovanı və təşkilatın rəhbəri, hüquq müdafiəçisi Mehriban Zeynalovanı açıq-aşkar təhdid edib. C.Mehrəliyevə Cinayət Məcəlləsinin 127.2.2. (xüsusi amansızlıqla, zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) cinayət işi açılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 6207   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda 55 yaşlı qadının meyiti tapıldı

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb. "Trend" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü Lalə Əliyevanın meyiti aşkarlanıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

4 may
.

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

27 aprel
.

Dördüncü mərtəbədən düşərək faciəvi şəkildə ölən dördaylıq Aylanın FOTOLARI

Ötən gün Bakıda çoxmərtəbəli binadan düşərək hadisə yerində ölən körpənin sosial şəbəkələrdə görüntüləri yayılıb. -a istinadən bədbəxt hadisənin qurbanı olan Aylanın fotolarını təqdim edir:. Məlumat üçün bildirək ki, hadisə Bakının Sabunçu rayonunda "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb

28 aprel
.

Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini

1 may
.

Bakıda gənc oğlan sürücüyə bıçaq çəkib maşınını oğurladı

Bakıda sürücü bıçaqla hədələnərək avtomobili əlindən alınıb. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsinə mayın 2-si saat 3 radələrində Rüfət adlı şəxsin Bakı şəhər sakini olan bir nəfəri bıçaqla hədələyib onun "Renault" markalı avtomobilini quldurluq yol

4 may
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

4 may
.

İlahiyyat İnstitutunun gənc məzunu vəfat etdi

Azərbaycanda İlahiyyat İnstitutunun keçmiş tələbəsi vəfat edib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun təhsil göstəricilərinə görə fərqlənən gənc məzunu Günel Aslanova uzun sürən xəstəlikdən sonra vəfat edib

28 aprel
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğında

28 aprel
.

Qaradağda quyudan meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda neft məhsullarının tullantıları olan quyuda kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətini

1 may