Zakir Həsənovdan hərbiçilərə CİDDİ TAPŞIRIQ - "VURUN"

Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də, təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib.
Sonxeber.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Silahlı Qüvvələrin 2017-ci qış tədris dövründə xidməti döyüş fəaliyyətinin nəticələri" mövzusunda məruzə ilə çıxış edib.

Təlimlərin nəticələrini də təhlil edən müdafiə naziri bildirib ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən müdafiə naziri təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti hərbi cinayəti, ordumuzun bölmələrinin uğurlu əks-hücumu nəticəsində ərazilərimizin bir hissəsinin azad edilməsi barədə səsləndirdiyi fikirləri və toxunduğu bir sıra digər məsələləri iclas iştirakçılarının diqqətinə xüsusi olaraq çatdıran nazir Silahlı Qüvvələrin gündəlik fəaliyyətində qeyd edilən məsələlərin rəhbər tutulmasının vacibliyini vurğulayıb.

General-polkovnik Z. Həsənov bildirib ki, Ali Baş Komandanın Dağlıq Qarabağ problemi ilə əlaqədar səsləndirdiyi fikirlər ordumuz üçün tapşırıq, bütün şəxsi heyət üçün birbaşa əmrdir: "Azərbaycan Silahlı Qüvvələri ən müasir və keyfiyyətli silah və avadanlıqlarla təchiz olunub. Bu, Ali Baş Komandanın orduya göstərdiyi ən ali diqqət və qayğısıdır".

Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.

Kollegiya iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.
Zakir Həsənovdan hərbiçilərə CİDDİ TAPŞIRIQ - "VURUN"Zakir Həsənovdan hərbiçilərə CİDDİ TAPŞIRIQ - "VURUN"Zakir Həsənovdan hərbiçilərə CİDDİ TAPŞIRIQ - "VURUN"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4220   Tarix: 21 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi , Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakir

3 may
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel
.

Prezident: "Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub"

"Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusund

1 may
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

1 may