Kasıblar üçün tikilən ev yandı

Kasıblar üçün tikilən ev yandıRayonun "Plastik yaşayış massivi"ndə imkansız ailələr üçün tikilmiş şəhərcikdə birmərtəbəli ikiotaqlı evdə yanğın baş verib.

H.Məmmədov küçəsindəki evin dam hissəsində başlayan qəfil yanğın nəticəsində dam örtüyü yanaraq içəri töküldüyündən ev əşyaları da tamamilə yanıb. Dərhal hadisə yerinə gələn FHN-in yanğınsöndürənləri alovun bitişik tikilmiş evlərə keçməsinin qarşısını alıb və yanğını söndürüblər.

Ev sahibəsi 27 yaşlı Cəmalə Xəlilova bildirib ki, həyətdə iş görərkən evin damının qəfildən alovlandığını görüb. Onun dediyinə görə, xoşbəxtlikdən 4 azyaşlı uşağı da onunla birgə həyətdə imiş. Cəmalə Xəlilovanın həyat yoldaşı Hüseyn Xəlilov isə ağır vərəm xəstəsi olduğundan yaxınlıqdakı xəstəxanada yatırmış.

Bu ev Xəlilovlara dövlət tərəfindən imkansız ailə kimi müvəqqəti yaşayış üçün verilibmiş. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal edilsə də FHN-in Muğan Regional İdarəsinin əməkdaşları tərəfindən təhqiqat işlərinə başlanılıb./ virtualaz.org/


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 478   Tarix: 27 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəlbəcərin Baş planı təsdiqləndi

"Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarda göstərilib ki, Baş planın hazırlanmasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınıb

2 may
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

2 may
.

Sürücülər üçün VACİB AÇIQLAMA : İyulun 1-dən bu avtomobillər taksi kimi fəaliyyət göstərə biləcək

Nazirlər Kabinetinin qərarı ilə taksi minik avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır. Bu qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Eyni zamanda buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Bu isə öz növbəsində nə qədər insanın taksi kimi fəaliyyət göstərməməs

2 may
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

2 may
.

Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - ANBAAN VİDEO

Dünən Bakıda iki yük maşınının alışaraq yanması barədə məlumat vermişdik. -in "qaynar xətti"nə daxil olan görüntüdən məlum olur ki, yanan TIR-ların birində yatan sürücü son anda xilas olub. Belə ki, kənardan TIR-ın alışdığını görən digər sürücü yanan yük maşınında yatan sürücünü oyadıb. Bunda

2 may
.

Bakıda gənc qızı avtomobil vurub

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Maştağa yolunda qeydə alınıb. 1998-ci il təvəllüdlü Məryəm Xanzadə qızı İlqarzadəni yolu keçərkən avtomobil vurub. Yaralı sağ baldır sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Faktl

3 may
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

2 may
.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar"

3 may
.

"Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" - Ekspert

İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliye

2 may