Azərbaycanda müğənniliklə gündəmə gələn baş redaktor danışdı: İki universitet bitirmişəm

Azərbaycanda müğənniliklə gündəmə gələn baş redaktor danışdı: İki universitet bitirmişəmMüğənnilik fəaliyyəti olduğu deyilən "42-ci paralel" jurnalının baş redaktoru Mehriban Məmmədzadə maşınının yararsız vəziyyətə salınmasından danışıb.

Sonxeber.az bildirir ki, bu barədə BiG.AZ saytına danışan baş redaktor müğənnlik fəaliyyəti ilə bağlı, eləcə də jurnalistika təhsilinin olub-olmaması barədə geniş açıqlama verib: "Heç də yazılanlar həqiqəti əks etdirmir. Müğənnilik sadəcə mənim hobbim olub. Peşəkar şəkildə məşğul olmamışam. Bir neçə klipim var, bir neçə mahnım var. İki universitet bitirmişəm. Bakı Dövlət Universitetinin filologiya fakultəsini, İncəsənət universitetinin də musiqi fakultəsini bitirmişəm. Məhz incəsənətə marağım olduğu üçün oxudum mən İncəsənət Universitetini.

1995-ci ildən Dövlət Televiziyasında 5 il "Konstitusiya", "Qanun" verilişlərinin aparıcısı olmuşam. Sadəcə olaraq şou biznes adamı olmaq istəməmişəm. Çünki şou biznes adamları toylardan, şənliklərdən gəlir əldə edir deyə mən o yolu tutmamışam. Sonradan isə jurnalistika fəaliyyətimi davam etdirmişəm.

Barəmdə yazılar yer alır ki, güya müğənnilikdə bəxtim gətirməyib. Xeyr, elə deyil. Bir ailəyə daxil olmamış o ailənin necə bir insanlardan ibarət olduğunu bilə bilməzsən. Mən də müğənnilik sahəsində özümü görmədiyim üçün jurnalistika fəaliyyətimi davam etdirmək qərarına gəldim. Müğənnilik üçün səsim də, xarici görünüşüm də buna imkan verir. Sadəcə istəmədim.

O ki qaldı maşınıma zərər vurulması ilə bağlı məsələyə. Mənim konkret olaraq şübhələndiyim şəxs yoxdur. Nə də düşmənçilik etdiyim şəxs yoxdur. Sadəcə olaraq həmin şəxslərin qanun qarşısında cavab verməyini istəyirik. Nəzarət kameraları həmin şəxsi mütləq şəkildə lentə alıb amma görüntülərin əldə olunması üçün işlər görülmür. Mən bununla bağlı 102 xidmətinə də müraciət etmişəm.

Əldə etdiyim digər məlumata görə isə orada başqa şəxslərin də maşınlarına xəsarətçilik yetiriblər. Təkərlərin partladıblar. Həmin şəxslərin artıq təkrar əməlləridir bu. Ümidvaram ki, maşınıma zərər verən şəxslər qanun qarşısında cavab verəcək".

Xatırladaq ki, "42-ci paralel" jurnalının baş redaktoru Mehriban Məmmədzadənin müğənnilik karyerasının olması ilə bağlı xəbəri Azxeber.com saytı yayıb.

BiG.AZ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1629   Tarix: 13 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021