Baş ağrısı 40-a yaxın xəstəliyin əlaməti ola bilər

Baş ağrısı 40-a yaxın xəstəliyin əlaməti ola bilərHəmin əlamətlər yarananda ağrılar əsasən səhər vaxtına təsadüf edir

Son vaxtlar baş ağrılarından şikayətlənməyən yoxdur, az qala əhalinin üçdə ikisi həmin problemlə əlaqədar narahatlığını bildirir. Azərbaycan Tibb Universitenin Tədris Cərrahiyyə Klinikasının həkim-nevropatoloqu Yeganə Rəşidova universitetin mətbuat xidmətinə bu barədə müsahibə verib.

Həkim-nevropatoloq deyib: "Son vaxtlar müraciətlərin çoxu baş ağrıları ilə əlaqədardır. Demək olar ki, bütün yaş təbəqələrində, necə deyərlər, 7-dən 77-yə hamı baş ağrısından şikayətlənir.

Baş ağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilir. Amerikalı alimlər ən çox hansı xəstəliklə bağlı həkimə müraciət edilməsi barədə araşdırma aparıblar. Məlum olub ki, müraciətlərin 70 faizini baş ağrıları təşkil edir. Bunun üzərinə xəstələrin özlərini evdə müalicə olunduqlarını, həkimə müraciətdən qorxma hallarını və digər məsələləri də gəlsək, onda xəstələrin müraciətini əks etdirən həmin rəqəm bir qədər də artar.

Baş ağrısı zamanı aptekdən dərmanı alıb atmaq düzgün deyil, mütləq həkim müayinəsinə ehtiyac var. Əgər həmin ağrılar həftədə iki dəfə narahatlıq yaradırsa, nevropatoloqa müraciət etmək lazımdır".

Həkim-nevropotoloq müsahibə zamanı daha sonra deyib: "Baş ağrısının səbəbləri müxtəlif olur. Məsələn, xroniki və kəskin travmalar, infeksion xəstəliklər nəticəsində yaranan ağrılar var. Həcmli törəmələr, yəni şiş xəstəlikləri zamanı da baş nahiyəsində ağrılar əmələ gəlir. Həmin əlamətlər yarananda ağrılar əsasən səhər vaxtına təsadüf edir, adətən ürəkbulanma və qusma ilə müşahidə olunur. Damar mənşəli baş ağrıları isə əhali arasında geniş yayılmış miqren xəstəliyinin əlamətidir. Miqren xəstələrində adətən başın bir hissəsi kəskin ağrıyır və adi işıq zolağı, ani səs onlarda narahatlığa səbəb olur. Miqrendən əziyyət çəkənlərdə də qusma hallarına rast gəlinir. Arterial təzyiqin qalxması və enməsi nəticəsində də başda kəskin ağrılar yaranır. Bundan başqa, boyun yırtığı və osteoxondroz da baş ağrısına səbəb olur. Baş ağrıları müxtəlif ciddi xəstəliklərin göstəricisi ola bilər, xəstəliyə yalnız müayinələr nəticəsində düzgün diaqnoz qoymaq mümkündür. Ona görə də həkimdən qaçmaq yox, həkimə müraciət etmək və yaranan sağlamlıq problemi ilə əlaqədar iş-işdən keçəndən sonra yox, vaxtında yoxlanılmaq lazımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1757   Tarix: 17 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamilə qadınların boyu niyə qısalır? – İZAH

Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir. xəbər verir ki, bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb. Həkim prosesi belə izah edir:. "Qadının bətnindəki uşaq daim böyüyür və onu kifayət qədər yerlə təmin etmək üçün qadı

14 aprel
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

7 aprel
.

Ürək xəstəliyi riskinizi öyrənin! - Baş barmaq testi

Təcili yardım həkimi Dr. Co Uvittinqton sosial şəbəkədə paylaşdığı sadə bir testlə gündəmə gəlib. O, bu testin təhlükəli ürək xəstəliklərindən birinin əlamətini üzə çıxardığını bildirib. Yale kardioloqları tərəfindən icad edilən "baş barmaq-ovuc testi"nin aorta problemləri barədə bir çox məluma

12 may
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

7 aprel
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21 aprel
.

Yüksək təzyiq bu təhlükəli xəstəliyi yaradır

Hipertoniyanın daha bir təhlükəsi sübut olunub. "Medicina" xəbər verir ki, Boston Universitetinin alimləri qadınlarda miomanın, uşaqlığın xoşxassəli şişinin bir səbəbinin yüksək təzyiqdə olduğunu sübut ediblər. Tədqiqatda miomasız 2570 qadın iştirak edib. Onların sağlamlığı və təzyiqləri anali

14 may
.

Hansı su daha sağlamdır? - Qazlı, mineral, yoxsa...

Bəzi insanlar çox su içməyin orqanizmə zərərli olduğunu düşünür. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, bədən müntəzəm olaraq kifayət qədər su qəbul etməlidir. Bəs, hansı suyu - qazlı, mineral və ya adi suyu istehlak etmək daha yaxşıdır?. Qazlı su. Qaz suyu içməzdən əvvəl qaz

4 may
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20 mart
.

Müalicəvi Masajın insan Sağlamlığına xeyirləri

Masaj Bütün bədənin başdan başa ən azı bir saat masaj edilməsi insanın immunitetini artırır, ürək qan damar sisteminin işini rahatlaşdırır, qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Dərinin təravətli olmasına səbəb olur. Masaj olunan sahələrdə qan dövranı sürətlənir, qan dövranına mane olan hissəcikləri

24 mart