Arıqlamaq üçün limonlu su için
Arıqlamaq üçün tətbiq olunan olduqca çox üsul mövcuddur ki, onlardan bəziləri hətta orqanizm üçün təhlükəlidir.
Ancaq faydalı və doğru olan üsullar da var ki, suyun içinə limon şirəsi əlavə edərək içilməsi də bunlardan biridir. 2008-ci ildə Sugiyama Jogakuen Universitetində (Yaponiya) bununla bağlı keçirilən bir araşdırma limonun tərkibindəki polifenolların çəki itirilməsinə yardımçı olduğunu göstərib. Baxmayaraq ki, ancaq limondan ibarət olan diyet məsləhət görülmür. Limonlu su içmək isə bədənin susuzlaşmasının qarşısını almaq üçün ən yaxşı üsul hesab olunur.
Bəs arıqlamaq üçün limonlu suyu düzgün şəkildə necə içmək lazımdır?
1-ci addım
Fincana qaynar su tökün və ona bir xörək qaşığı təzə sıxılmış limon suyu əlavə edin. Bir fincan səhər, bir fincan axşam - yatmazdan əvvəl için. Limon suyu sidikqovucu xüsusiyyətə malikdir ki, bu da qaraciyər və böyrəklərin fəaliyyətinə müsbət təsir təsir göstərir.
2-ci addım
Vərdiş etdiyiniz qazlı və şirin içkiləri və ya kalorili kofe kokteyllərini sərin limonlu su ilə əvəz edin. Əgər çəki itirmək istəyirsinizsə, orqanizmdə su balansının tənzimlənməsi çox vacibdir, çünki emal olunmuş içkilər orqanizm üçün olduqca zərərlidir.
3-cü addım
Bir çox dəfə istifadə oluna biləcək butulkanı su ilə doldurun, içinə bir neçə dilim limon, bir və ya iki nanə budaqcığı əlavə edin. Bütün gecəni soyuducuda saxlayın. Səhər limonu və nanə yarpaqlarını götürün və alınan turş suyu gün ərzində için.
4-cü addım
Hər yeməkdən 15-20 dəqiqə əvvəl 8 unsiya (təxminən 240 ml) limonlu su için. Bu sizdə doyumluluq hissi yaradacaq və yemək porsiyalarının miqdarını nəzarət altında saxlamağa imkan verəcək. Bir çox insan susuzluğu aclıqla qarışdırır, bu səbəbdən də nizamlanmış su mübadiləsi sizə iştahınızı kontrol altında saxlamağa yardımçı olacaq.
Xəbərdarlıq
Heç vaxt limonlu suyu 24 saatdan artıq saxlamayın, bu, orqanizmin qeyri-sağlam yüklənməsinə gətirib çıxarar.
Faydalı məlumatlar
Limon suyunu buz üçün nəzərdə tutulmuş xüsusi formalarda dondurun və içməli suyunuza limon buzunu əlavə edin.
Bunun üçün sizə nələr lazım olacaq:
- Təzə limonlar
- İti bıçaq
- Şirəçəkən maşın
- Fincan
- Qaynar su
- Çox istifadə oluna biləcək su butulkası
- Təzə nanə (istəkdən asılı olaraq)
- Buz üçün forma (istəkdən asılı olaraq).//saglamolun.az
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3713 Tarix: 08 avqust 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Görmə qabiliyyətini yaxşılaşdıran 12 qida (SİYAHI)
Gözlər üçün faydalı qida maddələri - sink, omeqa-3 yağ turşuları, A və C vitaminləri - yaşla bağlı xəstəliklərin riskini azaltmağa kömək edir. Lazımi maddələrin hamısını qidalardan almaq mümkündür. Qaynarinfo xəbər verir ki, "Very Well Health" görməni yaxşılaşdırmaq üçün nə yemək lazım olduğun
12 dekabrSolğun sifət nadir xəstəliyin əlaməti ola bilər – XƏBƏRDARLIQ
Sizin üçün adi olmayan üz solğunluğu təkcə yorğunluq əlaməti olmaya bilər. Həkimlər xəbərdarlıq edirlər ki, bu, nadir qan xərçəngi növü kəskin mieloid leykozun mümkün simptomlarından biri ola bilər. bu xəstəliklə bağlı məlumatları təqdim edir:. Əgər üzünüzün "həddindən artıq solğun" göründüyün
7 dekabrDünyada sağalmaz xəstəlik sürətlə yayılır - onun nəticələri
Ümumdünya Səhiyyə Təşkilatı peyvəndlənmənin aşağı səviyyəsinə görə həyəcan təbili çalır. Dünyada qızılca halları sürətlə artır: yalnız ötən il 11 milyon yoluxma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, bir çox regionlarda peyvəndləmə səviyyəsinin çox aşağı olması səbəbindən qızılcanı
7 dekabrQəhvə Altsheymer xəstəliyindən xilas edə bilər - Yeni ARAŞDIRMA
Bir qrup rusiyalı alim təbii pirokatexin antioksidantı əsasında Altsheymer xəstəliyinin müalicəsinə yaxşı təsir göstərən yeni molekullar aşkarlayıb. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası bildirib. Qeyd olunub ki, alimlər Altsheymer xəstəliyinin inkişafında vacib rol oynayan butirilxolinesterazanı
7 dekabrİtalyan uzunömürlülüyünün sirri: Qədim genlər...
Alimlər italyan uzunömürlülərinin uzunömürlülüyünün sirrinin təkcə həyat tərzi və Aralıq dənizi pəhrizi ilə deyil, həm də ovçu-yığıcıların qədim genetik irsi ilə əlaqəli ola biləcəyini aşkar etdilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "GeroScience" jurnalında dərc olunub. Beynəlxal
17 dekabrSifilis geri döndü: Keçən əsrdən qalma infeksiya niyə yenidən güclənir?
Buna görə sifilis mümkün qədər tez müalicə olunmalıdır. Görünür, sifilis çoxdan unudulmuş və bizə yalnız tibb dərsliklərindən məlum olan bir xəstəlikdir. Onilliklər ərzində bu infeksiya həqiqətən keçmişin qalığı hesab olunurdu, lakin illərlə azalmadan sonra sifilis səssizcə yenidən canlanır. -ın xaric
21 dekabrQış aylarında göz quruluğu və infeksiyalar artır - Həkimdən xəbərdarlıq
Qış aylarının başlaması ilə soyuq hava, külək və qapalı məkanlarda yaranan quru mühit göz sağlamlığına mənfi təsir göstərməyə başlayıb. türk mediasına istinadən xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis, Dr.Faik Engin Azman bu dövrdə göz quruluğu, infeksiyalar və rəqəmsal ekran istifadəsi il
15 dekabr