Görmə qabiliyyətini yaxşılaşdıran 12 qida (SİYAHI)

Görmə qabiliyyətini yaxşılaşdıran 12 qida (SİYAHI)Gözlər üçün faydalı qida maddələri - sink, omeqa-3 yağ turşuları, A və C vitaminləri - yaşla bağlı xəstəliklərin riskini azaltmağa kömək edir. Lazımi maddələrin hamısını qidalardan almaq mümkündür.

Qaynarinfo xəbər verir ki, "Very Well Health" görməni yaxşılaşdırmaq üçün nə yemək lazım olduğunu araşdırıb.

Balıq - Somon və ton balığı kimi balıqlarda iltihabəleyhinə və antioksidant təsirə malik olan omeqa-3 yağ turşuları var. Xüsusi növ omeqa-3 - DQK (dokozageksaen turşusu) - tor qişanın tərkibinə daxildir və oksidləşmə zədələnməsini azaltmaqla, qan dövranını yaxşılaşdırmaqla görməni dəstəkləyir. Araşdırmalar omeqa-3-lə zəngin qidalanmanın yaşa bağlı makula degenerasiyası (mərkəzi görmənin itirilməsi) və katarakt riskinin azalması ilə əlaqəli olduğunu göstərir.

Çərəzlər və toxumlar - Qoz, badam, pikan qozu və günəbaxan toxumu E vitamini ilə zəngindir və gözləri oksidləşmə zədələnməsindən qoruyaraq katarakta və yaşa bağlı makula degenerasiyası (YMD) riskini azalda bilər. Fıstıq isə lütein və zeaksantin kimi karotinoidlərin çoxluğu ilə görməni dəstəkləyir.

Dənli paxlalılar - Noxud və mərcimək sink mənbəyidir. Araşdırmalar sinkin YMD diaqnozu olan insanlar üçün faydalı olduğunu göstərir. Sink A vitaminini qaraciyərdən tor qişaya daşıyaraq qoruyucu melanin piqmentinin yaranmasına kömək edir, bununla da gecə görməsinin pisləşməsi və kataraktın inkişafı riskini azaldır.

Sitrus meyvələri - Portağal, qreypfrut, mandarin və limon C vitamini ilə zəngindir. Bu vitamin sərbəst radikalların səbəb olduğu hüceyrə zədələnmələrindən gözləri qorumağa, hüceyrələrin bərpasına və yenilənməsinə yardım edir, yaşla bağlı görmə itkisinin qarşısını ala bilər.

Yarpaqı yaşıl tərəvəzlər - İspanaq, kələm və kolard kimi yarpaqı yaşıl tərəvəzlər lütein, zeaksantin, A, C və K vitaminləri ilə yanaşı antioksidantlar da ehtiva edir. Onların kifayət qədər qəbulu detallı mərkəzi görməyə cavabdeh olan makulanı qorumağa kömək edir.

Kök - Beta-karotinlə zəngin olan kök A vitamini üçün yaxşı mənbədir. Bu isə gecə görməsini və zəif işıqda görmə imkanını yaxşılaşdırır.

Şirin kartof - Şirin kartof beta-karotin və A vitamini baxımından daha zəngindir və gündəlik A vitamini normasının 200 faizindən çoxunu təmin edir. Bu, tor qişanın işıq şüalarını görməyə çevirmə qabiliyyətini dəstəkləyir və gözün qurumasının qarşısını alır.

Yumurta - Yumurta sarısı lütein və zeaksantin ehtiva edir və YMD kimi göz xəstəliklərinin inkişafını ləngidir. Tədqiqatlardan biri həftədə iki-dörd yumurta yeyən insanların YMD riskinin həftədə bir yumurta yeyənlərlə müqayisədə 62 faiz aşağı olduğunu göstərib.

Çiy bolqar bibəri - Bolqar bibərindəki antioksidantlar hüceyrə zədələnməsindən qoruyur və qan damarlarını möhkəmləndirməklə gözlərdə qan dövranını yaxşılaşdırır. C vitamini tərkibi də YMD riskinin azalması ilə əlaqələndirilir.

Balqabaq - Balqabaqdakı A və C vitaminləri gözləri qoruyur, "toyuq korluğu" adlanan zəif gecə görməsinin qarşısını alır və katarakta ilə YMD inkişafını ləngidə bilər.

Brokoli və brüssel kələmi - Brokoli və brüssel kələmi karotinoidlər və C vitamini daxil olmaqla faydalı maddələrlə zəngindir. Araşdırmalar gündə 500 milliqram C vitamini qəbulunun katarakt riskini təxminən 20 faiz azaltdığını göstərir. Brokolidəki beta-karotinin yüksək qəbulu isə katarakt riskinin 10 faiz azalması ilə əlaqələndirilir.

Su - Gözlər əsasən sudan ibarət olduğuna görə su balansının qorunması göz sağlamlığına birbaşa təsir edir. Susuzluq göz quruluğu, qıcıqlanma, müvəqqəti görmə bulanıqlığı və digər problemlərə səbəb ola bilər. Müalicə olunmayan davamlı quruluq görmədə dəyişikliklərə gətirib çıxara bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 804   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021