Bu il neçə mənzilə istilik veriləcək? - Rəsmi açıqlama

Bu il neçə mənzilə istilik veriləcək? - Rəsmi açıqlamaBu qış 3750 yaşayış binası yaşayış binası istiliklə təmin olunacaq.

Bu barədə "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib. R. Əliyev bildirib ki, ötən il istilik almayan 50 yaşayış binası isə bu mövsümdən mərkəzləşmiş istilik şəbəkəsinə qoşularaq istiliklə təmin olunacaq: "Hansı ki, bu binalar ötən il istilik ala bilmirdilər. Qeyd edim ki, ötən il 3700 yaşayış binasına istilik verilib. 2017/2018-ci illər payız-qış mövsümündə 3750 yaşayış binası istiliklə təmin olunacaq. o cümlədən 180,0 mindən artıq mənzil istilik alacaq".

R. Əliyev bildirib ki, bu mövsüm , 2800 məktəbin, 155 uşaq bağçasının, 155 səhiyyə müəssisəsinin və 900-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunması nəzərdə tutulubdur: "İstilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən etibarən başlanılacaq. Mövsüm ərzində cəmiyyətə məxsus 548 qazanxana istismar edilməsi ilə istilik təminatı həyata keçiriləcək".
Şöbə rəisi həmçinin qeyd edib ki, bundan başqa sakinlər tərəfindən müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə "Azəristiliktəchizat" ASC tərəfindən 956 saylı "Çağrı mərkəzi" istifadəyə verilibdir: "Bu da sakinlərin ərizə və şikayətlərinin qısa müddət ərzində araşdırılaraq istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin olunmasına şərait yaradacaqdır. Eyni zamanda "Azəristiliktəchizat" ASC-nin azeristilik.gov.az saytı vasitəsilə də vətəndaşlar elektron ərizə ilə müraciət edərək onları maraqlandıran suallara operativ cavab ala bilərlər. Sakinlər tərəfindən istilik haqlarının ödənilməsinin asanlaşdırılması məqsədi ilə bütün abonentlər kodlaşdırılaraq Azərbaycan Respublikası Mərkəzi Bankının kütləvi ödənişlərin mərkəzləşdirilmiş idarə sistemi olan hökumət ödəniş portalına və respublikada fəaliyyət göstərən ödəniş terminalları və portallarına qoşulubdur".
R. Əliyev bildirib ki, 2017-cı ilin təsdiq olunmuş tədbirlər planına əsasən istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənərək , nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib. Magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunubdur. Qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilibdir. Tədbirlər planına əsasən 538 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 403 odluq təmir olunub, 462 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunubdur. 1092 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, 20571 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 2264 ədədi əsaslı, 7474 ədədi cari təmir olunubdur. 144 ədədi isə yenisi ilə əvəzlənibdir. Magistral və məhəllədaxili İstilik xətlərində 9855 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 15482 m2 dam örtüyü təmir edilibdir. Bundan başqa 585 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 3 ton kationit materialları dəyişdirilibdir. İstilik təchizatı sistemində ən vacib və çətin sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülübdür. Belə ki, 1052 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılmış, 27.3 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunmuş, 569 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıbdır".

Mənbə: Movqe.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 872   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

4 may
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

4 may
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

4 may
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

4 may
.

Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Azərbaycanı

5 may
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

4 may
.

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərində yenilik edilib. Tarif Şurası tərəfindən elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib. -ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, istər elektrik, istərsə də qazpaylayıc

4 may
.

DYP-dən bu sürücülərə çağırış - Video

Baş DYP İdarəsi atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır. Atmosferin çirklənməsində, şübhəsiz ki, nəqliyyat vasitələrinin sayını

4 may
.

Hərbi təlimlər BAŞLADI: Müharibə OLACAQ? - ŞƏRH

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Bəs sözügedən təlimlər keçirilməsi nə ilə bağlıdır

6 may