Hava ilə bağlı əhaliyə mühüm xəbərdarlıq

Hava ilə bağlı əhaliyə mühüm xəbərdarlıq"Son onilliklərdə Bakı və Abşeron yarımadasında qış fəslində havanın orta minium temperaturunda dəyişikliklər baş verib".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun "İqlimşünaslıq və aqroiqlimşünaslıq" şöbəsinin aparıcı elmi işçisi Umayra Tağıyeva deyib.

"Abşeron yarımadasında soyuq hava dalğalarının tədqiqi və əhali üçün risklər " mövzusunda aparılan tədqiqat işi nəticəsində məlum olub ki, Bakıda 1991-2014-cü illərin qış aylarında havanın orta minimum temperaturu 1961-1990-cı illərlə müqayisədə dekabr ayında 0,4 dərəcə aşağı olub, yanvar ayında 0,2 dərəcə yüksəlib, fevral ayında isə cüzi azalma (-0,1 dərəcə) qeydə alınıb. U. Tağıyeva bildirib ki, qış aylarında mütləq minimum temperatur dekabr və fevral ayları üçün təzələnib. Belə ki, dekabr üçün 1964-cü ildə rekord göstərici olan -4,6 dərəcə şaxta 1997-ci ildə -5,5 dərəcə şaxta ilə yenilənib: "Fevral ayı üçün isə 1969-cu ildə qeydə alınan -9,6 dərəcə şaxta rekord göstərici 2012-ci ildə yenilənib və mənfi 11,0 dərəcə təşkil edib. Çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslində ən çox mənfi minimum temperaturlar fevral ayında qeydə alınır. Belə ki, 1961-2014-cü il aylar üzrə mənfi minimal temperaturların paylanması fevralda 44%, yanvarda 42%, dekabrda isə 14% təşkil edib. Ümumiyyətlə, Bakıda qış fəslində havanın temperaturunun 0 dərəcədən aşağı olduğu günlərin orta sayının azalması müşahidə edilir. Belə ki, qış fəslində şaxtalı günlərin orta sayı 1961-1990-cı illərdə 13,4 olubsa, 1991-2014-ci ildə bu rəqəm 12,4-ə düşüb".

Mənbə: APA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5267   Tarix: 19 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib. APA-nın məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub. Zəhərlənənlər arasında tələbələr də var. Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətində

7 may
.

Uşaqlarınızın şəkillərini paylaşmayın - Türkiyəli həkim

"Dörd yaşdan kiçik uşaqların foto və videosunu paylaşmaq qadağan edilməli və bunu edənlər cərimələnməlidir". xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin uşaq inkişafı və yuxu mütəxəssisi Melike Kızılel bildirib. O, xüsusən də yay aylarında uşaqların yarımçılpaq fotolarının paylaşılmasını

6 may
.

Nuranə Ələkbərova vəzifəsindən azad edildi

Orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir. xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb

7 may
.

Bu tələbələrə güzəştlər ediləcək

"Qarabağ Universiteti vacib layihədir. Həm hər bir azərbaycanlı, həm də azərbaycanlı təhsil işçisi üçün qürur mənbəyi olan layihədir. Burada texniki və menecment baxımından təxminən 10 ay ərzində bir ali təhsil müəssisəsini qurmaqdan danışırıq". APA-ya istinadən bildirir ki, bunu REAL TV-y

7 may
.

Ruhəngiz Musəvi: "Ailəmi Sevda dağıtmayıb"

"Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşünd

6 may
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

6 may
.

Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə "Koneks Construiction" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. xəbər verir ki, şirkət qurumu bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. "Koneks Construction"

7 may
.

Hərbi qulluqçunun vəzifələri artırılır

Hərbi qulluqçunun vəzifələri artırılır. APA-nın xəbərinə, bu, Mili Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bu vəzifələr sırasın

7 may
.

Hüseyn Həsənov Ədalət Şükürovun qızının toyunda

Rusiyada populyarlaşan bloger Hüseyn Həsənov Əməkdar artist Ədalət Şükürovun qızının toyunda iştirak edib. OLAY yazır ki, Hüseyn Jalənin xoş günündə yer alıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Jalə bir neçə gün öncə Ənvər adlı bəylə ailə qurub

7 may