Azərbaycanlı milyarderin oğlunun maşını satılır: 2 milyon... - FOTO

"Mardan Palace" otelinin bir tur şirkətinə borcu səbəbindən müsadirə edilənn azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxan İsmayılova məxsus avtomobil 15 günlük möhlət müddətində borc ödənilmədiyi satılacaq. Avtomobilin qiyməti 2 milyon lirədir (bugünki məzənnə ilə 928 min 800 AZN).

Antalyada 2009-cu ildə Telman İsmayılov tərəfindən 1,4 milyard dollara inşa edilən və2010-cu ildə "Dünyanən ən lüks oteli" seçilən "Mardan Palace"nin suyu təxminən 2 milyon lirə borc səbəbdən 15 gün əvvəl kəsilmişdi.
Müştəri qəbulunu dayandıran otel bu dəfə başqa bir borc səbəbindən gündəmə gəlib. Bir müddət əvvəl "ANS Tur" şirkəti borc səbəbindən məhkuməyə müraciət edib. Məlum olub ki, otelin şirkətə 465 min lirə borcu var. Şirkətin vəkillərinin tələbindən sonra Antalya İcra Dairəsi otelin açılışına Şaron Stoun, Riçard Gere, Şakira, Paris Hilton, Monika Bellucci kimi ulduzları gətirən və bu ulduzlardan bəzilərinin sürdüyü Sərxan İsmayılova məxsus 2008 model "Rolls-Royce Ghost" markalı avtomobili müsadirə edib.

Borcun ödənilməsi üçün qarşı tərəfin 15 gün vaxt istədiyini bildirən vəkil Fedra Perihan Savaşçı müddətin bitdiyini və pulun ödənilmədiyini bildirib. Bu səbəbdən Antalya İcra Dairəsinə satış üçün müraciət ediblər: "İcra Dairəsi tərəfindən satış üçün qiymətləndirmə aparılır. Mahının üzərində SGK-nın da müsadirə qərarı var. Həmin dövrdə Telman bəyin oğlu işlərə rəhbərlik edib və həmin vaxtın borclarına görə məsuliyyət daşıyır. Oğlunun adına olan borclara görə keçmiş SGK borclarına görə də tələbi ola bilər".

Vəkil borcun səbəbini də açıqlayıb: "ANS Tur" şirkətinin otelə müştəri gətirməkdən başqa onlarla şəxsi münasibəti də var. İşıqları kəsiləndə nağd pul veriblər və çek alıblar. Həmin pul da ödənilməyib. Antalya İcra Dairəsi sənədləşmə işlərini tamamladıqdan sonra satış tarixi açıqlanacaq".

///qaynarinfo
Azərbaycanlı milyarderin oğlunun maşını satılır: 2 milyon... - FOTOAzərbaycanlı milyarderin oğlunun maşını satılır: 2 milyon... - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3648   Tarix: 20 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədə əməliyyat keçirildi: 364 min manatlıq mənimsəmə üzə çıxdı

"Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Ba

3 may
.

Çimərlik mövsümü başlamasına az qalıb: "Elə ərazilər var ki, çirkab sular bir başa Xəzər dənizinə tökülür" - Ekoloq

Çimərlik mövsümünün başlanmasına çox az qalıb. Önümüzdəki 3 ayın çox isti keçəcəyini nəzərə alsaq, sakinlər bu aylarda dincəlmək üçün ilk növbədə də dəniz kənarı, çimərliklərə üz tuturlar. Amma bəzi çimərliklərində suyun natəmizliyi insanları narahat edir. Xəzər dənizinin çirklənməsənin səbəbi nədir

3 may
.

İcra başçısından mikrofonla danışmasını istəyən əlil CƏZALANDIRILDI

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin Muradxanlı kəndində keçirilən qəbulundan sonra iştirakçılardan biri saxlanılıb. "Qaynarinfo"ya istinadla xəbər verir ki, həmin şəxs kəndin 1961-ci il təvəllüdlü sakinidir və fermerdir. İkinci dərəcəli əlil olan həmin şəxs Elçin Rzaye

3 may
.

"Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb" - Əhməd İsmayılov

"Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması eyni zamanda cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb". "Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusund

3 may
.

Ağdamın qara günlərinin şahidi, azadlığının RƏMZİ - VİDEO

Ağdamın qara günlərinin şahidi olan Ağdam Cümə Məscidi indi buranın işıqlı günlərinə şahidlik edir. 3 əsrlik ağdamlıların ibadət yeri olan məscid tarixin bütün mərhələlərində Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən biri olub. Ağdam Ermənistan ordusunun işğalına düşdükdən sonr

3 may
.

"Qeyri-rəsmi nikahda yaşayırdılar, atam öləndən sonra evimizi almaq istəyir"

Gəncə sakini, 1987-ci il təvəllüdlü Alik Rzayev atası ilə qeyri-rəsmi nikahda yaşamış qadının ailəyə məxsus evi ələ keçirmək istədiyini bildirir. "Qafqazinfo"ya müraciət edən A.Rzayev atası Mədəd Rzayevin həmin qadınla rəsmi nikahının olmadığını, sənədlərin saxtalaşdırıldığını iddia edir. O

3 may
.

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev aclıq aksiyasına başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onunla mayın 2-də görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev "Amerikanın Səsi"nə bildirib. Qeyd edib ki, Hacıyev mayın 1-dən etibarən 13 saylı Cəzaçəkm

3 may
.

Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilib? - AÇIQLAMA

Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilməsi ilə bağlı iddialar sosial şəbəkədə paylaşılıb. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. -ın sorğusunu cavablandıran Komitə rəsmisi İbrahim Mirzəyev bildirib ki, birinci mərhələ üzrə püşkatmada

3 may
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

3 may