Lotu Quli: "Oğru şərəfi mənim üçün hər şeydir"

Lotu Quli: "Oğru şərəfi mənim üçün hər şeydir"Ötən gün 21 illik həbs həyatından sonra azadlığa qovuşan Nadir Səlifov - Lotu Quli ciddi şəkildə müzakirə olunmaqdadır. Rusiya mediasının xüsusi təhlillərlə bu azadlığa reaksiyası isə daha maraqlıdır. Lotu Quliyə Ded Xasan və Rövşən Lənkəranskidən sonra güclənən kriminal savaşı bitirəcək yeganə şəxs kimi baxılması gənc yaşından işlədiyi cinayətlə türməyə düşən, faktiki olaraq ömrünün az qala yarısını həbsdə keçirən, elə türmədə də məşhurlaşan və "taclandırılan" bu şəxsə diqqətləri cəmləyir.
1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulan
məhz "Quli" adlanması isə heç də Azərbaycan dilindəki "Qulu" adından irəli gəlmir. "Quli" - gürcücə "ürək" deməkdir və Nadir ürəkli, cəsarətli olduğu üçün gənc yaşında bu ləqəblə tanınıb.

Nadir Səlifov 1996-cı ildə Azərbaycanda həbs olunub. Qulinin vəkillərinin sözlərinə görə, o, həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. O, xüsusilə ağır cinayətlərdə, o cümlədən qətldə, mütəşəkkil cinayətkar qrup yaratmaqda və quldurluqda ittiham olunub. Qulini 15 il müddətinə azadlıqdan məhrum etmişdilər.

Qulinin həbs müddəti azaldığı bir vaxtda qardaşı Müşfiq Səlifov da həbs edilmişdi. Rəsmi məlumata görə, voleybol oyununa baxmağa gələn universitet tələbəsi M.Səlifovun üstündən tapança tapılmışdı. M.Səlifovun həbsindən sonra Azərbaycanın bir neçə həbsxanasında "qiyama cəhd" oldu ki, bu işdə də rəsmilər Qulini sorumlu tuturdular.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açıldı. Quliyə və daha bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələb etdiyinə görə ittiham irəli sürüldü.

Quli bu maddələri qondarma, onun "oğru" adına ləkə gətirmək cəhdi kimi qiymətləndirərək, qətiyyətlə rədd edirdi. 2005-ci ilin oktyabr ayının 14-də baş tutan məhkəmə prosesində haqq-ədalət tərəfdarı olduğunu bildirmişdi: "Siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik..."

Nadir Səlifov həbsxanada narkotik satışı və istifadəsinə qarşı olub. Qapalı keçən məhkəmə prosesində bildirib ki, dustaqların, gənclərin taleyi önəmlidi:

"Bu məhkəmə prosesinin qapalı keçməsinin əleyhinə olmuşam. Çünki mənim gizlədiləsi heç nəyim yoxdur və mən düzəm. Mən bu gün Azərbaycanda yeganə qanuni oğruyam ki, Azərbaycan türmələrindəki sözübütöv dustaqların və gənclərin taleyi mənim üçün əhəmiyyətsiz deyil. Bu ilin payızında mənim "zon"lara bütün növ narkotikdən istifadənin qadağan olunması barədə "proqonum" olub. Və hər şey də bundan sonra başlayıb... Çünki mən həbsxanalarda narkotik satışında külli miqdarda pul əldə edənlər üçün əngəl yaratmışam. Mən qanuni oğruyam və mənim üçün oğru şərəfi hər şeydən üstündür".

2006-cı ilin iyununda Apelyasiya Məhkəməsində zorlama maddəsi Qulinin üstündən götürülüb. Məhkəmə həmçinin onun qapalı həbsxanada deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına qərar verib.

Məlumatlara görə, Quli ilə azərbaycanlı avtoritetlər arasında problem Bayıl təcridxanasından başlayıb. Belə ki, Quli oğru etiketlərinə zidd olaraq "böyük qardaş"- Sabirabadlı Hikmətə əl qaldırıb. Deyilənlərə görə, konfliktə səbəb qanuni oğruların Rusiyada biznes obyektlərinə nəzarət uğrunda mübarizəsi dayanırmış.

2009-cu ildə Hikmətin qətlini də Qulinin sifarişi hesab edənlər var. Qulini "oğru" hesab etməyənlər bir neçə il əvvəl, hələ Sabirabadlı Hikmətin sağlığında Moskvada 9 oğrunun toplaşdığı "sxodka"da qəbul edilən qərarı əsas gətirirlər. Həmin qərar Qulidən "oğru" adının alınması barədə olub. Bu şifahi qərar yazılı formada Azərbaycanın əksər "zon"larına paylanılıb. Bundan sonra kriminal aləmdə azərbaycanlılar arasında parçalanma dərinləşib, tərəflər çoxsaylı itkilər verib ki, öldürülənlər sırasında bir çox qanuni oğrular (Sabirabadlı Hikmət, Otar, Nardaranlı Mirseymur, Ağbaş Çingiz və sair...) da olub.

Quli və tərəfdarları təbii ki, bu qərarı qəbul etmir və onların da öz arqumentləri var. Çünki kriminal aləmdə bu cür mühüm məsələnin müzakirəsində ittiham edilən tərəf, yəni Qulinin də iştirak etməsi və "oğru" adının hansı səbəbdən ondan alınmasının izah olunması və özünü müdafiə etməyə şərait yaradılması vacibdir.

Lotu Quli hazırda ən nüfuzlu azərbaycanlı kriminal avtoritet sayılır.

Qeyd edək ki, Lotu Qulinin azadlığa buraxılması haqda məlumat dünən yayılıb. Onun azadlığa çıxdıqdan dərhal sonra ölkəni tərk edib, Gürcüstana getdiyini mediaya vəkili deyib. KİV isə onun İstanbula yollandığını iddia edib.

Mənbə: axar.az


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4168   Tarix: 25 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021