"Lotu Quli"nin gələcək PLANLARI: O, "oğru dünyası"nın yeni başçısı olacaq?

"Lotu Quli"nin gələcək PLANLARI: O, "oğru dünyası"nın yeni başçısı olacaq?"Oğru aləmi" Nadir Səlifovun ("Lotu Quli") 22 illik həbsdən sonra gözlənilmədən azad olunmasının şokunu yaşayır. 45 yaşlı Nadir Səlifov hazırda Türkiyənin İstanbul şəhərində öz ailəsi ilə birlikdədir və təbrikləri yalnız telefon vasitəsilə qəbul edir.

Rusiyanın kriminal və oğru aləmin ilə bağlı xəbərlərində ixtisaslaşan xəbər saytları "Lotu Quli"nin həbsdən azad olunmasını 2017-ci ilin əsas hadisəsi sayır və bu faktın doğuracağı effekti hesablamağa çalışır.

2000-ci illərdən bəri uzunmüddətli həbsdən sonra azadlığa çıxan 2 oğruya böyük hörmətlə baxılırdı – onlardan biri "Şakro Molodoy", digəri isə Yaponçik idi. Lakin oğru dünyasını fəth etmək onların heç birinə müyəssər olmadı. Yaponçikin maliyyə imkanı məhdud idi, Şakro isə bəxtsizliklə üzləşdi və yenidən həbsə atıldı. "Lotu Quli"nin onlardan bir böyük üstünlüyü var – o hələ gəncdir. Quli kimilər haqda adətən belə deyirlər: "vaxtında həbsə düşmüsən".

"Lotu Quli" yeni tip oğrudur. Onun arxasında hansısa briqada deyil, Rusiyadan Azərbaycana və Türkiyəyə qədər geniş transmilli şəbəkə dayanır.

Şakro yaxud Canqveladzenin iddialarına baxmayaraq, Rövşən Lənkəranskinin bütün imperiyası tam olaraq "Lotu Quli"nin nəzarətinə keçdi. Yalnız Rövşənin bacısı oğlu Zaur Əhmədov buna qarşı çıxıb və Quli ilə düşmən vəziyyətində olan yeganə şəxsdir.

Maraqlıdır ki, Qulinin həbsdən çıxdığı gün onun 11 sentyabrda Tbilisidə öldürülən yaxın adamı Elşən Məmmədovu qətlə yetirən şəxslər Sankt-Peterburqda saxlanıldılar. Həbs edilənlərdən biri Zaur Əhmədovun doğma qardaşıdır. Zaurun döyüşə ən yaxın adamlarını buraxması onun ağır durumda olmasından xəbər verir.

Bu gün bütün azərbaycanlı "qanuni oğrular" "Lotu Quli"nin tərəfində olsalar da, bu, heç də həmişə belə olmayıb. Az bilinən faktıdır ki, Quliyə "oğru" adı verənlər gürcü və yezidi kriminalitetlər olub. Ona 2000-ci ildə rustavili "oğrular" – Raul Kiriya (gürcü) və Şirəli Aslanov (yezidi) bu adı vermişdi.

"Ded Xasan"ın sözünə tabe olan azərbaycanlı "oğrular" isə həmişə "Lotu Quli"yə qarşı çıxıblar və buna görə onların çoxu uzun müddət yaşa bilməyib.

Yaxın müddətdə "Lotu Quli"nin əsas həll edəcəyi məsələlər Abxaziya kriminalitetinin rəhbəri Pıza ilə münaqişəsini həll etmək olacaq. Paralel olaraq, "Şakro Molodoy"un klanı da "Lotu Quli"nin güclənməsinə qarşı hərəkətə keçə bilər. Bu iki oğru heç zaman üz-üzə gəlməsələr də, onların arasında hər an münaqişə ola bilər.

Xüsusən "Şakro Molodoy"un əsas tərəfdarlarından olan nüfuzlu "oğru" Karo Parpaliya Nadir Səlifova müəyyən problemlər yarada bilər.

Artıq indidən məlumdur ki, "Lotu Quli" öz klanını formalaşdıracaq. Onun üstünlüyü odur ki, klan milli yaxud ərazi bölgüsü əsasında formalaşmayıb. Qardaşı Namiqlə yanaşı, bu gün "Lotu Quli"nin klanına Puxlıy, Kuşner, Nika, Qoça, Maçi və Merab Pipiya kimi fərqli millətlərdən olan "oğrular" daxildir.

Şakronun 2015-ci ildə yeni "oğru" adı verilməsini qadağan edən qərarından sonra "Lotu Quli" 2 nəfərə "oğru" adı verib. Onlar məhz "Lotu Quli"nin onlara ad verməsinə görə "oğru" sayılırlar. Bununla da, onun sözü "Şakro Molodoy"un qadağasından üstün olub.

Belə olan halda, qarşıda Səlifov qardaşlarının əsas məqsədinin "oğru dünyası"nda nəzarəti tam əllərinə alması ola bilər.

Namiq və Nadir ("Lotu Quli") Səlifov qardaşları, İstanbul.

Mənbə: modern.az


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3999   Tarix: 27 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021