Dünya xalqlarının qəribə elçilik adətləri

Dünya xalqlarının qəribə elçilik adətləriToy adətləri dünya mədəniyyətinin tərkib hissəsidir. Hər bir xalqın özqünəməxsus qız bəyənmə, elçilik, nişan, toyla bağlı adətləri var. Bu müxtəliflik həm coğrafi mövqedən, həm həyat tərzindən, həm də sitayiş edilən dindən asılı olaraq dəyişir.

Sonxeber.az modern.az-a istinadən dünyadakı maraqlı elçilik qaydaları barədə kiçik materialı təqdim edir.

Amerika hindularında oğlan bəyəndiyi qızı onun qardaşından istəməlidir. Hədiyyələrlə qız evinin qarşısına gələn gənc qapının önündə bəzən günlərlə qalır və bununla öz dözümünü nümayiş etdirir. Bu zaman qız evinin üzvləri gənci müxtəlif işlərin arxasınca göndərir, bəzən isə söyür və təhqir edirlər. Sınaqların sonunda qızın qardaşı onu evə dəvət edirsə, bu artıq razılıq əlamətidir.

İrokez hindularının adəti isə bir başqa cürdür. İrokezli gənclər valideynlərinin razılığını aldıqdan sonra qızın yanına öz elçilərini - keluvletanı göndərirlər. Balıqqulağından düzəldilmiş sırğalarla qız evinə gedən elçi qıza onunla evlənmək istəyən gənc haqda məlumatlar verir. Elçi cavab tələb etmədən oğlanın yanına qayıdır. Əgər qız "hə" cavabı vermək istəyirsə, onda kiçik qardaşını oğlanın yanına göndərir. Şad xəbərə görə qızın qardaşına maralın başı hədiyyə olunmalıdır.

Papuaslarda evlilik və elçilik məsələləri çox tez həll olunur. Belə ki, evlənmək istəyən gənc öz saçlarını tütün yarpaqlarının arasına qoyaraq özünə qalın siqar düzlədir. Siqarı yarısına qədər çəkən oğlan onu anasına verərək bəyəndiyi qızın adını çəkir. Ana isə siqarı həmin qızın evinə gətirərək, qıza verir. Əgər qız siqarı axıra kimi çəkərsə, bu, onun razılıq verməsi deməkdir.

Ermənilərdə qızı adətən oğlanın anası seçir. Qızın ailəsi haqda müfəssəl məlumat topladıqdan sonra o, bu barədə ailə başçısına xəbər verir. Sonra ailənin etibar etdiyi vasitəçi qadın qız evi ilə danışıqlar aparır və müsbət cavab gəldikdə elçiliyin vaxtı təyin olunur. Elçiliyə kişilər və bəyin anası, yaxud vasitəçi daxil olur. Elçiliklə bağlı müsbət cavab verildikdən sonra süfrəyə şirniyyat gətirilir.

İtaliyada qız və oğlan bir-birini sevib ailə həyatı qurmaq istəsələr, formal da olsa, elçilik adətlərinə riayət etməlidirlər. Belə ki, oğlan qızı onun atasından istəmək üçün sevgilisinin evinə gəlməlidir. Bu zaman o, mütləq özü ilə çaxır şüşəsi və gül dəstəsi də götürməlidir.

ABŞ-da elçilik və toy adətləri əsasən Avropa mənşəlidir. Keçmişdə oğlanlar evlənmək üçün qız evinə hədiyyə ilə gələrək, onun valideynlərindən razılıq istəyirdi. Müasir dövrümüzdə isə oğlan və qız sadəcə valideynlərini xəbərdar edib, xeyir-dua almaq üçün bu addımı atırlar.

Qaraçılarda isə qızın razılığı olmadan ərə verilir. Adətən, yetkinlik yaşına çatmadan ərə verilən qızlar üçün başlıqpulu tələb olunur. Bu pulu kim ödəyərsə, qız həmin şəxsə ərə verilir.

Azərbaycanda da zəngin elçilik adət-ənənələri var. İnanclara və adətlərə görə elçiliyə gecə getməzlər. Eyni zamanda, elçilərin qarşısına qoyulan çay razılıq alınmamış içilməz. Elçiliyə birinci qadınlar gedər, sonra kişilər...
Qız atası elə birinci elçilikdən razılığa gəlmir. Bunun üçün dəfələrlə qız evinə gedib-gəlmək lazımdır.

Qızın rəyi soruşulanda adətən susar. Susmaqsa, razılıq əlamətidir - deyərlər. Ancaq yenə qəti söz deməz. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməlidir.

Əgər kiçik elçilikdə ilkin razılıq artıq alınıbsa, elçilər müsbət söz eşitməyə təkid etməlidirlər. Bu zaman ata qızın anasını çağıraraq hamının yanında bir də ucadan onun və qızın fikrini soruşar. Qadın isə adətə görə ata fikirinin əsas olduğunu deyərək susar. Ananın rəyi soruşularkən elçilər olan otağa qadınlar da daxil olurlar. Ananın sözündən sonra ata hamının yanında "Allah xoşbəxt eləsin!" deməlidir. Bundan sonra şirin çay içilər və ortaya yemək gələr.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1929   Tarix: 30 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021