Qaçan avtoritet məhbuslara görə Günay Atakişiyeva həbs olundu
Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, Nəsimi Rayon Məhkəməsi G.Atakişiyevanın barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
G.Atakişiyeva və onunla birgə saxlanılan taksi sürücüsü (adı hələ məlum deyil) Bakı İstintaq Təcridxanasına köçürülüb.
Taksi sürücüsünün "Opel" markalı avtomobili Penitensiar Xidmətdə saxlanılır.
Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Bundan başqa, ötən gün barəsində üç aylıq həbs qətimkan tədbiri seçilmiş müğənni Fədayə Laçının (Fədayə Məmmədova) "Mersedes" markalı avtomobili də Penitensiar Xidmətində saxlanılır.
Onun bu gün Bakı İstintaq Təcridxanasına köçürülməsi gözlənilir.
Məlumata görə, Fədayə Laçın "Qoca" ləqəbli Etibar Məmmədova maliyyə dəstəyi verib.
Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təlvil verilib.
Mənbə:Report
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 11811 Tarix: 31 oktyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada öldü
Qaxda qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada ölüb. xəbər verir ki, Qax şəhərindəki qəbiristanlıqda 1981-ci il təvəllüdlü Ruslan Məmmədov huşsuz vəziyyətdə tapılıb. O, təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb, amma həyatını xilas etmək mümkün olmayıb
21 dekabrAtasının dəfn mərasimində yaşadığı hadisə qadını ikinci dəfə sarsıtdı - VİDEO
Atasının dəfn mərasimində 600 min TL dəyərində qızıl-zinət əşyalarının oğurlandığını iddia edən qadın yaşadığı hadisəni sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, ağrılı günlərində belə bir hadisə ilə üzləşməyin onları bir daha yıxdığını deyən qadın
19 dekabrAİLƏ FACİƏSİ! Ata oğlunu təsadüfən avtomobillə VURARAQ ÖLDÜRDÜ
Rusiyada azərbaycanlı sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürüb. APA-ya istinadən xəbər verir ki, hadisə Dağıstanda qeydə alınıb. Beynəlxalq yükdaşımaları həyata keçirən Sabirabad rayonunun Çağırğan kənd sakini Şamil Şirinov idarə etdiyi iritonnajlı yük avtomobilini geriyə sürərkən 37 yaşl
21 dekabrMaşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO
Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr
19 dekabr19 yaşlı gənc qadın 3 ildir evli olduğu şəxs tərəfindən qətlə yetirildi
Türkiyənin paytaxtı Ankarada 19 yaşlı Sevgi Özdemir 3 ildir evli olduğu həyat yoldaşı tərəfindən qətlə yetirilib. Hadisə Altındağ rayonunda cütlüyün yaşadığı evdə baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, 28 yaşlı Yasin Özdemir bir müddətdir şiddətli keçimsizlik yaşadığı həya
17 dekabrBoşanmaq üzrə olduğu həyat yoldaşına cəhənnəm yaşatdı - VİDEO
İstanbulun Kağıthane rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən bir qadına küçənin ortasında fiziki və silahlı hücum edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə 13 dekabr, şənbə günü saat 14:00 radələrində Çağlayan məhəlləsində baş verib. Əldə olunan məlumata görə, Yağmu
17 dekabrSevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi
Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov
17 dekabr