Mərhum xalq artistinin 17 yaşında oğlu qətlə yetirilibmiş...
Roza Tağıyeva Rafiq Hüseynovun ilk həyat yoldaşı olub. Onların Rövşən adlı oğlu 1984-cü ildə 17 yaşında qətlə yetirilib.
"Rafiq Hüseynovun yoxluğu bizim hamımız üçün ağır itkidir. Onun Azərbaycan televiziyasının inkişafındakı əməyi və zəhməti misilsizdir".
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bunu Axalq artisti, məşhur diktor Roza Tağıyeva deyib.
O bildirib ki, Rafiq Hüseynov çox gözəl iş yoldaşı, çox gözəl insan olub:
"Düzdür, bir az ciddi idi. Qayda-qanun pozuntusu olanda gözünə heç nə görünmürdü. AzTV-də uzun müddət baş diktor olub. Dostdan, yoldaşdan asılı olmayaraq, güzəştə getməzdi, cəzasını verərdi. Gənclərə qarşı münasibəti çox yaxşı idi. Ülkərin, Nərgizin, Aynurun yetişməsində onun böyük əməyi var. Axır vaxtlar da gənc diktorlarla işləyirdi. Rafiq çox savadlı, bilikli adam idi. Rus və Azərbaycan dillərində çox gözəl danışırdı. Kino işçisi ilə kino, tarixçi ilə tarix haqqında danışa bilirdi".
R.Tağıyeva Rafiq Hüseynovla son görüşündən də danışıb: "
Evinə getmişdik. Həyat yoldaşı Səbinə xanım bizə çox gözəl süfrə açdı, söhbət etdik. Düzdür, xəstəxana ictimai yerdir deyə, yanına getmədim, evdə baş çəkdim. Həm də xəstəxanada Rafiq müəllimi o vəziyyətdə görməyə ürəyim gəlmirdi. Rafiqin ailəsi ilə də, özü ilə də ömür boyu dostluq əlaqələrimiz olub. Rafiq müəllimin özünə də demişdim ki, bəxti onda gətirib ki, qarşına Səbinə xanım kimi insan çıxıb. Səbinə onun üçün çox əziyyət çəkdi. Onu hər adam etməzdi. Hətta Rafiqin öz yaşıdı da o fədakarlığı etməzdi, Səbinə etdi. Biz də arxayın idik ki, Rafiq əmin əllərdədir. Ailənin yaxını kimi Rafiqin dünyasını dəyişməsi xəbərini hamıdan əvvəl mən bilirdim. Mən vida mərasimində də, dəfn mərasimində də iştirak edəcəyəm, onu son mənzilə yola salacağam. Biz hamımız Rafiqi çox istəyirik".
Qeyd edək ki, Roza Tağıyeva Rafiq Hüseynovun ilk həyat yoldaşı olub. Onların Rövşən adlı oğlu 1984-cü ildə 17 yaşında qətlə yetirilib.
Onlar sonradan ayrılıblar.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3688 Tarix: 01 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA
"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y
11 sentyabr 2021Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil
11 sentyabr 2021Övladlarını çayın kənarına tərk etdilər - FOTO
ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs
16 sentyabr 2021Rektorun anası koronavirusdan vəfat etdi
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!
13 sentyabr 2021SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır
Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr
17 sentyabr 2021Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO
Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib
12 sentyabr 2021Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO
Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə
17 sentyabr 2021"Azərişıq"ın anbarında yanğın - VİDEO
Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"
15 sentyabr 2021Avtoxuliqan polisi maşınla vurub
Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi
17 sentyabr 2021