Direktorun 12 yaşlı qıza qarşı əxlaqsız hərəkət etdiyi məktəbdə daha bir qalmaqal - "idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır"

Direktorun 12 yaşlı qıza qarşı əxlaqsız hərəkət etdiyi məktəbdə daha bir qalmaqal - "idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır"Xaçmazda şagirdə qarşı əxlaqsız hərəkət etməkdə təqsirləndirilən Arzu qəsəbə tam orta məktəbinin direktoru Gülfəz Alxasovun əmisi oğlu Müşfiq Alxasov "Ölkə.Az"ın suallarını cavablandırıb.

Qeyd edək ki, 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Alxasov barəsində Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Hazırda faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.

- Müşfiq müəllim, mətbuatda yayılan xəbərlərə görə əminiz oğlu Gülfəz Alxasovun rəhbərlik etdiyi məktəbin direktorluğu uğrunda neçə illərdi mübarizə gedirmiş. Doğrudanmı belədir? Ümumiyyətlə, bu kimi söz-söhbətlərin arxasında bilmədiyimiz hansısa səbəblər varmı?

- Əvvəllər məktəb bizim kənddə olub. Müəllimlərin də əksəriyyəti həmkəndlilərimizdir. Sonradan Arzu qəsəbəsində yeni məktəb tikdiyinə görə kadrlarımız orada işləməli oldu.

- Sizin kəndin adı nədir?

- Suxtaqalaqışlaq kəndidir. Arzu kəndinin uşaqları da bizim kənddə oxuyurdular. Uşaq azlığına görə iki kənd üçün bir məktəb tikilib. Həmin kəndin camaatı da deyir ki, bizim öz kadrlarımız var. Gülfəz müəllim 38 ilin kadrıdır. Onun barəsində deyilənlər ağlasığmazdır. Ən böyük günah isə həmin uşağın adının belə çirkin məsələlərdə hallandırmaqdır. Nə o uşağın, nə Gülfəz müəllimin günahı yoxdur.

- Sizcə vəzifəyə görə altıncı sinif şagirdini ləkələmək olarmı? Bəlkə doğrudan da...

- Biz ona məəttəl qalmışıq da. Gülfəz müəllim uşaq deyil, 62 yaşı var.

- Arzu kəndindən o məktəbdə kim direktor olmağa iddialı idi?

- Onu yalan deyərəm. Ancaq bu məsələ Gülfəz müəllimə qurulmuş tələdir.

- Əminiz oğluyla bu barədə söhbətiniz olmuşdu?

- Hazırda saxlanılıb. Həbs edilməmişdən əvvəl and içirdi ki, elə şey olmayıb və qeyri-mümkündür. Şərləyiblər də.

- Suxtaqalaqışlaq kəndinin camaatı bu barədə nə deyir? Gülfəz müəllimin günahsız olduğuna inanırlarmı?

- Kənd ayağa qalxıb və sakitləşən də deyil. Belə şey olmaz, bunun adı-sanı var. Onu həmin vəzifəyə dövlət təyin edib. Kimsə istədiyi üçün onu vurub qırağa atmaq olmaz. Gülfəz müəllim azadlığa buraxılmayınca kənddə vəziyyət sakitləşməyəcək. Doxsan yaşlı qadınlara qədər gəliblər. Aksiya keçirəcəyik.

- Harda?

- Məktəbin yanında.

- Sizin kənddən həmin məktəbdə oxuyan uşaqlar dərsə gedirlər?

- Mən də daxil olmaqla, əksər valideynlər uşaqlarını dərsə buraxmırlar. Direktora belə edirlərsə, sabah bizim uşaqların adına da söz çıxardarlar. Yenə də deyirəm ki, Gülfəz müəllim dünənki uşaq deyil.

- İki kənd arasında əvvəldən ədavət olub?

- Güclü ədavətimiz olmayıb, orada da qardaşlarımız var. Arzu kəndinin səksən faizi də Gülfəz müəllimi istəyənlərdi. Həmin insanlar dünən kəndin mərkəzində yığışıb deyiblər ki, bu, müəllimə atılacaq şər deyil.

- Uşağın valideynləriylə qohumluğunuz varmı?

- Xeyr, qohum deyilik.

- Ailəni tanıyırsınız?

- Atasını, babasını tanıyıram, bizim kənddə bağları var. Başqa əlaqəmiz yoxdur.

- Uşağın anası göz yaşları tökür...

- Gəlin belə danışaq da. Orada şərlənən təkcə Gülfəz müəllim deyil. İndi də İlkin adlı bədən tərbiyəsi müəllimi haqda xoşagəlməz şayiələr çıxarıblar.

- Söhbət nədən gedir?

- Bizim kənddən o kəndə dərs keçməyə gedən müəllimləri kütləvi şəkildə şərləməyə çalışırlar. Guya İlkin müəllim ayaqyolunun pəncərəsindən qızlara baxırmış. Bu böhtanlar müəllim adıyla bir araya sığmır. Hətta iddia edirlər ki, İlkin müəllim idman dərslərində qızlara qarşı xoşagəlməz hərəkətlər edir. Bu da böhtandı.

- Bu da təzə söhbətdi?

- Bəli. Gülfəz müəllim haqda çıxan şayiələrdən sonranın məsələsidir. Halbuki camaat İlkin müəllimin başına and içir. Hamısı ürəkbulandırıcı sözlərdi.

- İlkin müəllim də məktəbə getmir?

- Əlbəttə, gedir. Alnıaçıq adamdır, niyə getməsin ki? O da 13 ilin müəllimidir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2703   Tarix: 03 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yolda tapdığı kredit kartı ilə borcunu ödədi - VİDEO

Yanvarın 14-də İstanbulun Arnavutköy səmtində maraqlı hadisəsi baş verib. xarici mediaya istinadən xəbər verir ki, iddiaya görə Orgün Eyüpoğlu Yunus Əmrə Məhəlləsində səkidə gedərkən cibindəki kredit kartı yerə düşüb. Sonradan Eyüpoğlu bazara gedib alış-veriş etmək istəyəndə kartının olmadığını anlayıb

16 yanvar
.

Limanda 14 qayığı qarət etdikdən sonra yedi, içdi və yatdı - VİDEO

İstanbulun Fatih səmtindəki Yavuz Sultan Səlim məhəlləsindəki Küçük Mustafapaşa balıqçı limanında hər kəsi şoka salan oğurluq hadisəsi baş verib. xarici mediaya istinadən xəbər verir ki, şübhəli şəxs limanı əhatə edən dəmir qapıların üstündən tullanaraq limanda bağlanmış qayıqlara girməyə başlayıb. 1

15 yanvar
.

Binanın həyətindən tapılan meyit 16 yaşlı oğlana aid imiş

Malatyada binanın həyətində tapılan meyitin 16 yaşlı Taha Yiğit Aslana aid olduğu müəyyən edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə Malatyanın Yeşilyurt mahalının Salköprü Məhəlləsində saat 07:00 radələrində baş verib. Belə ki, Turqut Təmelli küçəsində binanın həyətində insan meyiti görə

16 yanvar
.

Ərinin boşanmadan başqası ilə evləməsinə razılıq verən qadının açıqlaması sosial mediada müzakirə edildi - VİDEO

Ərinin boşanmadan başqa qadınla evlənməsinə razılıq verən qadın ona ünvanlanan tənqidlərə çəkdiyi video ilə cavab verib. türk mediasına istinadən xəbər verir ki, qadın ərinin başqa qadınla evlənməsinə razılıq verdiyini açıqlayıb. O "Ortada heç bir aldatma yoxdur. Mən onun evlənməsinə özüm razılı

16 yanvar
.

İnsan ayaqları meyitxanadan oğurlandı

Rumıniya sakini xəstəxana meyitxanasından üç insane ayağını oğurlayaraq qaçıb. xarici mediaya istinadla bildirir ki, yanvarın 13-də Buxarestdəki Kantakuzino Xəstəxanasının rəhbərliyi polisə müraciət edərək, naməlum şəxsin qapalı əraziyə girib bir neçə amputasiya edilmiş əzaların olduğu çantanı götürməs

17 yanvar
.

Rusiyada keçmiş müstəntiq oğurladığı maşınla məbədə girməyə cəhd etdi: Çox sayda avtomobili əzdi

Rusiyanın Vladivostok şəhərində maraqlı hadisə yaşanıb. Bu barədə Rusiya KİV-ə istinadən xəbər verir. Məlumata görə, oğurladığı yolsuzluq avtomobili ilə qeyri-adekvat hərəkətlər nümayiş etdirən kişi əvvəlcə şəhərin mərkəzi meydanındakı məbədə girməyə cəhd edib, polis maşınına, avtobusa və bir neçə avtomobil

16 yanvar
.

Keçmiş polis məmuru sevgilisini qaçırıb bıçaqladı

Sakaryada keçmiş polis məmuru 2023-cü ildə girov götürdüyü sevgilisi İ.A.-nı bıçaqlayaraq ağır yaralayıb. türk mediasına istinadən xəbər verir ki, hadisə dünən Adapazarı rayonunun Semerciler məhəlləsindəki yaşayış binasının birinci mərtəbəsində baş verib. T.T adlı keçmiş polis sevgilisini qaçıraraq evin

16 yanvar
.

Ana 3 yaşlı qızını mətbəxdə yandırmağa çalışdı - VİDEO

Hondurasda ana 3 yaşlı qızını yandırmağa çalışıb. xarici mediaya istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial mediada yayılıb. Görünütlərdə evin mətbəxində Peres alışqanını kiçik qızının üstündə saxlayır və uşaq qışqırmağa başlayır. Ana ağlayan övladına iki dəfə sillə vurub, daha sonra on

15 yanvar
.

Avtobus sürücüsü qadın sərnişinlərə qarşı əxlaqsız hərəkətlər etdi

İstanbulda bir avtobus sürücüsü arxa oturacaqda əyləşən qızlara baxaraq qeyri-etik hərəkətər edib. türk mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Megakent qəsəbəsində baş verib. Avtobusdakı sərnişinlər sürücünün qızlara baxaraq qeyri-etik hərəkətlər etdiyini görüb və bu anları mobil telefo

16 yanvar