"Əhmədli"də acınacaqlı mənzərə - FOTO

"Əhmədli"də acınacaqlı mənzərə - FOTOHər həftənin şənbə-bazar günləri təşkil edilən kənd təsərrüfatı məhsulları yarmarkasından sonra dəhşətli mənzərə yaranır - meyvə-tərəvəz qalıqları, zibil tullantıları küçə boyu səpilir.

Sonxeber.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ("Əhmədli" metro stansiyası, "Bakı" kinoteatrının yanı) meyvə qalıqlarından keçilməz olur.

"Küçə boyu səpələnmiş tullantıları toplayıb daşımaq əvəzinə binaların həyətinə, ağacların dibinə atırlar. Üfunətdən nəfəs almaq mümkün deyil", - sakinlər şikayətlərində bildiriblər.

Onların sözlərinə görə, antisanitariya səbəbindən binaların blokları siçovul yuvasına çevrilib.

"Yarmarkada diri toyuq-cücə satılır, onları elə küçədəcə kəsirlər, içalatını torbaya yığıb ağacın dibinə atırlar. Eləcə də, balığı piştaxtanın üstündə təmizləyirlər, içalatını köhnə vannalara yığırlar", - yaxılıqdakı binanın sakini Allahverdi Musayev söyləyib.

Şikayətçilər deyir ki, yarmarka açılandan ərazi sahibsiz heyvanların məskəni olub.

"Küçədəki bu vəziyyətlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə şikayət etmişik. Hələlik heç bir tədbir görülmür".

Başqa bir sakin isə bildirir ki, yarmarkanın fəaliyyət göstərdiyi günlər binaların qarşısı keçilməz olur. Həm satıcılar, həm də alıcılar maşınlarını həyətlərdə saxlayırlar. Bəziləri isə elə binanın həyətində piştaxta qoyub meyvə satır. Dəfələrlə narazılıq yaransa da, bu vəziyyətin qarşısını almaq mümkün olmur.

"Yağış yağandan sonra vəziyyət daha dözülməz olur, tullantılar palçığa qarışır", - sakinlər əlavə ediblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1827   Tarix: 12 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21 aprel
.

Dünyanın əllə qazılan ən dərin quyusu: 390 metrdən çoxdur

İngiltərənin Şərqi Susseks qraflığında çox maraqlı yer var. Ora "Vudinqdin quyusu" adlanır. Hidravlik qurğu "Nuffild" tibb müəssisəsinin həyətində yerləşir. xarici KİV-ə istinadən xəbər verir ki, quyunun dərinliyi 391,6 metrdir. Dünyada əllə qazılan bu qədər dərin başqa quyu yoxdur

23 aprel
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28 aprel
.

İctimai yerlərdə açıq-saçıq geyinmək: "Bizə çox şey deyirlər, amma ciddiyə almırıq" - VİDEO

Sosial şəbəkələrdə gənc xanımın açıq-saçıq geyiminə görə mağazadan qovulduğunu əks etdirən görüntülər yayılıb. Video insanlar tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Baku TV paytaxt sakinləri arasında sorğu keçirib. Gənc müsahib bildirib ki, geyimə görə bizə çox şey deyirlər, amma ciddiy

28 aprel
.

Dünyanın ən ölümcül iynəli heyvanı BU BÖCƏKDİR

Çoxları yəqin ki, ən ölümcül yırtıcının aslana, pələngə və ya bəbirə olduğunu düşünür. Həqiqətən, bu böyük pişiklər əla ovçulardır, lakin onların bütün hücumları müvəffəqiyyətlə bitmir. xarici KİV-ə istinadən xəbər verir ki, ov səmərəliliyi baxımından dünyada ən təsirli yırtıcılar iynəcələrdir. Harvar

26 aprel
.

Gözəllik və sağlamlıq xidmətləri Xidmetler.AZ saytında

ın əsas kateqoriyalarından olan Gözəllik və Sağlamlıq bölməsindən daha çox xanımlar istifadə etsələr də, burada kişilər üçün də xidmətlər nəzərdə tutulub. Təbii ki, kişilərlə müqayisədə xanımlar daha baxımlı olurlar. Buna görə də mütəmadi olaraq kosmetoloqa, saç ustasına, manikür və pedikür ustasın

4 may
.

Ən kiçik süni intellekt modeli olan Phi-3 Mini-ni təqdim edildi

Microsoft şirkəti yeni kiçik və yüngül süni intellekt modeli Phi-3 Mini-ni təqdim edib. Yeni modelin xüsusiyyətləri böyük marağa səbəb olub. xarici KİV-ə istinadən xəbər verir ki, daha kiçik ölçüsü ilə Phi-3 Mini, GPT-3.5 kimi böyük dil modelləri ilə eyni tutuma malikdir, lakin daha az resurs sərf edir

24 aprel
.

Azərbaycanda ana qaraciyərini 8 aylıq körpəsinə verdi - VİDEO

Bir tərəfdə 28 yaşlı ana, digər tərəfdə isə onun həyatla ölüm arasında mübarizə aparan 8 aylıq körpəsi. Bir ailənin 2 üzvünün taleyinin həll olunduğu 10 saatlıq ağır əməliyyat. Xəzər TV-yə istinadən bildirir ki, Bakıda ana oğlunun həyatda qalması üçün qara ciyərinin bir hissəsini ona verib. Orqan transplantasiyas

27 aprel
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

24 aprel