İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLARİnsan orqanizmi elə yaradılıb ki, özü-özünü yeniləyə bilir. Məsələn, başqasına qan verəndə insan 3,5 trilyon həcmində qırmızı qan hüceyrəsini itirsə də, bədən sürətlə özünü yeniləyir. Hətta bəzi həyati orqanlar olmadan da yaşamaq mümkündür.
Publika.az bu yazıda əməliyyatla çıxarılacağı təqdirdə belə, yaşaya biləcəyimiz orqanlarla tanış edir:
Dalaq
Dalaq qarın bölgəsinin sol tərəfində, qabırğaların altından arxaya doğru uzanan orqandır. Qabırğalara yaxın yerləşdiyi üçün qarın travmasına məruz qalma ehtimalı yüksəkdir. Odur ki, yaralanma nəticəsində ən çox çıxarılan orqan dalaqdır.
Onu əhatə edən təbəqə zədə aldığı təqdirdə asanlıqla daxili qanaxmaya səbəb ola bilər, vaxtında diaqnoz qoyulub müalicə edilməzsə, bu daxili qanaxma ölümə səbəb ola bilər.
Mədə
Mədə xərçəng olarsa və ya zədə alarsa, əməliyyatla çıxarıla bilir. Məsələn, 2012-ci ildə ingiltərəli qadın azot tərkibli kokteyl içdikdən sonra mədəsini çıxartdırmaq məcburiyyətində qalıb.
Mədə çıxarıldığı zaman cərrahlar yemək borusunu birbaşa nazik bağırsağa birləşdirir.
Bundan sonra qidalanmaya xüsusi diqqət yetirməli və mütəmadi olaraq vitamin qəbul edilməlidir.
Çoxalma orqanları (cinsiyyət üzvləri)
Kişi çoxalma orqanları testis, qadın çoxalma orqanları isə yumurtalıq adlanır. Bu orqanlar cüt halda olur. Bu orqanlardan biri kişilərdə çıxarılarsa, uşaq sahibi ola bilirlər.
Xüsusilə kişilərdə şiddət, idman, yol qəzaları, yaxud xərçəng xəstəliyi nəticəsində çoxalma orqanlarının biri və ya ikisi birdən əməliyyatla çıxarıla bilər.
Qadınlarda isə uşaqlığın (döl yatağı) çıxarılması mümkündür. Lakin bu əməliyyatdan sonra qadınlar uşaq sahibi olmaq şansını itirir, həmçinin menstruasiyanı dayandırır.
Araşdırmalar göstərir ki, yumurtalıqlarını çıxaran qadınların ömrü azalmır, həyati riskləri də yoxdur.
Ən maraqlısı odur ki, iki testisi əməliyyatla çıxalıran kişilərin orta ömür müddəti artır.
Bağırsaq (kolon)
Xərçəng və ya digər xəstəliklər bağırsağın bir qisminin və ya hamısının çıxarılmasına səbəb ola bilər. Əməliyyat tualet vərdişlərində bir dəyişikliyə yol açsa da, insanlar öz həyatına davam edir.
Müalicə prosesinin ilkin mərhələsində yumşaq qidalarla bəslənmək təklif olunur.
Öd kisəsi
Öd kisəsi qarnın döş qəfəsinə yaxın, sağ tərəfdə qara ciyərin altında yerləşir. Öd qara ciyər tərəfindən istehsal olunur və yağların həzm sisteminə kömək edir, ancaq həzm üçün ehtiyac edilmədiyi hallarda öd kisəsində toplanır.
Nazik bağırsaq yağı aşkar etdiyi zaman yağların həzm sisteminə yardım olmaq üçün ifraz etdiyi hormonla toksinlərin xaric olunmasını təmin edir.
Lakin yüksək xolesterin öd daşı yarada və bu daşlar ödlüyün dolaşdığı incə boruları bağlaya bilər. Bu hal baş verdikdə öd kisəsinin çıxarılması lazımdır. Bununla belə insanlar normal həyatına davam edir.
Appendisit
Appendisit qalın və nazik bağırsağın birləşməsində yerləşən kiçik, kor uclu soxulcana bənzər quruluşdadır.
Tək tərəfli olduğu üçün bağırsağa aid tullantı maddələri içəri daxil olanda appendisitdə iltihab yaranır. Bu, appendisit və ya ora appendiks iltihabı adlanır.
Vəziyyət ağırlaşanda ora appendiksin çıxarılmalıdır. Digər tərəfdən ora appendiksin çıxarılsa belə, yenidən böyüyüb ağrıya səbəb ola bilər. Bəzi hallarda ora appendiksin kiçik hissəsi orqanizmdə qala və bu, təkrar müalicə tələb edə bilər.
Appendisiti çıxarılan insanlar həyatlarında heç bir fərq hiss etməzlər.
Böyrəklər
Normal olaraq bütün insanların iki böyrəyi olur, amma bir böyrəklə də həyatda qalmaq mümkündür. Hətta böyrəklərin ikisi də sıradan çıxsa belə, dializ aparatına bağlı olaraq yaşamaq mümkündür.
Böyrəklərin rolu: Qanı süzərək su və elektrolit tarazlığını, bədənin turşu balansını qoruyur.
Böyrəklər bir növ ələk funksiyasını yerinə yetirərək orqanizmin ehtiyac duyduğu zülal, hüceyrə və digər qida maddələri ayırır, zərərli maddələrin sidik vasitəsi ilə xaric olunmasını təmin edir.
Böyrəkləri bir çox səbəblərdən dolayı əməliyyatla çıxartmaq məcburiyyətində qala bilərik. İrsi hallar, soyuqdəymə, alkoqol, narkotik və ya infeksiyalar böyrəklərin sıradan çıxmasına səbəb olur.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4167   Tarix: 17 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hava limanında silahlı və bıçaqlı davada 4 nəfər yaralanıb

Milad gecəsi ABŞ-ın Arizona ştatındakı Sky Harbour hava limanında baş verən atışma çaxnaşmaya səbəb olub. Hadisə nəticəsində 4 nəfər yaralanıb. xarici mediaya istinadən xəbər verir ki, milad günü axşam saat 21:40 radələrində hava limanının üçüncü mərtəbəsindəki təhlükəsizlik məntəqələrinin qarşısındak

27 dekabr
.

Havalimanında silahlı dava olub

ABŞ-ın Arizona ştatındakı Sky Harbor hava limanında silahlı dava baş verib. xarici mediaya istinadən xəbər verir ki, dava hava limanının üçüncü mərtəbəsində yerləşən restoranın qarşısında başlayıb. 3 nəfər güllələnib, 1 nəfər bıçaqlanıb. Phoenix Polis Departamenti hadisəyə qarışan beş nəfərin bir-birin

28 dekabr
.

Keçmiş hərbi pilota qızıl qılınc hədiyyə edildi - VİDEO

1982-ci ildə Baas rejiminin Həmada dinc əhalini bombalamaq əmrinə qarşı çıxan və buna görə 43 il həbs olunan suriyalı hərbi pilot Ragid Tatariyə şərəf hədiyyəsi olaraq qızıl işləməli qılınc verilib. xarici mediaya istinadən xəbər verir ki, suriyalı pilot Ragid Tatari Əsəd rejiminin çökməsi səbəbi il

28 dekabr
.

Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı

Qazaxıstan polisi Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğradığı ərazidə çəkiliş aparan bloqer Azamat Sarsenbayevi həbs edib. saytına istinadən xəbər verir ki, bu barədə Manqistau vilayətinin polis idarəsindən məlumat verilib. Azamat Sarsenbayev özü də "Facebook" səhifəsində həbsində

25 dekabr
.

Məşhur klubun futbolçuları isinmək üçün mətbəxdəki qaz balonlarından istifadə edirlər - VİDEO

Türkiyədə "Tarsus İdman Yurdu"nun futbolçuları elektrik enerjisi borcunun ödəyə bilməyiblər. türk mediasına istinadən xəbər verir ki, futbolçular isinmək üçün mətbəxdəki qaz balonundan istifadə edirlər. Baş verənlərə üsyan edən komanda kapitanı Yavuz Ulaş Genç: "Dünəndən bəri nə yemə

26 dekabr
.

Yeni doğulan körpəsini zibil qutusuna atan ananın ifadəsi hər kəsi dəhşətə gətirdi

Kastamonuda hamiləliyini 9 ay ailəsindən gizlədən və dünyaya gətirdiyi körpəsini zibil qutusuna atan gənc 'ana'nın məhkəmədəki müdafiəsi hər kəsi dəhşətə gətirib. türk mediasına istinadən xəbər verir ki, gənc qadın məhkəmədə "Uşağımı öldürmək fikrində olsaydım, 9 ay bətnimdə daşımazdım

26 dekabr
.

Sevgilisindən ayrılan polis özünü binadan atdı

Qazaxıstanın paytaxtı Astanada 26 yaşlı qadın müstəntiq intihar edib. yerli mediaya istinadla bildirir ki, qadın çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən özünü atıb. Yerli mediada bildirilib ki, qadın sevgilisindən ayrıldığı üçün intihar edib. Şəhər polisi qeyd edib ki, meyitin tapılması ilə bağlı cinayə

26 dekabr
.

Xəstə övladına dərman gətirən ata üsyan etdi - VİDEO

İzmir Dokuz Eylül Universiteti Xəstəxanasının reanimasiya şöbəsi ilə bağlı mübahisəli iddia irəli sürülüb. xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, xəstəxana işçiləri xəstəxanada yeni il şənliyi təşkil ediblər. Xərçəng xəstəsi övladı reanimasiyada olan ata yeni il şənliyi səbəbindən övladın

26 dekabr
.

Borcunu istəməyə gəlmişdi, görün başına nə gəldi

İstanbulun Eyüpsultan şəhərində zərgər Kotan D. borcunu istəmək üçün iş yerinə gələn müştərisi Müsamettin B.-ni güllələyib. türk mediasına istinadən xəbər verir ki, hadisə Eyüpsultan Alibeyköydə baş verib. Belə ki, 62 yaşlı Müsamettin B. borcunu geri almaq üçün Vardar bulvarında zərgər işləyən Kota

27 dekabr