Ögey ataları tərəfindən zorlanan 3 uşaq: "Başınızı kəsəcəm..."

Ögey ataları tərəfindən zorlanan 3 uşaq: "Başınızı kəsəcəm..."Şəkidə 3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpərdən cinayət əməli barədə məlumat vermişdik. 3 azyaşlı uşağı uzun illlərdir ki, zorlayan şəxs onların ögey atası idi.

Azyaşlılara qarşı iyrənc əməlləri törədən Nurəli Səlimov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin istehlakı) maddələri ilə təqsirləndirilərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İşə qapalı məhkəmə iclasında Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Təqsirləndirilən Nurəli Səlimov 1973-cü ildə Şəki şəhərində anadan olub.

3 ögey uşağını zorlayıb...

N.Səlimov təqsirli bilinib ondan ötrü ki, o, aşkar surətdə on dörd yaşına çatmayan uşaqlara qarşı seksual xarakterli hərəkətlər edib.

İttihama görə, N.Səlimov ilk olaraq əvvəllər qeyri-rəsmi münasibətdə olduğu və birlikdə yaşadığı Zərifə Quliyevanın (ad və soy ad şərtidir) 1999-cu ildə anadan olmuş qızını 6 ilə yaxın zorlayıb.

44 yaşlı N.Səlimov Z.Quliyevadan ayrıldıqdan sonra Ramilə Qasımova (ad və soy ad şərtidir) ilə ailə qurub.

N.Səlimov yeni ailə həyatı qurduqdan sonra da çirkin əməllərini davam etdirib. O, bu dəfə rəsmi ailə qurduğu R.Qasımovanın iki azyaşlı uşaqlarına qarşı da seksual xarakterli hərəkətlər edib.

N.Səlimov 7 yaşlı ögey oğlunu və 8 yaşlı ögey qızını da (Ramilə Qasımovanın birinci nigahdan olan övladları) zorlayıb. Ögey ata hər iki azyaşlaıya qarşı 20014-2016-cı illər ərzində dəfələrlə seksual xarakterli hərəkətlər edib.

Ögey ata "günahsızam" deyir...

Amma N.Səlilov ona qarşı irəli sürülən ittihamların heç biri ilə razılaşmır. Onun sözlərinə görə, azyaşlı uşaqlar analarının təzyiqi ilə ona qarşı ifadə veriblər. O, uşaqların heç birini zorlamadığını bildirir.

Dəhşətli cinayət əməlləri ilə bağlı azyaşlılar və onların anaları da məhkəmədə ifadə verib.

"Anamın başqa kişilərlə münasibəti var idi..."

Məhkəmədə Zərifə Quliyevanın 6 yaşlı qızı ifadə verib.

O, Z.Quliyevanın doğma anası Nurəli Səlimovun isə onun ögey atası olduğunu deyib. Anası ilə yaşamadığını deyən 6 yaşlı qız bunun səbəbini belə izah edib ki, anasının başqa kişilərlə münasibəti olub: "Anamın başqa kişilərlə münasibəti var idi. Mən onunla qalmırdım".

6 yaşlı qız ilk dəfə zorakılığa anası ilə Nurəlinin birlikdə yaşadığı vaxt məruz qaldığını deyib: "Anam işdə olduğu vaxt Nurəli mənə iyrənc hərəkətlər etdi. Nurəlinin bu hərəkətləri barədə anama dedim. Onlar dalaşdılar. Anam bir dəfə fermada Nurəlinin mənə qarşı iyrənc hərəkətlər etdiyini gördü. İlk dəfə 7 yaşım olanda Nurəli mənə sataşıb. Evdə heç kim olmayanda və içkili olanda məni zorlayıb. Qışqırıb ağlayanda məni hədələdi, sillə ilə vurdu. Sonra anamla Nurəli ayrıldı. Nurəlinin ikinci arvadının yanında qalanda da eyni hərəkətlərə məruz qaldım. Bu barədə ögey anama da dedim. O, da Nurəli ilə dalaşdı. Nurəli deyirdi ki, mən ona şər atıram".

Nurəlinin ikinci dəfə rəsmi nigaha girdiyi Ramilə Qasımovanın azyaşlı övladları da məhkəmədə zərərçəkmiş kimi ifadə verib. (Musavat.com)

7 yaşlı oğlan uşağına qarşı...

R.Qasımovanın 7 yaşlı oğlu ifadəsində bildirib ki, 2013-2016-cı illər ərzində ögey atası Nurəli tərəfindən dəfələrlə zorlanıb. O, böyük və kiçik bacılarının da Nurəli tərəfindən zorlandığını, lakin qorxduqları üçün heç kimə deyə bilmədiklərini söyləyib.

Nurəlinin iyrənc hərəkətlərinin qurbanı olan R.Qasımovanın 8 yaşlı qızı da eyni məzmunlu ifadə verib.

O, deyib ki, ilk dəfə 2014-cü ilin payızında, 7 yaşı olanda ögey atası tərəfindən zorlanıb. Həmin gün anası 2 azyaşlı qardaşını saxlamaq üçün onu evdə qoyub. Bir müddət sonra Nurəli tək evə gəlib. Həmin vaxt o, 2 yaşlı qardaşına yemək hazırlayırmış. Nurəli azyaşlının köməksiz vəziyyətindən istifadə edərək onu zorlayıb.

8 yaşlı qız bu barədə anasına danışıb. Anası da həmin gün Nurəliyə acıqlanıb və mübahisə ediblər. Nurəli isə anasına uşağın ona şər atdığını deyib.

"Deyirdi ki, desən, başını kəsəcəm..."

Bundan onra Nurəli öz iyrəncə əməllərini 2 ilə yaxın davam etdirib. Nurəli tərəfindən dəfələrlə zorlandığını deyən azyaşlı ögey atası tərəfindən hədələndiyini də bildirib: "Deyirdi ki, bu barədə kiməsə desəm, başımı kəsəcək. O, qardaşıma, digər bacıma qarşı da eyni hərəkətləri edib. Bir dəfə qardaşımı evə salıb qapını bağlamışdı. Qardaşım anama dedi ki, Nurəli ona qarşı pis hərəkətlər edir. Anamla Nurəli növbəti dəfə dalaşdı. Amma Nurəli deyirdi ki, uşaqlar ona şər atır".

Məhkəmədə azyaşlıların anaları da ifadə veriblər. Onlar uşaqlarının Nurəli tərəfindən zorakılığa məruz qaldığını və buna görə də polisə müraciət etdiklərini deyiblər. Onlar Nurəliyə ağır cəza verilməsini tələb ediblər.

Qeyd edək ki, N.Səlimov 21 may 2016-cı ildə həbs edilib.

Nurəli cəzasından narazı qalıb...

Aldığı 14 il 6 aylıq cəzadan narazı qalan Nurəli apellyasiya şikayəti verib. Nurəli şikayətində bildirib ki, uşaqlara qarşı heç bir zorakılıq hərəkəti etməyib. Həmçinin narkotik vasitə istifadəçisi olmayıb. Nurəli Səlimov uşaqların anaları tərəfindən öyrədildiyini və ona qarşı ifadə verdiyini bildirib.

N.Səlimovun apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə N.Səlimovun şikayətini təmin etməyib və 14 il 6 aylıq cəzanı qüvvədə saxlayıb.

Qeyd edək ki, məhkəmədə cinayət işi materiallarında ekspertiza rəyləri yer alıb. Ekspertiza 3 azyaşlı uşağın Nurəli tərəfindən zorlanması barədə rəy verib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2299   Tarix: 19 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021