Azərbaycanda ən çox istifadə edilən benzin bahalaşa bilərmi?

Azərbaycanda ən çox istifadə edilən benzin bahalaşa bilərmi?"Əgər bu bahalaşma dalğası dizelə də çatsa, o zaman kənd təsərrüfatında və digər sahələrdə ciddi qiymət artımı ola bilər"
Xəbər verdiyimiz kimi, Azərbaycanda "Aİ-95″ ("Premium") və "Ai-98″ ("Super") markalı benzin bahalaşdı. Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq müvafiq olaraq 1,25 və 1,50 manata çatıb.

Qeyd edək ki, bu benzin növləri ölkəmizə xaricdən idxal olunur. İdxalçılar qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma ilə əlaqələndirir.

İdxalçılar iddia edir ki, bu markadan olan benzin sürücülərin az bir qismi tərəfindən istehlak olunur. Bundan başqa, o da vurğulanır ki, qiyməti dövlət (Tarif Şurası) tərəfindən tənzimlənən "Aİ-92″ markalı benzində və dizel yanacağında bahalaşma gözlənilmir.

Qeyd edək ki, iqtisadçılar bunun əksini düşünür. Bu bahalaşma dalğasının digər yanacaq növlərinə də sirayət edəcəyi ilə bağlı proqnoz verirlər. Bəs görəsən, növbəti dövrdə hansı yanacaq növü bahalaşa bilər? Əsasən də hamının narahatlıqla gözlədiyi dizelin qiyməti arta bilərmi?

Sonxeber.az bildirir ki, yeni müsavat"a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, bu iki yanacaq növü sərbəst bazar qanunları əsasında dəyər tapır: "Aİ-95 ilə Aİ-98 markalı benzinlər qiymətləri hökumət tərəfindən tənzimlənməyən yanacaq növləridir. Bunlar sərbəst bazar qanunları əsasında dəyər tapır və üstəlik də, ölkəmizə kənardan gətirilir. Yəni daxildə istehsal olunmur. Lakin o da var ki, yanacağın sərbəst bazar qiymətlərinə satıldığı ölkələrə diqqət yetirsək, onlarda neftin qiyməti ilə, tələbatla və bir sıra digər amillərlə əlaqədar, tariflərin artdığının şahidi olsaq da, hərdən ucuzlaşdığını da görürük. Bizdə isə bu, baş vermir. Məsələn, Aİ-95 markalı benzin qiyməti sərbəstləşdirildikdən sonra tədricən bahalaşaraq 1,15 manata qədər gəlib çıxsa da, bir dəfə də olsa ucuzlaşma baş vermədi. Halbuki Aİ-95 işlədənlərin çoxu hətta Aİ-92-yə keçdi. Yəni ki, tələbat da azaldı. Amma yenə də qiymət enişi baş vermədi…"

İqtisadçı bildirdi ki, bu gün qonşu Gürcüstanda və Rusiyada yanacağın qiymətində bahalaşma var: "Bu, müxtəlif səbəblərlə əlaqədardır. Bizdə bu il tənzimlənən yanacaq qiymətləri arasında Aİ-92 bir dəfə bahalaşdı. Belə ki, 70 qəpikdən 90 qəpiyə qalxdı. Bu da gözlənilən idi. Çünki Aİ-95 bir müddət əvvəl 1,15 azn-ə qalxanda artıq aydın idi ki, Aİ-92 də bahalaşacaq və 90 qəpik olacaq. Bayaq da qeyd etdim ki, Aİ-95 işlədənlərin çoxu Aİ-92-yə keçdi. Aİ-92-nin isə bazarda satış payı onsuz da 80-85 % təşkil edirdi. Bu isə o demək idi ki, Aİ-95-ə tələbat azalsa da, hərçənd ki, yenə qeyd edirəm, qiymət düşmədi, Aİ-92-yə isə tələb genişləndi. Odur ki, qonşu ölkələrdə yanacaq bahalaşmasaydı belə, bizdə növbəti qiymət artımının dizel yanacağı üzrə olacağını proqnoz etmişdim. Aİ-95 ilə Aİ-98-ə gəldikdə isə onların qiymət artımı elə proqnozun gec-tez doğrulacağını bir daha təsdiq edir".

Bəs görəsən, Aİ-95″ ("Premium") və "Ai-98″ ("Super") markalı benzinin bahalaşması hansı sahədə qiymətlərə təsir edə bilər?

Bu sualı iqtisadçı ekspert Natiq Cəfərli mətbuata açıqlamasında cavablandırıb. O bildirib ki, bu iki növ benzinin bahalaşması birbaşa digər sahələrdə qiymət artımına səbəb olmayacaq: "Logistika, nəqliyyat, kənd təsərrüfatı, o cümlədən istehsal sahələrində istifadə olunan daşımalarda "Aİ-95″ və "Aİ-98″ markalı benzinlərdən istifadə edilmir. O baxımdan heç bir sahədə bu səbəbdən artım gözlənilmir. Sadəcə, bu artım ondan xəbər verir ki, gələcəkdə buna bənzər addımlar davamlı xarakter ala bilər".

İqtisadçı vurğulayıb ki, əgər bu bahalaşma dalğası dizelə də çatsa, o zaman kənd təsərrüfatında və digər sahələrdə ciddi qiymət artımı ola bilər: "Əgər "Aİ-92″ markalı benzinin, sonra isə dizelin qiymətində də dəyişiklik olarsa, o zaman bu, ticarət, kənd təsərrüfatı, daşımalara ciddi təsir göstərə bilər. Beləliklə də, bütün sahələrdə qiymət artımı baş verə bilər. Çünki daşınma xərclərinin kənd təsərrüfatında maya dəyəri 20-30 faiz təşkil edir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2511   Tarix: 22 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021