Azərbaycanda "KATV" bahalaşır
Azərbaycanın kabel televiziya operatorları sentyabrın 1-dən baza paketə vahid tarif – aylıq 10 manat - tətbiq edir.
Sonxeber.az bildirir ki, bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Mənbə bildirib ki, bu yenilik kabel operatorlarının xarici TV-kontent tədarükçüləri ilə qarşılıqlı hesabatlarını dollarda aparması ilə əlaqədardır:
"Kabel operatorlarının tarifləri 2006-cı ildən dəyişməyib. Operatorlar tərəfindən baza televiziya paketinə vahid tarifin tətbiq edilməsi məsələsinə çoxdan baxılırdı. Bu son dərəcə iqtisadi addımdır. Belə ki, kabel operatorları xarici kontenti, həmçinin lazımi texniki avadanlığı dollarla alır".
Baza TV-paketin qiymətinin artması ilə bağlı məlumatı "B&BTV Communications", "ATV Plus", "Smart TV Plus", "KATV1", "AileTV" və "Connect" şirkətləri təsdiqləyib.
Baza TV-paketin hansı dəyişikliklərə məruz qalması məsələsinə gəldikdə isə, hər operatorda bu fərqli olacaq. Məsələn, "KATV1" müəyyən kanallara dil dəstəyini tətbiq edəcək. Belə ki, bu kanalları ingilis, rus, türk və ispan dillərində izləmək imkanı olacaq. "AileTV" abunəçiləri də eyni imtiyazı qazanacaq.
Bundan başqa, "AileTV"-nin baza paketi 70 faiz dəyişikliyə uğrayacaq. Şirkət hazırda "Aile+" paketindəki ən populyar televiziya kanallarını baza paketə daxil etmək niyyətindədir. Sentyabrın 1-dən "ATV Plus", "B&BTV Communications, Connect" operatorlarının baza paketlərində kanalların sayı artırılacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda meyvə şirəsi istehsalı 15 %-dən çox azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 % azdır. Bundan başqa, hesabat dövründə Azərbaycanda 23 min 410,8 ton meyvə-tərəvəz konservlər
29 martAzərbaycanda qaymaq və xama istehsalı artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 min 664,9 ton qaymaq və xama istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur. Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 2,8 % azalara
28 mart"28 May" stansiyasında sərnişinlər üçün dəyişikliklər nə vaxt olacaq?
"Bakı Metropoliteni" QSC "28 May" stansiyası ətrafında planlaşdırılan dəyişikliklərə aydınlıq gətirib. Qaynarinfo xəbər verir ki, qurumun Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayevin sözlərinə görə, hazırda Dərnəgül deposu ərazisindən keçən və "Çinarlı"
8 aprelQuzu əti kəskin ucuzlaşıb: Səbəb nədir?
Bu günlərdə quzu əti kəskin ucuzlaşıb. Qaynarinfo xəbər verir ki, bir neçə ay əvvəl 30-32 manata satılan quzu ətinin qiymətində azalma müşahidə olunub. Beyləqan rayonundakı ət bazarından verilən məlumata görə, hazırda çəkisi 8-12 kiloqram arasında olan quzu ətinin bir kilosu 22 manata təklif olunur
18 martAzərbaycanda əmlak sığortası bazarı 19 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əmlak sığortası üzrə 47,878 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği is
4 aprelAzərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 34,335 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur. Təkcə fevralda Türkiyə Azərbaycana 18,122 milyo
14 martBalıq bahalaşıb? - Bakıda bazar qiymətləri BELƏDİR
Novruz və digər bayram günləri Azərbaycan süfrələri yalnız qoyun və mal əti ilə bəzənmir. Xüsusilə cənub bölgələrində balıq ləvəngisi uzun illərdir ki, bayram süfrələrinin parlaq bəzəyinə çevrilib. Balığın dadı süfrəyə rəng qatmaqla yanaşı, sağlamlıq üçün də böyük əhəmiyyət daşıyır. Zülal, D vitamini
21 mart