21 yaşlı 4 uşaq anası: Ərim məndən başqa 5 qız qaçırıb – VİDEO

21 yaşlı 4 uşaq anası: Ərim məndən başqa 5 qız qaçırıb – VİDEOAygün Əliyevanın (Ad, soyad şərtidir - red.) 21 yaşı var. 4 uşaq anası olan gənc xanım 4 aydır həyat yoldaşından ayrılıb. O, boşanandan sonra anasının yanına, Mərdəkandakı evlərinə köçüb.

Sonxeber.az Azvision-a istinadən xəbər verir ki, Aygünün burada da bəxti gətirməyib. Həmin evdə anormal hadisələr baş verdiyindən anası ilə birlikdə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə sığınıb.

Aygünün dediyinə görə, həyat yoldaşı onu 13 yaşı olanda qaçırıb: "13 yaşımda ailə qurmuşam. Daha doğrusu, həyat yoldaşım məni qaçırıb. İndi onun 28 yaşı var. Əslən bakılıyam, yoldaşım isə Qərbi Azərbaycandandır. Onun valideynləri məni qəbul etmədilər. Babası qız qaçırdığına görə həyat yoldaşımı evdən qovmuşdu. Bizim 4 uşağımız var. Müxtəlif yerlərdə kirayələrdə qalmışıq. Ailəm bizə maddi baxımdan dəstək olurdu. Hətta anam yoldaşıma avtomobil almışdı. Evlənəndən sonra bildim ki, ərim məndən əvvəl 5 qız qaçırıb. Ancaq qızlar sonradan ondan uzaqlaşıblar. Mən isə uşaqlara görə gedə bilmirdim. Əslində, uşaqların dünyaya gəlməsinə səbəbkar anam idi. Deyirdi ki, tələf etmə, günahdır. Mən uşaq istəmirdim. Ərimlə heç vaxt normal həyat sürməmişəm. Həmişə ağır işlər görməyə məcbur edilmişəm.

Bilgəhdə kirayə bağ evində qalırdıq. Qızıma hamilə idim. Ərim məni məcbur edirdi ki, böyük "şlanq"larla bağı sulayım. Ona hamilə olduğumu, edə bilmədiyimi deyəndə, məni döyməyə başlayırdı".

Müsahibin sözlərinə görə, həyat yoldaşı onu 4 aydır ki, tərk edib: "Dostlarının fitvasına gedib məni döyürdü. 4 aydır ki, birgə yaşamırıq. Bizi axtarmır, uşaqlarla da maraqlanmır. Deyir ki, bura qədərdir, ayrılmalıyıq. Bəlkə, həyatında başqası var. Bilmirəm. Rəsmi nikahmız olmadığından uşaqlarımın sənədləri yoxdur. Aliment ödəmək istəmir. Qaynanam evlilik müddəti ərzində cəmi bir dəfə bizim evə baş çəkib. Bundan sonra öz nəvələri ilə maraqlanmayıb.

Axırda dözə bilmədim, anamın evinə getdim. Mərdəkandakı evimizdə çox qala bilmədim. Həmin evdə gözümə qara qüvvələr, qara adamlar görünürdü. Qorxudan yaşaya bilmirdim. Evimizi satışa qoymuşuq. Hələlik sığınacaqda qalırıq. Anam aşpaz köməkçisi işləyirdi, mənə görə işdən çıxmalı oldu. Uşaqlarıma baxmaq lazım idi. Anam və bacım həmişə uşaqlarımın qayğısına qalıblar. Bacım şəhərdə kirayədə qalır. Uşaqları internat məktəbinə yerləşdirib, işləmək istəyirəm. Başqa çıxış yolum qalmayıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2101   Tarix: 23 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabiq icra başçısına məxsus olduğu bildirilən klinika cərimələnir

"Vimay-med" MMC-yə inzibati protokol tərtib edilib. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fizik

2 may
.

Cəbrayıl rayonunun Horovlu kəndi belə tikilir - VİDEO

Cəbrayılın Horovlu kəndində tikinti işləri davam edir. xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb. Qeyd olunub ki, ilk mərhələdə 334 fərdi yaşayış evinin inşası həyata keçirilir

2 may
.

Magistr imtahanında ən yüksək balı o topladı

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda birinci oldu. BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında (essesiz) 86 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib. Qəhrəma

2 may
.

Kəlbəcərin Baş planı təsdiqləndi

"Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarda göstərilib ki, Baş planın hazırlanmasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınıb

2 may
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

2 may
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

1 may
.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

2 may
.

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

Şamaxıda intihar hadisəsi olub. xəbər verir ki, hadisə Mədrəsə kəndində qeydə alınıb. Kənd sakini 29 yaşlı Mamedov Ceyhun Zöhrab oğlu gecə saat 3 radələrində kənd ərazisindəki "Çinarlı" kafesinin həyətində özünü elektrik naqili ilə asaraq, həyatına son qoyub. Faktla bağlı araşdırma aparılı

2 may
.

Azərbaycan Ordusunda tank bölmələrinin döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə intensiv döyüş hazırlığı üzrə məşğələlər keçirilir. Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ümumqoşun təlim poliqonunda keçirilən məşğələlər zamanı ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idar

2 may