Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat
Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur.
Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Unikal"a açıqlamasında bildirib ki, quru sərhədləri bağlı olduğu üçün Bakıətrafı ərazilər və turizm baxımından əlverişli olan regionlara mövsümdə tələb artır.
Onun sözlərinə görə, tələb artdıqca bu özünü qiymətlərdə də göstərir:
"Tədricən müraciətlərin sayının artması müşahidə olunur. Düşünürəm ki, may ayının ortalarına doğru əhəmiyyətli qiymət dəyişikliyi müşahidə edəcəyik".
Aylıq kirayə qiymətləri yüksək olan bağ evlərinə gəlincə, ekspert bildirib ki, belə evlərə tələbat var:
"Belə bağ evlərində eyni vaxtda bir neçə ailənin istirahət etməsi üçün zəruri imkanlar mövcuddur. Hovuzu, bir neçə cür hamamı, fitnes imkanları və s. var. Bu baxımdan, dəyər ifadəsi böyük olsa da, bu evlərə tələb var. Hətta yay mövsümündə daha bahalı evlərə rast gəlmək mümkündür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 970 Tarix: 02 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Hazırda üçillik bakalavr məsələsi müzakirə olunur" - Emin Əmrullayev
"Hazırda gündəmdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Strategiyada bu nəzərdə tutulub, yazılıb, ama yaxın aylarda belə bir keçid nəzərdə tutulmayıb". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransınd
14 sentyabr"Endirimə qoyulan məhsulların istifadə müddəti bitib" - "Adore"dan şikayət
Nərmin adlı müştəri "Adore" mağazasında vaxtı keçmiş məhsulların satıldığını iddia edib. Axşam.az xəbər verir ki, Nərmin mağazadan 50 faiz endirimlə bir neçə məhsul aldığını, evdə isə onların istifadə müddətinin keçdiyini gördüyünü deyib. Onun sözlərinə görə, məhsullardan istifadə etdikdə
14 sentyabrGüclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlərin həyata keçirilir. Birliyin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində monitoringlər həyata keçirilir və qurumuş
14 sentyabrSosial müavinətlərlə bağlı AÇIQLAMA
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər
13 sentyabrİnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? - AÇIQLAMA
İnsan bəzən sağlamlığına və həyatına zərər verdiyini bildiyi bir vərdişi dayandırmaqda çətinlik çəkir. "İstəsəm, tərgidərəm" düşüncəsi isə hər zaman reallıqda özünü doğrultmur. Bəs insan zərərini bildiyi halda niyə eyni davranışı təkrar edir və bu, iradə zəifliyidir, yoxsa arxasında daha dəri
14 sentyabr