"Qarabağ"a Kələntər ŞOKU - Stadionu ayağa qaldıran uşaq - VİDEO - FOTO

"Qarabağ"a Kələntər ŞOKU - Stadionu ayağa qaldıran uşaq - VİDEO - FOTO1960-cı ildə ekran həyatı görən Azərbaycan kinosunun incisi "Yeddi oğul istərəm" sovet hakimiyyəti dövründə inqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğullardan bəhs edir.

47 il sonra bu dəfə Avropada Azərbaycan xalqı naminə o missiyanı "Qarabağ" üzərinə götürdü

Qitənin ən nüfuzlu futbol turniri Çempionlar Liqasına tarixində ilk dəfə bir Azərbaycan klubu yüksəldi. "Qarabağ"ın turnirə vəsiqəsi adını daşıdığı ərazi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün bu zamana kimi ən unikal təbliğat maşınına çevrildi. Bunu UEFA-nın bəzi ermənipərəst havadarları çox yaxşı anlayırdılar.

Dünən axşam doğma azarkeşlər önündə ÇL-in V turu çərçivəsində İngiltərə nəhəngi "Çelsi"ni qəbul edən "köhlən atlar" potuqaliyalı "Kələntər"in ("Yeddi oğul istərəm" filmi) xain qərarının qurbanı oldu.

İlk dəqiqələrdən inamlı oyunu ilə diqqət çəkən kapitan Rəşad Sadıqova 22 -ci dəqiqədə göstərilən müəmmalı qırmızı kart və penalti qərarı Qurban Qurbanovun planlarının üstündən xətt çəkdi. "Qarabağ" Çempionlar Liqasında ardıcıl 3 matçda "qırmızı"ya düşən yeganə komanda oldu.

Amma...

Matça "Qarabağ"dan sərfəli nəticə və baxımlı oyun arzusu ilə gələn tək mən deyildim. 70 min azarkeş arasında bu matça xüsusi hazırlıq görənlər də az deyildi.

Məğlubiyyət məni heç bu qədər üzmədi
Hakimin oyunu "sındırma" anından sonra azarkeşlərin böyük bir qisminin oyunun sonuna kimi stadionu tərk etdiyi diqqətimdən qaçmadı. Bu məqamda bizə bu həyəcanı yaşatdığına görə hakimin final fitinə qədər komandanın yanında olub, dəstəyini əsirgəməmək əvəzinə meydanı tərk edən "azarkeş"lərə ən böyük dərsi oyunun bitməsinə 6 dəqiqə qalmış təxminən 6-7 yaşlarında olan bir uşaq verdi. Yan sektordan anası ilə "Qarabağ"a dəstək olmaq üçün matça gələn bu uşaq, stadiona çökən sükutu gözyaşları içində ardıcıl, dayanmadan bir neçə dəfə "Qarabağ" deyə qışqıraraq pozdu.

Stadion azyaşlının bu çığırtısına biganə qalmadı və sanki, matç yenidən başlayırmış kimi komandaya dəstək verdi. Final fitindən sonra sözügedən uşağın stadionun pilləkənləri ilə düşərkən hönkür-hönkür ağlaması tüklərimi biz-biz etdi. Yaxınlaşıb ondan ağlamağının səbəbini soruşdum. Anası "Uduzduqları üçün!" cavabını verdi.

Çox sağol, "Qarabağ", sağol ki, Azərbaycana bu həyəcanı yaşatdın!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2342   Tarix: 23 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: "Artıq gedə biləcəyimiz bir məzar var" - VİDEO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib. Onlardan biri də Seyfəddin Nəcəfov olub. O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə əsir düşüb. Onun qızı Aytəkin Nəcəfova isə 30 il ata həsrət

30 aprel
.

İnsanlar ölüm anlarında nələr görür? - Həkim AÇIQLADI

Buffaloda palliativ baxım həkimi olan Dr.Kristopher Kerr, 100-dən çox xəstənin problemini öyrəndiyi bir araşdırmaya əsaslanaraq, insanların həyatlarının son anlarında gördükləri və söylədikləri ilə bağlı təəccüblü açıqlamalar paylaşıb. xarici KİV-ə istinadən xəbər verir ki, onun müşahidələrinə görə

30 aprel
.

Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?

Kirants kəndinin sakinlərinin təklifi Ermənistan hökuməti tərəfindən rədd edilib. xəbər verir ki, bu barədə kənd sakinlərindən biri jurnalistlərlə söhbətində məlumat verib. Aprelin 29-da bir qrup Kirants sakini baş nazir Nikol Paşinyanla görüşmək üçün İrəvana gəlib. Görüşün sonunda iştirakçılar son dərəc

30 aprel
.

Əməkdar artist: "Analığımın nəvəsi gənc qardaşımı öldürdü" - VİDEO

Əməkdar artist Raziyyə Şirinova illərdir səhnədə görünməməyinin səbəbini açıqlayıb. xəbər verir ki, "O üz" verilişinə qonaq olan müğənni gənc yaşında qardaşının öldüyünü bildirib. Şirinova onu da qeyd edib ki, əri 12 ildir yataq xəstəsidir, ona baxır:. "Son illər ona görə səhnədə görünmrdü

30 aprel
.

"BakıKART" artıq m10-da!

m10 elektron pulqabı "BakıKART" ilə əməkdaşlığa başladı. Bu yenilik vasitəsilə Bakı və Abşeronun metro və avtobuslarında QR ilə ödəniş etmək mümkündür. İstifadə qaydaları çox asandır. m10-da yaradılmış QR bileti avtobus və ya metro kamerasında oxutmaq kifayətdir. Yaradılmış QR bilet üçün pulqab

30 aprel
.

Azərbaycanda COVID-19-a yoluxma, demək olar, yox səviyyəsindədir - RƏSMİ

Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar, yox səviyyəsindədir. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, gün ərzində maksimum 10-15 yoluxma hadisəs

30 aprel
.

Paytaxtın bu yollarında tıxac var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. "Unikal" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Heydər Əliyev prospekti kəna

30 aprel
.

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Mayın 1-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

30 aprel
.

Xankəndidəki Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq? - YENİLƏNİB + VİDEO

Xankəndidəki Qarabağ Universitetinə məxsus yataqxananın ödənişli, yaxud ödənişsiz olması ilə bağlı məsələyə aydınlıq gətirilib. Bu barədə -ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Qarabağ Universiteti üçün nəzərdə tutulan yataqxana həm müəllimlər, həm d

30 aprel