Vakant vəzifələr gizlədilirmi?

Vakant vəzifələr gizlədilirmi?"Artıq bir neçə ildir ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) vakant vəzifələrin elanının verilməsi ilə bağlı yeni texnologiyanı tətbiq edir. Komissiyada "Dövlət qulluqçularının reyestri" adlanan informasiya sistemi yaradılıb. Bu informasiya sistemində bütün dövlət orqanlarında olan struktur, ştat cədvəli haqqında olan məlumatlar toplanılır. Eləcə də vəzifələr üzrə baş verən dəyişikliklər öz əksini tapır".

Sonxeber.az azadliq.org-a istinadən bildirir ki, bu fikirləri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov söyləyib.

V.Misirov bildirib ki, vakant vəzifələr haqqında məlumatların gizlədilməsi halları tam olaraq aradan qaldırılıb:

"Vəzifələr üzrə dəyişikliklər sistemdə öz əksini tapdığından artıq əvvəlki illərdə olduğu kimi, dövlət orqanlarında hansısa vakant vəzifələri təqdim etməmək istəyi və yaxud hansısa bir səbəbdən onun gizlədilməsi halı öz aktuallığını itirir. Çünki bütün məlumatlar informasiya sistemində öz əksini tapdığından biz dərhal vakant vəzifələri müəyyən edirik. Belə olduqda da dövlət orqanlarından bu vəzifələri elan etmək artıq onların vəzifə borcları olur".

V.Misirov əlavə edib ki, komissiyanın son elanlarında da texnologiyanın tətbiqini açıq-aydın görmək mümkündür. Onun dediyinə görə, test imtahanlarında da yeniliklər edilib və artıq bütün sənəd qəbulu prosesi onlayn formada həyata keçirilir:

"Biz namizədlərin üzünü görmürük. Onlar internet saytımıza daxil olaraq qeydiyyatdan keçirlər. SMS və elektron poçt vasitəsilə imtahan vaxtı və yeri ilə bağlı məlumat alırlar".

Sədr müavini onu da qeyd edib ki, təmsil etdiyi komissiya dövlət orqanları ilə birgə müsahibə proqramları hazırlayaraq DQMK-nın saytında yerləşdirib. Test imtahanlarından keçən namizədlər bu proqramları internet vasitəsilə əldə edə və onun əsasında hazırlaşa bilərlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 864   Tarix: 20 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Cəza tədbirlərinə keçməzdən əvvəl televiziya kanallarının rəhbərləri ilə ayrıca və məqsədli müzakirələr aparılmalıdır" - AÇIQLAMA

Bir müddət əvvəl Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib ki, Şura verilişlərin monitorinqində süni intellektdən istifadə etməyə başlayıb. Nəticədə aparıcılar tərəfindən təxminən 3 min dəfə xarici sözlərdən istifadə edildiyi müəyyənləşib. Məsələn, "ok" sözü 104 dəfə səsləndirilib

18 dekabr
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

18 dekabr
.

Audiovizual Şura boşanmalarla bağlı verilişə görə "MTV" kanalına xəbərdarlıq etdi - Video

Audiovizual Şura ailə institutunu nüfuzdan salan informasiya yayımlanmasına görə "MTV" kanalına xəbərdarlıq edib. "Qafqazinfo" xəbər verir ki, Audiovizual Şuranın onlayn iclası keçirilib. İclasda "MTV" kanalının efirində baş vermiş pozuntu halı müzakirə olunub. Bildirili

17 dekabr
.

Göyçə gölündən ən yeni görüntülər - Möhtəşəm qış mənzərəsi

AzTV Bala Göyçə və Böyük Göyçə göllərindən yeni görüntülər təqdim edib. Qaynarinfo xəbər verir ki, möhtəşəm qış mənzərəsini özündə əks etdirən bu kadrları təqdim edir:

17 dekabr
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

18 dekabr
.

Nadir Hüseynovun öldüyü hadisənin təfərrüatı - Yaralanan qadın dayanacaqda dayanıbmış

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim​ Nadir Hüseynovun ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 17-si saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, N. Hüseynov sürdüyü avtomobillə hərəkətdə olarkə

18 dekabr
.

AZAL-dan daha bir yenilik - Yan oturacağı "bloklaya" bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib. xəbər verir ki, artıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən "bloklaya" bilərlər. Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkan

18 dekabr
.

"Anama söydülər deyə bu onlara Allahın cavabı oldu"

Basketbol klubu "Panatinaikos"un baş məşqçisi Ergin Ataman Avroliqanın 16-cı həftəsində səfərdə "Fənərbağça Beko" üzərində 81-77 hesablı qələbədən sonra açıqlama verib. xəbər verir ki, Atamanın sözlərinə görə:. "Pis çıxış edən 'Panatinaikos' yoxdur. Yolumuza davam edirik

17 dekabr
.

"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video

Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər. "Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar. Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddi

17 dekabr