Almaxanımdan maraqlı MÜSAHİBƏ+FOTOLAR

Almaxanımdan maraqlı MÜSAHİBƏ+FOTOLARSonxeber.az bildirir ki, görkəmli ədəbiyyatşünas alim, şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin qızı, gənc xanəndə Almaxanım Əhmədli BiG.AZ-a müsahibə verib.

16 yaşlı Almaxanım Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs tələbəsidir. O, xanəndəlik ixtisası üzrə təhsil alır, ustadı isə respublikamızın əməkdar artisti Təyyar Bayramovdur.

Qısa müddətdə hamının sevimlisinə çevrilən Almaxanım gələcək işləri, şəxsi həyatından danışıb. Müsahibəni təqdim edirik:

- Maraqlı adınız var, bilmək istərdik ki, bu adı sizə kim qoyub?

- Adımı atam qoyub. Nənəmin adıdır. Adımla bağlı maraqlı hallarla qarşılaşıram. Maraqlıdır ki, adımı eşidənlərin üzündə ilk olaraq təbəssüm yaranır (gülür).

- Sənətə gəlməyində ən böyük dəstəkçin kim olub?

- Sənətə gəlməyimdə ən böyük dəstəkçim ailəm olub. Onlar hər zaman məni həvəsləndiriblər. Mən də bu bir neçə ildə öz üzərimdə çalışaraq müəyyən uğurlara yiyələnmişəm.

- Ailən sənətinlə bağlı nə kimi qadağalar edib?

- Onlar mənə hər zaman güvənir, indiyi kimi heç vaxt qadağa qoymayıblar.

- İlk dəfə televizorda çıxış edəndən sonra məktəbə getdin. Sinif yoldaşlarının reaksiyası necə oldu?
- İlk dəfə efir çıxışım 3 il bundan öncə oktyabr ayının 7-də olmuşdu. Bütün ətrafımdakılar kimi onların da reaksiyası sevincli idi, mənlə fəxr edirdilər.

- Məktəbdə musiqi dərsləri necə keçirdi? Bu bizə maraqlı olardı.
- Musiqi dərsləri çox maraqlı keçirdi. Ümumiyyətlə, mən musiqi dərslərinə hər zaman həvəslə maraq göstərdiyimə görə mənim üçün musiqi dərsləri çox maraqlı keçirdi.

- Sənət adamlarından uğuruna qısqanclıq edənlər olur?

- Təbii ki uğurlarıma sevinən də, paxıllıq edənlər də var. Paxıllıq hər sahədə, hər peşədə var, təkcə insənət sahəsində deyil. Paxıl insan həmişə geridədir. Sənətində də inkişaf edib, irəli gedə bilmir.

- Qalmaqallı mövzullarda adın hallanıbmı və bu problemləri necə yoluna qoymağa çalışırsan?
- Ümumiyyətlə, qalmaqal hər zaman xanəndələrdən uzaq olub. Mən də qalmaqaldan həmişə uzaq olmuşam. Qalmaqal şou-biznes sahəsinə aiddir.

- Gənc yaşda bu qədər sevilməyə necə nail oldun?
- Nə xoş mənə ki müəyyən qədər də olsa insanların sevgisini, rəğbətini qazanmışam. Sənətçi üçün bundan gözəl heç nə ola bilməz. Bunun səbəbini isə yəqin ki, xalqımız bilər.

- Bildiyimizə görə, müğənni İzzət Bağırov qohumunuzdur. Onun sənətdə sənə nə kimi dəstəyi olub?
- İzzət Bağırov mənim dayımdır. Hər zaman xalqımızın sevdiyi sənətçidir. Mən də dayımı çox sevirəm. Amma sənətdə ondan köməklik istəməmişəm, çalışıram ki, özüm həll edim.

- Almaxanım, nə zaman ailə qurmağı planlaşdırırsan?
-16 yaşım var. Hələ ki, uzun müddət sənətimlə məşğulam, evlilik barədə planlarım hələ ki yoxdur.

- Bir az uğurlarından danış bizə.

- Bildiyiniz kimi, bu il mart iyun ayında Azərbaycan Dövlət Televiziyası, Heydər Əliyev Fondunun birgə keçirtdiyi VI Televiziya Muğam Müsabiqəsinin qalibi oldum. Baş mükafat olan "Qram Pri" yə layiq görüldüm. Bu, mənim indiyənə qədər ki sənət fəaliyyətimdə ən böyük uğurumdur. Bu müsabiqə ərzində mənim ustadım Təyyar Bayramovun, respublikamızın xalq artisti Mənsum İbrahimovun mənim üzərimdə çox böyük əməyi oldu. Mənsum müəllimə, Təyyar müəllimə böyük təşəkkürümü bildirirəm və ən əsası da Azərbaycan Dövlət Televiziyası və Heydər Əliyev Fonduna minnətdarıq ki, gənc xanəndələrə hər zaman qayğı göstərir. Hal hazırda isə Azərbaycan Dövlət Televiziyasının solistiyəm. Sənətimdə arzularım çoxdur. Bütün dünyada Azərbaycan Muğamını təmsil etmək istəyirəm. Bundan sonra da sənətimi inkişaf etdirib, öz üzərimdə çalışaraq daha böyük uğurlara nail olmağıma ümid edirəm.

- Bu yaxınlarda solo konsertə hazırlaşırsan, deyə bilərsənmi sevənlərini konsertində nələr gözləyir?

- 1 aydan çoxdur ki, solo konsertimə hazırlıqlarımız gedir. 8 dekabr saat 19:00 da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin birgə keçirtdiyi "Muğamat var olan yerdə" adlı layihədə solo konsertim baş tutacaq. Repertuarımıza bir-birindən fərqli, rəngarəng xalq mahnıları, muğamlar, təsniflər daxildir. Çalışacağıq ki, tamaşaçıların zövqünü oxşayaq.

Maira Namazova

Almaxanımdan maraqlı MÜSAHİBƏ+FOTOLARAlmaxanımdan maraqlı MÜSAHİBƏ+FOTOLARAlmaxanımdan maraqlı MÜSAHİBƏ+FOTOLARAlmaxanımdan maraqlı MÜSAHİBƏ+FOTOLARAlmaxanımdan maraqlı MÜSAHİBƏ+FOTOLARAlmaxanımdan maraqlı MÜSAHİBƏ+FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 6583   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qurban Qurbanov qızı ilə - VİDEO

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov sosial şəbəkələrdə yayılan görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, məşqçinin qızı ilə birlikdə çəkilmiş səmimi anları izləyicilər tərəfindən maraqla qarşılanıb. Qısa zamanda yayılan görüntülər viral olub və müzakirələrə səbəb yaradıb. Paylaşım

17 mart
.

Nanə Ağamalıyeva qayıdır

Aparıcı Nanə Ağamalıyeva uzun fasilədən sonra efirə qayıdır. Axşam.az xəbər verir ki, bununla bağlı məlumatı ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli təsdiqləyib. O bildirib ki, Nanə yaxın günlərdə tamaşaçı qarşısına çıxacaq. "Nanəli" verilişi yeni formatda

18 mart
.

"Hər şeyi özü ilə apardı, amma mənə söz verdi ki..."

Mərhum əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə etdiyi paylaşım ilə diqqət çəkib. -ın məlumatına görə, o, mərhum sənətçi ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq duyğularını izləyiciləri ilə bölüşüb. Röyal bildirib ki, artıq dərdini azaltmaq üçün edilən paylaşımlar və yazıla

12 mart
.

Vüqar Muradov hönkür-hönkür AĞLADI - VİDEO

MTV kanalında yayımlanan proqramların birində kövrək anlar yaşanıb. xəbər verir ki, verilişin qonağı olan müğənni Vüqar Muradov proqram zamanı emosional anlar yaşayıb. Belə ki, efirdə onun mərhum atasının süni intellekt vasitəsilə hazırlanmış görüntüsü nümayiş etdirilib. Gözlənilməz vəziyyətlə qarşılaşa

11 mart
.

İzzət kostyumlarını ələ salanlara CAVAB VERDİ

Müğənni İzzət Bağırov illər əvvə geyindiyi kostyumlarını ələ salanların cavabını verib. xəbər verir ki, o, arxiv görüntülərinin paylaşımlarına yazılan şərhlərə etiraz edib. Sənətçi üzünü gənclərə tutub:. "Geridüşüncəli insanlar geyimimi ələ salırdılar. Amma anlamırlar ki, həmin geyimlər dəb oland

13 mart
.

"Tək olduğuma görə gözlərim QƏMLİDİR"

Tele-aparıcı Zümrüd Bədəlova şəxsi həyatı ilə bağlı səmimi etirafları ilə diqqət çəkib. xəbər verir ki, aparıcı verdiyi açıqlamada təkliyi sevdiyini və bəzən insanların onu kənardan gördüyü kimi olmadığını bildirib. O, həyatında yaşadıqlarının onu daha ehtiyatlı etdiyini də gizlətməyib. Bədəlova etira

13 mart
.

Xatirə geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Müğənni Xatirə İslam səhnə geyimi ilə yenidən diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçi paytaxt məkanlarından birində keçirilən proqram zamanı həmkarı və yaxın dostu Rüfət Axundov ilə birlikdə eyni səhnəni bölüşüb. Onlar gecə boyunca mahnılar səsləndirib, rəqs edərək qonaqlara əyləncəli anlar yaşadıblar

16 mart
.

Süleyman və Hürrəmi 15 il sonra yenidən eyni filmdə izləyəcəyik

Türkiyə və dünya kinosu tarixində dərin iz buraxan "Muhteşem Yüzyıl" serialının baş qəhrəmanlarını canlandıran Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra yenidən eyni filmdə rol alacaqlar. türk mediasına istinadən xəbər verir ki, onlar "İmroz'da Bahar" adlı bədii film üçü

11 mart
.

Rüfət Nasosnu məşhur şouda BU MÜKAFATI QAZANDI - VİDEO

Xəbər verdiyimiz kimi, "Milyonların şousu" proqramının növbəti iştirakçılarından biri meyxanaçı Rüfət Nasosnu olub. O, bu gün yarım qalan oyununu tamamlayıb. R.Nasosnu 13-cü sualda oyunu dayandırıb və şounu 8 min manat məbləğlə tərk edib. "Mənim qazancım ürəyimin sevinci, bu güzəllik oldu

15 mart