DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Azərbaycanda tanınmış şəxslərə və dövlət rəsmilərinə qarşı xaricdə yaşayan bloqerlərin iştirakı ilə həyata keçirilən böyük bir şantaj və qarayaxma kampaniyasının üstü açılıb.
Oxu.Az İTV-yə istinadən xəbər verir ki, bu ilin əvvəlindən başlayaraq xaricdə yaşayan bloqerlər - Mehman Hüseynov, Emin Hüseynov, Qabil Məmmədov və digərləri müxtəlif platformalarda Alyona Əliyeva barədə böhtan xarakterli məlumatlar yaymağa başlayıblar. Hətta M.Hüseynov canlı yayımların birində saxta videofraqmentlər nümayiş etdirib.
Eyni vaxtda xaricdə olan bir şəxs xarici telefon nömrələri və elektron poçt vasitəsilə Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə əlaqə saxlayaraq onları şantaj etməyə başlayıb. Həmin şəxs əlində Alyona Əliyevaya məxsus olduğunu iddia etdiyi kadrların olduğunu bildirərək, bu görüntüləri yaymamaq müqabilində beş milyon avro tələb edib.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Keçirilən əməliyyat nəticəsində bu cinayətdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S. saxlanılıb. İstintaq zamanı o, cinayətini etiraf edərək detalları açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2935 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLaos prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib - Foto
Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Laos prezidenti burada Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önün
13 oktyabrİlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin
14 oktyabrAzərbaycan Kamboca münasibətləri: tarixi varislik və yeni üfüqlər
Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr
13 oktyabrAzərbaycanın Asiya strategiyasında yeni istiqamətlər
Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident
14 oktyabr