Ərəblərin ən varlı şeyxinin QIZI: DƏBDƏBƏLİ YAŞAM və BRİLYANT EHTİRASI - FOTOLAR

Ərəblərin ən varlı şeyxinin QIZI: DƏBDƏBƏLİ YAŞAM və BRİLYANT EHTİRASI - FOTOLARƏrəb və Şərq zinətinin müasir dəbə təsiri getdikcə daha da əlamətdar olur. Əsas göstərici, əlbəttə ki, "Vogue Arabia" jurnalının buraxılmasıdır. İndi podiumlarda açıq-saçıq geyimlərlə qapalı fasonların kəskin mübarizəsi gedir. Əlbəttə ki, şərq gözəllərinin zinət əşyalarına olan hədsiz sevgisi də dəbə təsirsiz ötüşməyib.

Birləşmiş Ərəb Əmirliklərinin ən varlı şahzadələrindən birinin qızı və "Qara kitab. Şərq qadınlarının tarixi" kitabının müəllifi şeyx Hind Əl Kassemi zinət əşyaları kolleksiyası ilə xüsusilə məşhurdur. Ədəbiyyat, moda və qızıl-zinət əşyalarına olan marağı hobbi hesab etmək olardı, amma xanım Əl Kassami sevdiyi hər bəzəyə çox ciddi və qayğı ilə yanaşır. Dubay Moda Həftələrinə rəhbərlik edən varlı şeyx qızının içi milyon dollarlıq qızıl və brilyantlarla dolu olan çoxlu sayda mücrüləri var. O, bahalı bəzək əşyalarına olan məhəbbətini belə ifadə edib:

"Mən artıq uşaqlıqdan ailəmizdən bizə miras qalan cavahiratlarla tanış olmuşam. Ənənəvi ərəb tacları və boyunbağılarını sözsüz ki, yalnız parad şəkilləri üçün taxırdıq. Kiçik yaşlarımda valideynlərim "Chopard"dan mənə kiçik heyvan fiqurları şəklində olan bəzək əşyaları hədiyyə etmişdi. Mənim dayəm onları oğurlamışdı. Gecə yarısı onları boynumdan çıxardığı və necə oğurladığı indiki kimi yadımdadır. Boyunbağını boynumdan çıxaranda yuxudan durdum, onda o, "Qara adamın bura gəldiyini eşidirəm, tez gözlərini bağla və yat. Yoxsa ki, o, bizi öldürəcək", - deyə qulağıma pıçıldadı.

Ertəsi gün mən bəzək əşyalarımı ondan istədikdə dayəm mənə dedi ki, onları guya qara adam oğurlayıb. Əgər mən bu barədə kiməsə danışsam, o qayıdacaq və qisas alacaq. Dayəni sevirdim, buna görə də böyüklərə bildirdim ki, bahalı hədiyyələri itirmişəm. Lakin bu hadisədən sonra axşamlar bahalı zinət əşyalarını çıxarıb nənəmin otağında qoymağa başladım".

Mənə elə gəlir ki, qiymətli bəzək əşyalarına olan sevgi məndə 10 yaşımdan yaranıb. Hər gün yuxudan duran kimi nə isə taxmalı idim. Nənəm məni öyrədirdi ki, əsl xanımın incə davranışları, gözəl saç düzümü və zinət əşyaları olmalıdır. İndiyədək çalışıram ki, nənəmin məsləhətlərinə əməl edim. O, həqiqətən də möhtəşəm kraliça idi. Bəzək əşyaları sadə olsa, nəməm onları hər gün taxırdı".

Hind Əl Kassami bildirib ki, "Cartier Tank" onun müstəqil aldığı ilk saatı olub:
"Kolleksiyamda böyük Kolumbiya zümrüdü ən sevdiyim rəngli daşdır. Mürəkkəb çərçivələri sevirəm. Armudvari daşlar üzükdə çox gözəl qalır və bütün baxışları cəlb edir. Bununla belə gündəlik üçün hər zaman yumru daşlar seçirəm. Mirvari də sevirəm, amma simmetrik formalarını".

Talismanlar haqqında da çox danışa bilmərəm. Yaşıl daşlar pul və uğur gətirir. Qırmızı cəlbediciliyi ilə assosiasiya edilir. Göy sapfirlər nəcibliyi, brilyantlar isə hakimiyyəti bildirir. Antik bəzək əşyaları gözəl olsa da, onlara sahib olmaq istəmirəm. Çünki bu, qiymətli lənətdir: Onların sahibləri əsasən ya öldürülüb, ya da tək-tənha ölüb. Həmin əşyalar öz sahiblərinə dərd və nifrət gətirib".

Bahalı zinət kolleksiyasının sahibi hesab edir ki, qadının bəzək əşyalarına nəzər salaraq onun xarakteri barədə çox söz demək olar:
"Mənə elə gəlir ki, "Patek Philippe" ni yetkin təbiətili qadınlar taxır, "Cartier"i praktiklər, "Rolex"i realistlər sevir. "Chopard" isə əyləncə həvəskarlarının seçimidir.
Çox sadə bəzəklər taxan xanımlar adətən cəmiyyətdə xoş qarşılanır və ünsiyyətcil olur. Nəzərəçarpacaq və mürəkkəb zinət əşyaları həvəskarları isə daha sərt və tələbkar xarakterə malikdir. Lakin, istisnalar əlbəttə ki, baş verir".

O, bilyantlarla işlənmiş qızıl saatları çox sevdiyini deyib. Sevdiyi markalar isə bunlardır: "Audemars Piguet", "Franck Muller" və "Philippe Patek".

Əl Kassami üzərində çox zinət əşyaları taxmağı xoşlamadığını da əlavə edib:
"Sadə boyunbağını sadə sırğalarla tamamlamaq gözəldir. Risk etmək olar və mürəkkəb bəzəkləri birləşdirmək olar, amma bunun üçün səndən düzgün uzlaşma, böyük sənət bacarığı tələb olunur. Mən hesab edirəm ki, moda ilə ayaqlaşmaq asandır, amma zövq duyumu çətin məsələdir. Məncə, zövq duyumunun olması genetik amillərlə bağlıdır. Zinət əşyaları taxanda səhvlər yolverilməzdir, axı məhz onlar sənin üslubun haqqında çox şey danışa və məlumat ötürə bilər".

Ərəblərin ən varlı şeyxinin QIZI: DƏBDƏBƏLİ YAŞAM və BRİLYANT EHTİRASI - FOTOLARƏrəblərin ən varlı şeyxinin QIZI: DƏBDƏBƏLİ YAŞAM və BRİLYANT EHTİRASI - FOTOLARƏrəblərin ən varlı şeyxinin QIZI: DƏBDƏBƏLİ YAŞAM və BRİLYANT EHTİRASI - FOTOLARƏrəblərin ən varlı şeyxinin QIZI: DƏBDƏBƏLİ YAŞAM və BRİLYANT EHTİRASI - FOTOLARƏrəblərin ən varlı şeyxinin QIZI: DƏBDƏBƏLİ YAŞAM və BRİLYANT EHTİRASI - FOTOLARƏrəblərin ən varlı şeyxinin QIZI: DƏBDƏBƏLİ YAŞAM və BRİLYANT EHTİRASI - FOTOLARƏrəblərin ən varlı şeyxinin QIZI: DƏBDƏBƏLİ YAŞAM və BRİLYANT EHTİRASI - FOTOLARƏrəblərin ən varlı şeyxinin QIZI: DƏBDƏBƏLİ YAŞAM və BRİLYANT EHTİRASI - FOTOLARƏrəblərin ən varlı şeyxinin QIZI: DƏBDƏBƏLİ YAŞAM və BRİLYANT EHTİRASI - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6722   Tarix: 11 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021