Mikayıl Cabbarov məşhur milyarderlə görüşdü

Mikayıl Cabbarov məşhur milyarderlə görüşdüBirləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) Konqresi keçirilib.

Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, konqresdə qurumun prezidenti Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Ümumilikdə 126 milli federasiyanın qatıldığı tədbirdə ötən ilin yekunları və gələcək inkişaf planı müzakirə olunub. Forumda qərara alınıb ki, 2020-ci ildə gənc və yeniyetmə idmançılar arasında dünya çempionatı ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilsin. Qahirə (Misir) və Zaqreb (Xorvatiya) şəhərləri isə müvafiq olaraq, 2019 və 2020-ci ildə keçiriləcək veteran qılıncoynadanların mundialına ev sahibliyi edəcək.

Tədbir çərçivəsində AQF nümayəndə heyəti FİE prezidenti, məşhur milyarder Alişer Usmanov, Avropa Qılıncoynatma Konfederasiyasının rəhbəri Stanislav Pozdnyak, o cümlədən Ukrayna, Gürcüstan Qılıncoynatma Federasiyalarının rəhbər şəxsləri və Rusiya millisinin baş məşqçisi İlqar Məmmədovla ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanda qılıncoynatmanın inkişafı, məşqçilər və idmançıların təcrübə yığması üçün əməkdaşlıq perspektivləri, idmançıların beynəlxalq turnirlərdə iştirakı müzakirə olunub.

M.Cabbarov əslən azərbaycanlı ikiqat olimpiya çempionunu Rusiya Federasiyasının "Şərəf" ordeninə layiq görülməsi münasibətilə təbrik edib.

İ.Məmmədovun bu idman növünün inkişafında xidmətlərini yüksək qiymətləndirən AQF prezidenti ona məşqçilik fəaliyyətində uğurlar arzulayıb.
Mikayıl Cabbarov məşhur milyarderlə görüşdü


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5337   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çimərlik mövsümü başlamasına az qalıb: "Elə ərazilər var ki, çirkab sular bir başa Xəzər dənizinə tökülür" - Ekoloq

Çimərlik mövsümünün başlanmasına çox az qalıb. Önümüzdəki 3 ayın çox isti keçəcəyini nəzərə alsaq, sakinlər bu aylarda dincəlmək üçün ilk növbədə də dəniz kənarı, çimərliklərə üz tuturlar. Amma bəzi çimərliklərində suyun natəmizliyi insanları narahat edir. Xəzər dənizinin çirklənməsənin səbəbi nədir

3 may
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

4 may
.

Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb

Sumqayıtda ana və övladları itkin düşüblər. "Report"un yerli bürosu məlumat verir ki, 1991-ci il təvəllüdlü Şəbnəm Sahib qızı Alıyeva övladları, 2013-cü il təvəllüdlü Ayxan Nəsrəddin oğlu Alıyevi və 2012-ci il təvəllüdlü Ayan Nəsrəddin qızı Alıyevanı da götürərək 4-cü mikrorayonda yaşadığ

4 may
.

Bakı həbsxanasında ÖLÜM

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Mirəli Bəşirov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

3 may
.

Bu şəxslər işə düzələrkən dövlətdən 4712 AZN ala bilər - RƏSMİ

Azərbaycanda yeni tətbiq edilən birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriya şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir. xəbər verir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər ilk dəfə işə düzələn zaman birdəfəlik 4712 manat müavinət ala bilər. Valideynlərini itirmi

3 may
.

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev aclıq aksiyasına başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onunla mayın 2-də görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev "Amerikanın Səsi"nə bildirib. Qeyd edib ki, Hacıyev mayın 1-dən etibarən 13 saylı Cəzaçəkm

3 may
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

3 may
.

Azərbaycanda vəzifəli şəxs vəfat edib

"Suraxanı" gəmi-muzeyinin ilk kapitanı vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Qasım Alacov bu gün vəfat edib. Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. O, 1980-ci ildən üzən heyətin sıraların

3 may
.

"Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb" - Əhməd İsmayılov

"Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması eyni zamanda cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb". "Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusund

3 may