Rəis müavini xanıma 3 dəfə pul verdi, 4-cü dəfə tutdurdu

Rəis müavini xanıma 3 dəfə pul verdi, 4-cü dəfə tutdurduİsmayıllı rayon polis şöbəsinin rəis müavini Pərviz İsmayılov və "Evromed" Tibb mərkəzində həkim kardioloq işləyən Tofiq Sadıqovu şantaj etməkdə təqsirli bilinən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Vəfa Dadaşovanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, Vəfa Dadaşova 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Vəfa Dadaşova 2013-cü ilin iyununda Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən "Evromed" Tibb mərkəzində həkim kardioloq işləyən Tofiq Sadıqov tərəfindən tibbi müayinə olunarkən guya ona qarşı seksual xarakterli nalayiq hərəkətlər edilməsinə dair həqiqətə uyğun olmayan rüsvayedici məlumatları Səhiyyə Nazirliyində, sosial şəbəkələrdə, mətbuatda, Tofiq Sadıqovun iş kollektivində və yaxın qohumları arasında yayaycağı ilə hədələyib. O, həmin il noyabrın sonlarında Tofiq Sadıqovdan 1000 manat tələb edib. Bu əməliyyatdan bir müddət sonra Vəfa Dadaşova Tofiq Sadıqovdan eyni tələblə təkrar 1000 manat ala bilib.

Bundan başqa, Vəfa Dadaşova tanışı Pərviz İsmayılovun (Pərviz İsmayılov İsmayıllı rayon polis şöbəsinin rəis müavinidir – red.) dostu Pərviz Hüseynov ilə birlikdə 2010-cu ilin aprel-may aylarında Binəqədi rayonunda yerləşən "Oğuzxan" şadlıq sarayının arxasındakı çay evində olub. Bu zaman Pərviz İsmayılov guya ona sulu qəlyan çəkdirib və narkotik vasitənin təsirindən huşsuz hala gətirib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, Pərviz İsmayılovu bu məlumatlarla iş kollektivi arasında rüsvay edəcəyi ilə hədələyib, ondan 2000 ABŞ dolları tələb edib, "Oazis" restoranının qarşısında Pərviz İsmayılovdan tələb etdiyi pulu ala bilib.

Daha sonra Vəfa Dadaşova Pərviz İsmayılovdan iki dəfəyə 3500 ABŞ dollarını 14 mart 2017-ci il tarixdə Yasamal rayonu, Azərbaycan prospekti 30 ünvanında yerləşən Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasında alıb. O, həmin pulu alandan sonra Pərviz İsmayılovu yenə də şantaj edib və ondan 2000 ABŞ dolları və martın sonlarında isə 1500 ABŞ dolları alıb.

Bundan başqa, Vəfa Dadaşova Pərviz İsmayılovun onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını iş kollektivində və yaxın qohumları arasında yaymaqla hədələyib, ondan 50000 manat tələb edib, Pərviz İsmayılovun bununla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında 1 may 2017-ci il tarixdə əməliyyat keçirilib. Əməliyyat-axtarış tədbiri zamanı Vəfa Dadaşova Nərimanov rayonu, Təbriz küçəsində yerləşən istirahət parkındakı adsız kafedə Pərviz İsmayılovdan həmin 6000 ABŞ dollarını alarkən yaxalanıb.

Vəfa Dadaşova Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yoluyla tələb etmə) maddəsi ilə ittiham edilir.

Mənbə: axar.az


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1902   Tarix: 25 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ferması yanan kişinin sözləri diqqət çəkib

Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda Niyazi Cengizə məxsus boş hind quşu fermasında baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb. türk mediasına istinadən xəbər verir ki, Mudurnunun Hacıhalimlər kəndində yerləşən və 7 min tutumlu olan boş hind quşu fermasında naməlu

18 dekabr
.

Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü: Hacıqabuldakı cinayətin TƏFƏRRÜATI

Bəhram Qəmbərlinin (ad-soyadlar şərtidir) münasibətindən şübhələndiyi üçün onları qanunsuz olaraq silah gücü ilə azadlıqdan məhrum edib. -a istinadla xəbər verir ki, ötən il baş verən hadisə ilə bağlı məhkəmə prosesi bu həftə başa çatıb. Hacıqabul Rayon Məhkəməsinin hökmünə əsasən, Ş.Valehov 5 il müddətin

20 dekabr
.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17 dekabr
.

Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA

"C-130"lar hazırda hələ də dünyanın 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​illik qiymətləndirmə iclasında gündəmdəki məsələlərlə bağlı sualları cavablandırarkən deyib

20 dekabr
.

Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"

Bir zərgərin ona "əmanət" olaraq veriləcək qızılları qəbul etməməsi sosial mediada gündəm olub. türk mediasına itinadən xəbər verir ki, zərgər, illərdir tanıdığı bir şəxsin "Bunları götür, işlət" deyərək qızıllarını saxlamaq istəməsinə qəti şəkildə etiraz edib. Əmanəti niyə qəbu

19 dekabr
.

Avtobus dayanacağında xoşagəlməz hadisə: yaşlı cütlüyün etdiklərinə baxın! - VIDEO

Türkiyənin Tokat şəhərində avtobus dayanacaqlarından birində baş verən xoşagəlməz hadisə ictimai narazılığa səbəb olub. türk mediasına istinadən xəbərə verir ki, iki yaşlı şəxsin ictimai məkanda uyğun olmayan hərəkətlər etməsi ətrafda olan vətəndaşların etirazına yol açıb. Hadisəni görən ərazidəki bi

18 dekabr
.

Məktəbli qızların mesajlaşma qrupuna əxlaqa zidd foto göndərən müəllim həbs olundu

Ankarada bir məktəbdə fəaliyyət göstərən bədən tərbiyəsi müəllimi N.Ş. (52), məktəbin qız voleybol komandasının WhatsApp qrupuna əxlaqa zidd foto göndərdiyi iddiası ilə həbs olunub. türk mediasıan istinadən xəbər verir ki, Sincan rayonu ərazisindəki bir məktəbdə çalışan bədən tərbiyəsi müəllimi N.Ş.-nin

16 dekabr
.

Vəzifəli şəxs qəzada HƏLAK OLDU

Xocavənddə vəzifəli şəxs avtomobil qəzasında həlak olub. xəbər verir ki, bu barədə Xocavənd Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, Xocavənd Rayon Statistika İdarəsinin rəisi, Əmirallar kənd sakini Fərnad Tahir oğlu Tahirov bu gün keçirdiyi qəza nəticəsində ölüb

20 dekabr
.

Alüminium qabı ilə birlikdə udduğu həb 4 il sonra ağciyərindən çıxarıldı

Antalyada 75 yaşlı Sahibe Güzin Zeybekoğlunun 4 il əvvəl diqqətsizlik nəticəsində alüminium qabı (blisteri) ilə birlikdə udduğu həb bronxoskopik üsulla ağciyərindən çıxarılıb. türk mediasına itinadən xəbər verir ki, Zeybekoğlu, "Şiddətli öskürək və həddindən artıq bəlğəm şikayətlərim var idi, sonrada

19 dekabr