Rusiya bu hallarda nüvə silahına əl atacaq - Qərblə müharibədə Kremlin üç hədəfi

Rusiya bu hallarda nüvə silahına əl atacaq - Qərblə müharibədə Kremlin üç hədəfiABŞ-da fəaliyyət göstərən "RAND Corporation" analitik mərkəzi Rusiya Silahlı Qüvvələrinin sahib olduğu imkanları göstərən bir hesabat hazırlayıb.

Hesabata görə, dünyanın ən böyük ölkəsi Rusiyanı ələ keçirmək mümkün deyil.

ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) 1950-ci illərdən bu yana milli təhlükəsizlik mövzularında məsləhətçilik edən "RAND Corporation" bir çox media qurumları və analitik mərkəzlərdən fərqli olaraq hesab edir ki, Rusiyanın Baltik ölkələri, ya da Şərqi Avropaya hücum etmək niyyəti yoxdur.

"Rusiyanın hərbi imkanları, ordusunun quruluşu və fasiləsiz həyata keçirilən təlimlər ölkənin rəsmi hərbi doktrinası ilə üst-üstə düşür. Doktrinaya görə, ordu qlobal səviyyədə güc nümayişi etmək üçün deyil, ölkənin suverenliyini müdafiə üçün öz hazırlığını yüksəldir", - hesabatda deyilir.

Sənəddə qeyd edilir ki, rusların hər şeydən çox, havadan konvansionel (kütləvi qırğın sılahlarına daxil olmayan adi silah növləri –red.) həssas silahlarla həyata keçiriləcək hücumlardan, NATO-nun dünya sularında havadan müdafiə sistemlərini inkişaf etdirməsindən və NATO-nun Rusiya sərhədlərində yeni bazalar qurmasından narahatdır.

"Rusiya son illərdə bu təhlükələrlə mübarizə qabiliyyətini artırmaq üçün hərbi güclərinə böyük sərmayə qoyub. Xüsusilə, dünyanın ən qabaqcıl raket hücumundan müdafiə sistemlərindən biri (söhbət S-400 zenit-raket sistemlərindən gedir –red.) Rusiyanın əlindədir", - mərkəzin ekspertləri qeyd edirlər.

RAND analitikləri son 10 ildə Rusiya ordusunun köhnə sistemdən qurtularaq, indi daha kiçik, lakin daha təsirli və hər an döyüşə girməyə hazır olan bir orduya çevrilməsinə diqqət çəkiblər. Bildirilir ki, quru və desant gücləri, həmçinin dəniz piyadalarına aid təxminən 60 alay və batalyon var:

"Hər alay və batolyon peşəkar muzdlu hərbçilərin olduğu bir və ya iki taktik qrup yarada bilərlər. Bu qruplar daim müharibəyə hazır vəziyyətdə saxlanılırlar. Kiçik, lakin peşəkar və qabaqcıl elit qoşunlardan istifadə etmək Rusiya Silahlı Qüvvələrini önə çıxaran xüsusiyyətdir".

RAND ekspertlərinin fikrincə, Moskva 2000-ci ilin ortalarından etibarən nüvə silahını tətbiq etmədən strateji missiyanı yerinə yetirə biləcək uzunmənzilli konvensionel silahlarını aktiv şəkildə inkişaf etdirir.

Hərbi doktrinaya görə, Rusiya bir ölkə kimi məhv olma təhlükəsi qarşısında qaldığı zaman kütləvi qırğın silahlarından istifadə edə bilər. Məsələn, Kalininqrad və ya Moskva bölgəsindəki hava hücumundan müdafiə sistemləri məhv edilərsə, yaxud da Rusiyanın quru qüvvələri ciddi itkilər verərsə, hərbi doktrina nüvə silahından istifadəyə icazə verir. Ruslar raket sistemləri və strateji qüvvələrinin komanda mərkəzinə edilə biləcək hücumlardan narahatdır. SSRİ dövrü ilə müqayisədə raket hücumundan xəbərdarlıq sistemlərinin kosmik komponenti olduqca zəifdir. Ruslar xəbərdarlıq sisteminin peyk qrupunu 2020-ci ildən sonra yeniləməyi planlaşdırırlar, həmin vaxta kimi isə qurudakı radar sistemlərinə etibar etmək məcburiyyətindədirlər. Bu isə ABŞ-ın nüvə hücumuna reaksiya vermə müddətini uzadır.

Hesabatda qeyd edilir ki, Kreml Rusiyaya müdaxilənin qaçılmaz olduğu qənaətinə gələrsə, qabaqlayıcı zərbənin vurulması barədə qərar verə bilər.

"Bu zaman təhlükənin qarşısını başlanğıc nöqtəsində almaq Rusiya üçün olduqca vacibdir. Müharibə nə qədər uzun sürərsə, ordu daha çox zəifləyəcək. Rusların sürətli hərəkət etdiyini başa düşmək üçün Krım, Gürcüstan, Əfqanıstan və Çexoslovakiyanı xatırlamaq kifayətdir. Rusiya hərbi baxımdan bərabər və ya daha güclü bir ölkəyə hücum qərarına gələrsə, üç hədəfi olacaq. Birincisi, Kremlin rəqibin komanda qərargahını və kommunikasiya vasitələrini məhv etmək üçün bütün gücünü işə salacaq. İkincisi, ruslar öz niyyətlərini və məqsədlərini gizlətmək üçün "maskalanma" metodundan geniş istifadə edəcəklər. Üçüncüsü, hücum qarşı tərəfə reaksiya imkanı vermədən maksimum sürətli həyata keçiriləcək", - mərkəzin analitikləri düşünürlər.

Hesabatda bildirilir ki, ABŞ qoşunları müharibə halında topçu birlikləri və zenit-raket sistemləri daha çox olan bir rəqiblə qarşı-qarşıya qalacaqlar. Qeyd edilir ki, amerikalılar havada üstünlüyü təmin edə bilməsələr, Rusiya artilleriya sistemləri sayəsində üstünlük qazanacaq.

Hərbi-Dəniz Qüvvələrini Rusiya ordusunun əsas elementi hesab etməyən RAND ekspertləri bununla belə hesab edir ki, dəniz qüvvələri quru və hava güclərinə ciddi dəstək verə və bəzi istiqamətlərdə lokal qələbələr qazana bilər.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1674   Tarix: 25 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14 aprel
.

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr

16 aprel
.

Arda Turan Messi ilə heç vaxt danışmadığı xatirəsini paylaşdı

Futbol üzrə Türkiyə milli komandasının və İstanbulun "Qalatasaray" klubunun sabiq futbolçusu, hazırda Türkiyə 1-ci Liqasında çıxış edən "Eyüpspor"un baş məşqçisi Arda Turan İtaliyanın məşhur "La Gazzetta dello Sport" nəşrinə müsahibə verib. O, müsahibəsində xüsusən İspaniyadak

25 aprel
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14 aprel
.

Azərbaycanda federasiyanın sabiq baş məşqçisi vəfat etdi

1983-85-ci illərdə "Araz" futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib. Bu barədə "Araz-Naxçıvan"ın Mətbuat Xidməti məlumat yayıb. Naxçıvan təmsilçisi sabiq mütəxəssisin vəfatından kədərləndiyini bildirib. Qeyd edək ki, Hafiz Əliyev müxtəlif illərdə Naxçıva

24 aprel
.

"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda çempionluğunu rəsmiləşdirən "Qarabağ" saat 16:30-da sonuncu pillədə qərarlaşan "Qəbələ"ni qəbul edəcək. Günün digər matçnda 47 xalla 3-cü pilləd

20 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel