Aytacın bacısı: "Getdim gördüm İzzət Aytacı döyüb,sinəsindən təpiklə vurub"

Aytacın bacısı: "Getdim gördüm İzzət Aytacı döyüb,sinəsindən təpiklə vurub"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi Aytac Babayevanı öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Sonxeber.az qafqazinfo-ya istinadla bildirir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

Aytacın bacısı, 1993-cü il təvəllüdlü Ayşən Babayeva ifadəsində bildirib ki, bacısı doqquzuncu sinifdə oxuyanda İzzətlə sevgili olub:

"Amma mən bunu Aytac 10-cu sinfə gedəndə bildim. Onda da Aytaca dəfələrlə dedim ki, belə işlərə baş qoşma, dərslərinə vaxt ayır, lakin onu yola gətirə bilmədim. Ötən ilin yanvar ayında, Aytacın ad günündə dayımqızı, xalamqızı Nərmin, Aytac və mən şəhərə gəzməyə çıxdıq. Biz şəhərdə olanda İzzət Aytaca zəng etdi ki, sənə sürprizim var. Biz hamımız birlikdə "Sahil"də bir restorana getdik, İzzət tort sifariş etdi, yedik-içdik qayıtdıq. Orada başqa heç nə olmadı, İzzət də özünü normal aparırdı.

Amma fevral ayından İzzət dəyişdi, səbəbsiz yerə Aytacı söyməyə başladı. Aytaca SMS-lə küçə söyüşləri yazırdı. Həmin il tez-tez Aytacı söyürdü, döyürdü. Mən Aytaca deyirdim ki, gəl bunları anamıza deyək. Amma o razı olmurdu, deyirdi özüm həll edəcəyəm.

Dekabrın 17-də atamın ad gününə Aytac hədiyyə almışdı. İzzət şəhərdə Aytacla görüşüb həmin hədiyyəni alıb yerə atıb, Aytacı da vurmuşdu. Aytaca deyib ki, sən o hədiyyəni atana almamısan.

Martın 2-də Aytac mənə zəng elədi ki, pisəm, "Xalqlar dostluğu"na gəl. Getdim gördüm İzzət Aytacı döyüb, sinəsindən təpiklə vurub, paltosunu cırıb, onu yerə yıxıb vurub.

Dayımoğlu Orxan Axundov əsgərlikdən məzuniyyətə gələndə bir dəfə Aytacı hazırlıq kursuna apardı. Onu da İzzət uzaqdan görüb. Orxan Aytacı ötürəndən sonra ona yaxınlaşıb, Aytacı sevdiyini deyib. Söhbət ediblər, orada dayımoğluna söz verib ki, daha Aytaca yaxınlaşmayacaq. Amma həmin gün axşam İzzət Aytacın sinif yoldaşları Orxanla Rəhimi götürüb Aytaca hücum edib, döyüb telefonunu da sındırmışdı.

Hadisə baş verən günü mən bibimgildə idim. Günorta saat 12:48-də Aytac mənə zəng etdi ki, evdən çıxıram, açarı qoyum, dedim yox özümdə var. Bir az sonra anam zəng edib dedi ki, Aytacı xəstəxanaya aparıblar..."

A.Babayeva bildirib ki, İzzətin bacısını nə üstündə öldürdüyünü bilmir.

Aytacın anası Gözəl Babayeva deyib ki, mərhum qızı 16 yaşını İzzətlə şəhərdə keçirib:

"On yeddi yaşı olanda Aytacın ad gününü evdə keçirdik. Onda da İzzət qapımızın ağzına kukla qoymuşdu. Mən onu götürüb evlərinə aparanda İzzətin anası bizə dedi ki, çox o yan, bu yan etməyin, qızının diskdə İzzətlə şəkilləri var. İzzət özü də tez-tez Aytaca hədə qorxu gəlib".

Ayşən Babayeva bildirib ki, İzzət Aytacın üstünə "Kislota" atmaqla hədələyib:

"İzzət Aytaca deyirdi ki, sən oxuyub universitetə qəbul olacaqsan, orada yeni adamlar tanıyacaqsan, həyatın daha maraqlı olacaq, məni unudacaqsan. Buna görə deyirmiş ki, sənin gözlərini çıxaracağam ki, oxumayasan".

Bundan sonra Aytacın xalası qızı, 1999-cu il təvəllüdlü Nərmin Baxşıyeva ifadə verib. O bildirib ki, İzzət, hətta bir dəfə Aytacı marşrut avtobusunda vurub yerə yıxıb:

"Onuncu sinfin yanvar ayına kimi hər şey yaxşı idi. Fevral ayından İzzət birdən-birə dəyişdi. Heç bir səbəb olmadan Aytacı döyürdü, söyürdü. Aytac dözmədi ayrıldı. Həmin vaxt da dayısıoğlu Orxan onu ötürəndə İzzət görmüşdü. Onda da döymüşdü. Aytac əvvəllər İzzətlə evlənəcəyini düşünürdü, amma sonradan dedi ki, bu indidən məni belə döyür, evlənəndən sonra necə olacaq?! İzzətin Aytaca yazdığı təhqir mesajlarını özüm görmüşəm".

İzzət Hüseynov istintaqa ifadəsində bildirib ki, anası Aytacı Orxana ərə vermək istəyib, ona görə də Aytacı bıçaqla vurub.

Gözəl Babayeva isə deyib ki, bu yalandır:

"Aytacı Orxan istəmirdi, amma başqa istəyən vardı, evlənib Amerikaya aparmaq istəyirdi. Mən ona da razı olmadım, çünki qızım hələ universitet oxumaq arzusunda idi..."

Məhkəmənin növbəti iclası sentyabrın 4-ə təyin edilib.

Qeyd edək ki, bu ilin aprelin 29-da Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu tərəfindən qətlə yetirilib. Bu hadisə ölkədə geniş müzakirələrə səbəb olmuşdu.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3874   Tarix: 28 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO

"Ölümü"nü səhnələşdirən dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarş

25 aprel
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilə

25 aprel
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel