Heyvanların çıxartdığı səslərin mənası

Heyvanların çıxartdığı səslərin mənasıİmam Hüseyn (ə) kiçik olan zaman heyvanların çıxartdığı səslərin mənasını Həzrətdən (ə) soruşurlar. Çünki imamətin nişanələrindən biri budur ki, İmam heyvanların dilini də bilməlidir.

Sonxeber.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) da bir-bir heyvanların nə dediklərini bəyan etmişdir:

Kərkəs deyər: Ey Adəm övladı! Necə istəyirsənsə yaşa, ancaq bunu bil ki, aqibətin ölümdür.
Qızılquş deyər: Ey bəlaları aradan aparan!
Tovuzquşu deyər: Allahım! Özümə zülm etmişəm və bəzəyimlə məğrur olmuşam. Ona görə də məni bağışla.
Kirpi deyər: Allah öz ərşində qərar tutmuşdur.
Xoruz deyər: Hər kim Allahı tanısa, Onu unutmaz.
Toyuq deyər: Ey haqq olan Allah! Sən haqsan və sözlərin haqdır.
Qırğı deyər: Allaha və qiyamət gününə imanım vardır.
Leş yeyən kərkəs deyər: Allaha təvəkkül et ki, O, ruziverəndir.
Qartal deyər: Hər kim Allaha itaət edər, çətinlik görməz.
Şahin deyər: Allah pak və haqdır.
Bayquş deyər: Yaxınlıq, insanlardan uzaq olmaqdadır.
Qarğa deyər: Ey ruzi verən! Halal ruzi çatdır!
Durna deyər: Allahım, məni düşmənlərimin şərindən qoru.
Leylək deyər: Hər kim insanlardan uzaq olar, rahat olar.
Ördək deyər: Ey Allahım, sənin bağışlamağını istəyirəm.
Hud-hud deyər: Necə ki, bədbəxtdir o kəs ki, günah edər.
Qumru deyər: Ey sirlərə və gizli olanlara alim olan, ey Allah!
Göyərçin deyər: Sənsən Allah, Səndən başqa Allah yoxdur.
Tutuquşu deyər: Allahı yada salmaq günahların bağışlanmasına səbəb olar.
Sərçə deyər: Allahdan bağışlanma istəyirəm o günahlara görə ki, Onu qəzəbləndirər.
Bülbül deyər: Lə iləhə illəllahu haqqə həqqə.
Kəklik deyər: Qiyamət yaxındır.
Bildirçin deyər: Ey Adəm övladı! Hansı şey səni ölümdən qafil etmişdir?
Ağacdələn deyər: Mənim Allahım, mənə atəşdən nicat ver!
Çöl bülbülü deyər: Allahım, möminlərin günahlarını bağışla!
Səhra göyərçini deyər: Allahım, əgər məni bağışlamasan, bədbəxt olaram.
Dəvəquşu deyər: Allahdan başqa məbud yoxdur.
Qaranquş "Həmd" surəsini oxuyar və deyər: Ey tövbələri qəbul edən! Həmd Sənin üçündür!
Zürafə deyər: Lə iləhə illəllahu vəhdəhu.
Qoyun deyər: Ölüm - ən yaxşı nəsihətverəndir.
Çəpiş deyər: (Allahım), ölümümü yetir ki, günahlarım az olsun.
Buzov deyər: Ey Adəm övladı! Səbir et, sən o kəsin qarşısındasan ki, səni görər və (Özü) görünməz. O, Allahdır.
Fil deyər: Ölümdən qaçış yoxdur.
Bəbir deyər: Ya Əziz, ya Cəbbar, Ya Mutəkəbbir, ya Allah!
Dəvə deyər: Pakdır o Allah ki, zalımları xar edər.
At deyər: Sübhəna Rabbəna Sübhənahu.
Canavar deyər: O kəsi ki, Allah qoruyar, heç bir zaman zay olmaz.
Çaqqal deyər: Vay, vay vay! O günahkara ki, günahında təkid edər.
İt deyər: Günahlar xarlığa səbəb olar.
Dovşan deyər: Allahım, məni həlak etmə. Həmd və sitayiş Sənin üçündür.
Tülkü deyər: Dünya, qürur evidir.
Ceyran deyər: Allahım, mənə əziyyətdən və azardan nicat ver.
Kərgədan deyər: (Allahım) fəryadıma çat, əks halda həlak olaram.
Maral deyər: Allah mənə kifayət edər, ən yaxşı vəkildir.
Pələng deyər: Pakdır o Allah ki, qüdrəti ilə əziz olmuşdur.
İlan deyər: Ey Allahım, necə də bədbəxtdir o kəs ki, Sənə günah edər.
Əqrəb deyər: Pislik - vəhşətli bir şeydir.

Sonra İmam (ə) buyurur: "Bütün məxluqlar Allahı təsbih edərlər". (Həvzəh)

Sonra bu ayəni tilavət edir: "Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və (cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək, Onu pak sifətlərlə mədh etməsin. (Çünki hər bir məxluqun vücudu Onun vücuduna, mümkün olması Onun vacibliyinə, hadisliyi - sonradan yaranması Onun qədimliyinə - elə əzəldən, həmişə olmasına, naqisliyi Onun kamalına və məhdudluğu Onun qeyri-məhdud olmasına dəlalət edir). Və lakin siz onların (həmin) mədhini başa düşmürsünüz (dilləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi ona qüdrətinizin çatmaması, vəziyyətləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi isə səhlənkarlığınızdır). Həqiqətən O, həlim və bağışlayandır (başa düşməyiniz üçün sizə möhlət verir, əgər başa düşməsəniz bağışlayır)". ("İsra" 44).


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1633   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021