Metroda intiharın qarşısını bu yolla almaq olarmı? – VİDEO
Belə bir tətbiq o qədər da asan başa gələn layihə deyil.
Sonxeber.az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Bakı metrosunda qatarlarla sərnişinlər arasında şüşə maneənin yaradılmasının tətbiqinin nə dərəcədə real ola biləcəyi barədə danışarkən deyib.
Nəsimi Paşayevin sözlərinə görə, bu, mürəkkəb bir mexanizmdir və stansiya layihənləndirilən zaman nəzərə alınmalıdır:
"Bizim stansiyaların böyük əksəriyyəti sovet dönəmində tikilib. O zaman belə bir mexanizm yox idi. Hazırda dünya metropolitenlərində də sadəcə bir neçə stansiyada belə mexanizm yaradılıb. Deyilənə görə, İsveçin paytaxtı Stokholmda belə bir mexanizm var, amma araşdıranda məlum olur ki, orada intihar edənlər də heç metronu seçmir".
Qeyd edək ki, son bir həftədə metroda iki intihar hadisəsi baş verib. Bununla əlaqədar bəzi insanlar sosial şəbəkədə çağırış edərək, İsveçin paytaxtı Stokholmda, eləcə də Koreyanın paytaxtı Seulda metroda tətbiq edilən qatar yolu ilə sərnişinlərin dayandığı yeri ayıran şüşə maneənin tətbiq edilməsini istəyiblər.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 894 Tarix: 12 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşÇernobıl qəzasından 38 il ötür
Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya
26 aprelBakının bu rayonunda qaz kəsiləcək
Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"
26 aprelŞadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl
26 aprelAz qala ÖLƏCƏKDİ: Qadın kofe içən zaman stəkanda ölü böcəklər gördü
İspaniyanın Mayorka adasındakı hava limanının kofe alan aviaşirkətin qadın əməkdaşı az qala öləcəkdi. xarici mənbəyə istinadən xəbər verir ki, 21 yaşlı qadın hava limanında aldığı kofenin qəribə dadı olduğunu hiss edib. Stəkanın içərisinə baxan zaman içərisində ölü həşəratların olduğunu görüb. Qadını
26 aprelRamiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq
26 aprelMillət vəkilinə ağır itki
Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub
25 aprelAzərbaycanda bu məşhur zavod bağlanır
"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr
26 aprel