"Qızılca bəlası" ilə bağlı valideynlərə çağırış edildi

"Qızılca bəlası" ilə bağlı valideynlərə çağırış edildiAvropa ölkələrində keçən ilə nisbətən qızılcaya yoluxma sayı üç dəfə artıb. Yoluxmanın sürətlə artımı İtaliyada, Ruminiya, Almaniya və Ukraynada qeydə alınıb.

Təkcə Ukraynada dekabrın sonu, yanvarın əvvəlləri 200 nəfər qızılcaya yoluxub, bu da keçən illərə nisbətən 70 dəfə artım deməkdir. Daha pis vəziyyət İvano-Frankovski, Zakarpatiya vilayətlərində qeydə alınıb. Odessada isə üçü uşaq olmaqla, beş nəfər qızılcadan ölüb. Kiyevdə qızılcanın belə geniş yayılmasının səbəbi olaraq uşaqların vaxtında peyvənd olunmaması göstərilib. Qızılcaya qarşı peyvənd olunmayan uşaqların bağça və məktəblərə buraxılmasına qadağa qoyulub.

Ukraynada "qızılca bəlası" əlaqədar Rusiya hökuməti Ukrayna ilə sərhəd məntəqələrdə sanitar nəzarəti gücləndirib.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva İtaliyada, Rumıniya, Almaniya və Ukraynada qızılcaya yoluxma halları çoxaldığından həmyerlilərimizi ehtiyatlı olmağa çağırıb:

"Qızılca əleyhinə peyvənd olmayan vətəndaşlar xarici ölkələrə gedirlərsə, mütləq müalicə müəssisəsinə gedib peyvənd olmalıdır. Əgər kimsə uşağını peyvənd etdirməyibsə, tələssin. Tibb müəssisəsinə müraciət edərək uşağını peyvənd etdirsin. Çünki qızılca xəstəliyi yalnız peyvəndi olmayan insanlarda qeydə alınır".

A. Əliyevanın sözlərinə görə, 2013-cü ilin iyul ayından sonra Azərbaycanda heç bir qızılca xəstəliyi qeydə alınmayıb:

"Vəziyyət tam normaldır. Hətta ölkəmiz 2015-ci ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qızılca və məxmərə xəstəliklərinin elimnasiyası ilə (hadisələrin qeydə alınamaması səviyyəsi) əlaqədar sertifikatını alıb. Ölkədə hətta şübhəli xəstələr belə yoxdur".

Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini qeyd edib ki, ölkə üzrə peyvəndlə həm vaksinasiya, həm revaksinasiya 98 faizdən yuxarı təşkil edir.

"Ölkəmizdə vaksinlər ÜST standartlarına uyğun, UNİCEF xətti ilə ölkəmizə çatdırılıb. Vaksinlərin daşınması və saxlanması tam qaydasında aparılır. Bizdə planlı şəkildə uşaqlara 12 aylığında, ikinci dəfə isə altı yaşında qızılcaya qarşı peyvənd vurulur. Nəticədə orqanizmdə qoruyucu immunitet yaranır. Keçən illərdə ölkəmizdə əlavə immunlaşdırma tədbirləri həyata keçirilib, miqrasiya ilə böyük yaşlı əhali arasında qızılca və məxmərəyə qarşı peyvənd vurulması istiqamətində işlər aparılıb. Bu nöqtəyi-nəzərdən xəstəliyin yayılması ehtimalı yoxdur".

Afaq Əliyeva qızılca xəstəliklərinin xarici ölkələrdə yayılmasının səbəbini də açıqlayıb:

"Həmin ölkələrdə qızılcanın yayılması peyvənd işinin zəif aparılması, peyvəndlə əhatənin ərazi üzrə aşağı olması ilə əlaqədardır. Xaricidən gələn vətəndaşda qızılca xəstəliyi aşkar edilərsə, onun müalicəyə cəlb olunması təmin olacaq. Bilirsiniz, xəstəliyin inkubasiya dövrü var, ola bilər ölkəyə daxil olanda onlarda əlamətləri olmasın, gələndən sonra əlamətləri ortaya çıxsın. Bu səbəbdən, ölkəyə daxil olan vətəndaşlarda qızılca xəstəliyinin aşkarlanması çətindir. Ölkədə qızılcaya yoluxma halı baş verərsə, lazımlı epidimioloji tədbirlər həyata keçiriləcək".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hər il qızılcadan təxminən 150 min nəfər dünyasını dəyişir və onların əksəriyyətini azyaşlı uşaqlar təşkil edir. Bu, uşaqların orqanizminin daha zəif olması ilə bağlıdır. Əgər qızılca əleyhinə peyvənd edilməzsə, hər 10 uşaqdan biri ölə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1364   Tarix: 15 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şirniyyat sizi kökəldir?

Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır. Axşam.az xəbər verir ki, bəziləri gün ərzində şirniyyat yemədən dayana bilmirlər. Bu bəzən xəstəlik də ola bilir. Bunun üçün şirniyyat həvəsinin nədən yarandığını öyrənmək üçün əvvəlcə həkimə müraciət etməyiniz məsləhətdir. Əks halda şirniyya

9 dekabr
.

Yaşı 5-dən az olan uşaqlara diqqət - Təhlükə var

Son illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir. xəbər verir ki, 37 həftədən tez baş tutan doğum erkən doğum sayılır. Həmin uşaqların ağciyəri və ürəyi tam formalaşsa da, bağırsaq sistemi ö

8 dekabr
.

Çipsdən niyə imtina etmək lazımdır? - Kardioloqlar açıqladı

Kardioloqların fikrincə, gün ərzində sağlam qəlyanaltılar istifadə etmək artıq çəkinin və ürək xəstəliklərinin qarşısını almağa kömək edir. Lakin nəyin yeyilməsi xüsusilə önəmlidir. Qaynarinfo xəbər verir ki, "Parade" nəşri üçün danışan kardioloqlar xəstələrinə uzaq durmağı tövsiyə etdiklər

8 dekabr
.

2 yaşa qədər uşaqlara qətiyyən belə dərmanları vermək olmaz - Xəbərdarlıq

Uşaqlara öskürək siroplarını səbəbsiz yerə vermək təhlükəli ola bilər. xəbər verir ki, bu barədə rusiyalı pediatr Darya İvanova xəbərdarlıq edib. Onun sözlərinə görə xüsusilə bəlğəmi duruldan dərmanlar körpələr üçün ciddi risk yaradır. Bu dərmanlar bəlğəmin həcmini artırır və uşaq onu çətinliklə xari

30 noyabr
.

Arıqladıqdan sonra çəki saxlamağın əsas yolları AÇIQLANDI

RusiyaNI Seçenov Universitetində piylənmənin müalicəsinə yanaşmanı dəyişə biləcək və arıqladıqdan sonra nəticəni qorumağa yardım edəcək genişmiqyaslı tədqiqat işlərinə başlanıb. -in məlumatına görə, mikrobiota, yuxu və fiziki aktivliyin öyrənilməsini əhatə edən yeni layihələr barədə Rusiya Elmlər Akademiyasını

12 dekabr
.

Qış aylarında göz quruluğu və infeksiyalar artır - Həkimdən xəbərdarlıq

Qış aylarının başlaması ilə soyuq hava, külək və qapalı məkanlarda yaranan quru mühit göz sağlamlığına mənfi təsir göstərməyə başlayıb. türk mediasına istinadən xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis, Dr.Faik Engin Azman bu dövrdə göz quruluğu, infeksiyalar və rəqəmsal ekran istifadəsi il

15 dekabr
.

Bahalısı da, 2 manatlığı da eyni işi görür, aldanmayın - Həkim

Bahalı diş fırçaları düşündüyünüz qədər fərq yaratmır. xəbər verir ki, bunu hollandiyalı stomatoloq parodontoloq Tima Tomassenin deyib. Alim müxtəlif klinik tədqiqatları müqayisə edərək adi və elektrikli fırçaların təsirini və fırçalama müddətinin dişlərə təsirini araşdırıb. Bu barədə Amsterdam Universitet

6 dekabr
.

Gərginsinizsə bu vitamininiz çatışmır

Vitamin D, B12, B6, maqnezium, sink və omeqa-3 yağ turşuları çatışmazlığını erkən mərhələdə müəyyən etmək çətindir. xəbər verir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri namizədi Nataliya Tananakina deyib. "Bu qida maddələrinin azlığı adətən gözə çarpan simptomlarla özünü göstərmir". Eksperti

7 dekabr
.

Çox addam ciddiyə almır - Ağır xəstəliklərin əlaməti ola bilər

Kəpəyin yaranması təkcə baş dərisinin qıcıqlanması və ya düzgün şampun seçimindəki səhvlərlə bağlı deyil. xəbər verir ki, bu problem bəzən orqanizmdə daha ciddi proseslərdən xəbər verə bilər. Bunu açıqlamasında rusiyalı dermatoveneroloq, dosent Marina Gureyeva deyib. Onun sözlərinə görə kəpəyin ən geni

30 noyabr