Bakı Dövlət, İslam Universiteti, Neft Akademiyasında terror təhlükəsi
Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror aktı həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazalarına və lombardlara da hücum etməyi planlaşdırıblar.
Terrorçuluq və digər cinayətlərdə təqsirləndirilən Fərid Sadıqovun barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, "Əbdülxaliq" ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatına xas ideyaların Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.
Adları çəkilən şəxslər Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror aktı həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazalarına və lombardlara da hücum etməyi planlaşdırıblar.
Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı zərərsizləşdiriib. Dəstənin digər üzvü Fərid Sadıqov isə sonradan həbs edilib.
Fərid Sadıqov Cinayət Məcəlləsinin 218.1-ci (cinayətkar birliyin üzvü olma), 214-cü (terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.
Mənbə: teleqraf.com
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3894 Tarix: 17 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Vətəndaşlar yol kənarındakı dəmir baryerlərdən asılan canavar meyiti tapdılar
Bolunun Mudurnu şossesi yaxınlığında yaşayan vətəndaşlar yolun kənarındakı dəmir baryerlərdən kəndirlə asılı qalan canavar meyitini aşkar ediblər. türk mediasına istinadən xəbər verir ki, hadisə Bolunun Gövem kəndində baş verib. Magistral yoldan keçən sürücülər yol kənarındakı dəmir barmaqlıqlardan kəndirl
30 yanvarMəşhur cütlük video çəkərkən son anda ölümdən döndü - VİDEO
Sosial media fenomeni Özlem Erdoğan və həyat yoldaşı Mert Can Erdoğan yanvarın 21-də dostları Koray Uygun ilə video çəkdirmək üçün bir araya gəlib. xarici mediaya istinadən xəbər verir ki, videonu çəkərkən Mert Can Erdoğan avtomobilin yüksək sürətlə onlara tərəf sürüşdüyünü görüb. Erdoğan avtomobili
27 yanvarAna iki qızını öldürüb intihar etdi
Şanlıurfada 35 yaşlı qadın iki qızını öldürdükdən sonra intihar edib. türk mediasına istinadən xəbər verir ki, həyat yoldaşından bir müddət əvvəl boşanan qadın qızlarından birini dərmanla zəhərləyib, digər qızını silahla ilə güllələyərək öldürüb daha sonra isə eyni silahla intihar edib. Silah səslərin
28 yanvarHərəkətdə olan avtomobilə edilən silahlı hücum zamanı 12 yaşlı uşaq öldü
Uşakda hərəkətdə olan avtomobilə silahlı hücum olub. türk mediasına istinadən xəbər verir ki, hadisə Mehmet Akif Ersoy küçəsində baş verib. E.Karahanın idarə etdiyi avtomobilə naməlum şəxs və ya şəxslər silahla atəş açıb. Hücum nəticəsində avtomobildə olan sürücünün 12 yaşlı oğlu xəsarət alıb. O aparıldığ
28 yanvarİş tapa bilməyən müəllim kəndə qayıdaraq çobanlıq etməyə başladı - VİDEO
Türkiyədə universiteti bitirən bir müəllim iş tapa bilmədiyi üçün kəndinə qayıdıb və çobanlıq etməyə başlayıb. türk mediasına istinadən xəbər verir ki, böyük zəhmətlə universiteti bitirən Həmzə Əli iş tapa bilməyib və dolanmaq üçün həyatına çobanlıq edərək davam etməli olub. Həmzə Əlinin çobanlıq etdiy
27 yanvarSəs-küy səbəbiylə qonşular arasında dava düşdü: 6 yaralı var
Kocaelinin Gebze rayonunda qonşular arasında küçədə ağacların mişarla kəsilməsi üstündə mübahisə düşüb. xarici mediaya istinadən xəbər verir ki, səs-küyə görə başlayan mübahisə sürətlə böyüyüb. Taxta və çubuqların istifadə olunduğu davada qadın və bir qızın da olduğu 6 nəfər yaralanıb. Xəbərdarlıq üzərin
27 yanvar