Yanvarda yaz havasının gətirdiyi təhlükə

Yanvarda yaz havasının gətirdiyi təhlükəSon günlər ölkədə bir sıra xəstəliklər yayılıb. Əsasən qızdırma, öskürək, əzələ ağrıları ilə müşayiət olunan bu xəstəlik uzun müddət davam edir. Bəziləri bunun metapnevmovirus olduğunu da iddia edirlər.

Hazırda qış fəslinin olmasına baxmayaraq, ölkədə bir sıra ərazilərə, o cümlədən paytaxta qarın yağmamasının burada mənfi rol oynadığı deyilir. Təbii ki, belə havalarda mikrobların fəaliyyəti kəskin aşağı düşməli olduğu halda, mikroblar zəifləsə də, tam ölmür. Müəyyən qədər əlverişli şərait yaranan kimi infeksiyaların yayılması, mikrobların çoxalması, virusların artması insanlarda xəstəliklər yaradır. Təbii ki, qış mövsümə uyğun şəkildə getsə, bu mikroblar ölməsə də, aktivliyi azalır.

Hazırkı hava şəraitinin mövsümə uyğun olmaması, yəni paytaxtda qarın yağmaması, havaların isti keçməsi bu xəstəliklərin daha geniş yayılmasına gətirib çıxarır. Xüsusilə allergik xəstəliklər hazırda Bakıda tüğyan edir.

Qeyd edək ki, yanvar ayında yaz havasının müşahidə olunması insanların sağlamlığına və ümumi ekosistemə bir sıra təhlükələr yaradır. Bu cür qış havaları mikrobların, virusların və həşəratların aktivliyini artıraraq, müxtəlif sağlamlıq və ekoloji problemlərə səbəb ola bilər. Qışda qarın yağmaması isə təbiət və insan həyatı üçün bir sıra problemlər yaradır. Qarın olmaması yalnız estetik baxımdan deyil, həm də ekoloji, iqtisadi və sağlamlıq nöqteyi-nəzərindən müxtəlif təsirlərlə nəticələnir. Qar su ehtiyatlarının mühüm mənbəyidir. Qar yağıntısı çatışmadıqda, su hövzələri dolmur və yaz aylarında su qıtlığı yaranır. Qar torpağı təbii olaraq izolyasiya edir və onun dondan qorunmasını təmin edir. Qar olmadıqda, torpaq donur və bitkilərin kökləri zədələnir. Qar həm də heyvanların və bitkilərin təbii dövriyyəsinə təsir göstərir. Xüsusilə qış yuxusuna gedən heyvanların fəaliyyətləri pozulur. Ən əsası qar havadakı toz və digər çirkləndirici maddələri təmizləyir. Qarın yağmaması nəticəsində atmosferdəki çirklənmə davam edir ki, bu da insan sağlamlığı üçün zərərli olur. Qar və soyuq temperaturun olmaması virusların və mikrobların daha uzun müddət aktiv qalmasına şərait yaradır. Bu, qrip, soyuqdəymə və digər respirator xəstəliklərin daha çox yayılmasına səbəb olur. Qar olmadıqda, toz və allergenlər havada qalır, bu da allergik reaksiyaların və astma xəstələrinin vəziyyətinin pisləşməsinə gətirib çıxarır.

Mütəxəssislər qeyd edir ki, havanın orqanizmə birbaşa təsiri var. Təmiz hava ilə nəfəs almaq sağlamlıq üçün çox faydalıdır. Bu, orqanizmin bütün hüceyrə və toxumalarını qoruyur, bundan başqa, əsasən ürək-damar və beyin fəaliyyətini yaxşılaşdırır, immun sistemini möhkəmləndirir. Meteohəssaslıq qısamüddətli başağrısı, yorğunluq, ürəkdöyünmə və ümumi zəifliklə özünü daha çox büruzə verir. Hava bəzən insanlara psixoloji baxımdan da mənfi təsir göstərir.

Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini bölüşüb: "Mikroblar məhz bu fəsillərdə daha çox aktivləşir. Orqanizminizin soyuqdəyməyə daha çox məruz qaldığı bu dövrdə adətən yuxarı tənəffüs yolları xəstəlikləri daha fəal olur. Bu viruslar bir orqanizmdə aktivləşdikdən sonra digərlərinə asanlıqla yoluxa bilirlər. Əksər hallarda proses bu şəkildə baş verir. O ki qaldı insan metapnevmovirusu, qrip virusu, rinovirus, respirator sinsitial virus və ya başqa bir virusun olduğunu dəqiqliklə təsdiq etmək üçün laborator analiz tələb olunur. Ancaq klinik gedişə görə fərqli xüsusiyyətlər nümayiş etdirən respirator infeksiyaların metapnevmovirusla əlaqəli olması ehtimalı ola bilər. İstənilən halda, xaricdə bunu soyuqdəymə xəstəlikləri adlandırırlar. Bizdə isə sovet dövründə kəskin respirator xəstəliklər adlandırılırdı və onların hamısı üçün ümumi taktika belə idi: xəstə olan insanların başqalarını yoluxdurmamaq üçün özlərini təcrid etməsi, yataq rejimində qalması, bol maye qəbul etməsi və həkimin təyinatını sağalana qədər həyata keçirməkdir. Əgər bu qaydalara riayət etsək, həm yoluxma hallarını azalda bilərik, xəstəlik vaxtında lokallaşar, fəallaşa bilməz. Təəssüflər olsun ki, bizdə vəziyyət fərqlidir. Çox vaxt heç kim maska taxmır, xəstə insanlar ictimai yerlərə çıxır, başqalarını yoluxdurur, nəticədə xəstəlik geniş yayılır. Bir müddətdən sonra xəstəlik geri çəkilsə də, bu müddətdə çox sayda insan xəstələnmiş olur. Həll yolu bu sadə qaydalara riayət etməkdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3325   Tarix: 29 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr