8 ailə Prezidentə müraciət etdi

8 ailə Prezidentə müraciət etdi1990-cı ilin 20 yanvar hadisələri zamanı aldıqları xəsarətlərdən həlak olan 8 nəfərə şəhid statusu verilməsi üçün ölkə rəhbərliyinə müraciət olunub.

Bu barədə Modern.az-a "20 yanvar cəmiyyəti"nin sədri Soltan Əzimzadə 1990-cı il hadisələrindən bəhs edərkən deyib.

S.Əzimzadə bildirib ki, müraciət edən 8 nəfər, hadisələrdən təxminən bir neçə il sonra vəfat edənlərin yaxınlarıdır:

"Ölkə başçısının fərmanında göstərilib ki, "Şəxs 20 yanvar hadisələri zamanı aldığı xəsarətdən birbaşa, yaxud həmin xəsarətlərə görə sonrakı dövrlərdə vəfat edibsə, onlara "20 Yanvar şəhidi" statusu verilir. Həmin 8 nəfər də 20 yanvarda aldıqları güllə yarasından sonrakı illərdə vəfat edən adamlardır.

Hazırda 20 yanvar hadisələrinə görə itkin hesab edilənlər, axtarışda olanlar yoxdur. O vaxtı itkin düşən 4 şəxs var idi ki, onlara da şəhid statusu verildi".

S.Əzimzadə deyib ki, ötən il prezident İlham Əliyev tərəfindən şəhid statusu verilən Şövkət Ağayev həmin 4 itkindən biri deyilmiş:

"Şövkət Ağayevin itkin düşməsi barədə sonradan ailəsi tərəfindən məlumat verildi. Əslində həmin fakt barədə geniş məlumatım yoxdur. Amma bilirəm ki, ötən il ona da şəhid statusu verilib".

Qeyd edək ki, ötən il şəhid statusu verilən 14 dekabr 1936-cı il təvəllüdlü Şövkət Ağayev 19 yanvar 1990-cı il tarixində evdən çıxaraq, küçədəki vətəndaşlara qoşulub. Bundan sonra ŞAğayev evə qayıtmayıb. Ailəsi Ş.Ağayevi nə qədər axtarsa da, onu "gördüm" deyən olmayıb. Bundan sonra onun həyat yoldaşı Həqiqət Babayeva Binəqədi Rayon Məhkəməsinə həyat yoldaşının itkin düşməsilə bağlı müraciət edib. Məhkəmənin 22 may 1996-cı il qətnaməsilə Şövkət Ağayevin xəbərsiz itkin düşməsi elan olunub.

Həqiqət Babayeva 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin edilməsi üçün ərizə verib və məhkəmənin 21 may 2014-cü il tarixli qərarı ilə iddia təmin olunub.

Məhkəmə iclasında şahid kimi dindirilmiş qızı Ağayeva Sevinc Şövkət qızı və onun xalası Şövkət Ağayevin 19 yanvar 1990-cı ildə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

Həqiqət Babayeva daha sonra Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Yasamal rayon şöbəsinə iddia ərizəsi ilə müraciət edib. Onun mərhum əri Şövkət Ağayevin ailə üzvü kimi, ailə başçısını itirdiyinə görə bütün əlavə və artımlar nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi, pensiyanın çıxdığı vaxtdan hesablanmaqla birdəfəlik ödənilməsinin Azərbaycan Respublikası DSMF-nin Yasamal rayon şöbəsinə həvalə edilməsi barədə iddiası təmin edilib.

Qeyd edək ki, Mülki Məcəllənin 42.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun barəsində beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, məhkəmə qayasında ölmüş elan edilə bilər.

Həmin Məcəllənin 41.4-ci maddəsinə görə isə bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
Azərbaycan Respublikasının MPM-nin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.

Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edib ki, Şövkət Ağayevin harada olması barədə beş ildən çox müddət ərzində məlumat olmadığından, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğundan güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşdüyünə görə ərizə təmin edilib. Ş.Ağayevin ölmüş elan edilməsi barədə qətnamə çıxarılıb.

2 avqust 2017-ci il tarixində Prezident İlham Əliyev "20 Yanvar şəhidi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2116   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəhram "kənd-şəhər" söhbəti etdi, tənqid olundu

Əməkdar artist Bəhram Bağırzadə yenidən paylaşımı ilə gündəmə gəlib. OLAY yazır ki, sənətçi Heydər Əliyev Sarayının qarşısında yaranan növbənin videosunu çəkərək instaqramda izləyiciləri ilə bölüşüb. Aktyorun paylaşıma "şəhər mədəniyyəti" yazması, izləyicilərin hiddətinə səbəb olub. "Almaniyad

1 may
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

1 may
.

Hazırda paytaxtda sıxlıq olan yolların SİYAHISI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Aeroport şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;. 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiy

2 may
.

Yeyib-doyduq indi isə hesabı ödəmək lazımdır: Kafe və restoranlarda qiymətlər niyə bahadır? - Açıqlama

Hazırda Azərbaycanda həm vətəndaş həm də tursitləri maraqlandıran əsas obyektlərdən biri də restoran və kafelərdir. Son zamanlar kafe və restoranlarda müəyyən qiymət artımı müşahidə edilir. Bu sektorda yüksək xidmət, normal qiymət, məhsulların keyfiyyəti və müştərinin hüquqları var. Bəs görəsən son zamanla

1 may
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

2 may
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

1 may
.

Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib. xəbər verir ki, şöbəyə qəbul edilən xəstələrdən 56-sı dərmandan, 31 nəfər isə sirkə turşusundan, 8-i etanoldan, 7-si dəm qazından və 5 nəfər botulizmdən zəhərlənən şəxslərdir. Həmçinin 6 nəfə

2 may
.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saat 18:00-21:0

1 may
.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

1 may