Tramp Putinə müharibə ELAN ETDİ

Tramp Putinə müharibə ELAN ETDİABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya kömək etdiyi barədə bəyanatı Putinlə Amerika liderinin "şəxsi müharibə"sinin göstəricisidir.

Bu haqda siyasi şərhçi, jurnalist Vitali Portnikov bildirib.

Onun fikrincə, Tramp əvvəllər Putinin hərəkətlərinə göz yumurdu.

"Amerka lideri Putinin Ukrayna və Suriyada, həmçinin başqa yerlərdə ABŞ-a etinasızlığını bağışlayırdı. Amma Şimali Koreya ilə bağlı məsələdə bağışlamadı. Və bunda məntiq var. Koreya Xalq Demokratik Respublikası Ukrayna və Suriya münaqişələrdən fərqli olaraq, yalnız beynəlxalq qarşıdurma sahələri deyil. Hərbi təhlükə birbaşa Amerikaya yönəlib. Ən azından Kim Çen In bilavasitə Birləşmiş Ştatları hədələyir. Və bunu bütün dünya, Amerika və Amerika prezidentinin seçicisi eşidir", - Portnikov qeyd edib.

Bunun Trampın "şəxsi müharibəsi" adlandıran Portnikov əmindir ki, razılaşmaq istədiyi "dost Vladimir" artıq başqa tərəfdə qaldı.

Jurnalistin sözlərinə görə, bu, hazırda Trampın özü üçün də sərfəlidir:

"Çünki Trampı Çinlə deyil, Rusiya ilə əlaqələrdə ittiham edirlər. Tramp Kremldən uzaqlaşarsa və onun Putinlə şəxsi qarşıdurması daha ciddi olarsa, ona yönəlik ittihamlar da azalacaq. Kremllə qarşıdurma Tramp üçün əlverişlidir. Amma Ağ Evlə qarşıdurma Putin üçün son dərəcə əlverişsizdir. Putin özünü təhlükəsizləşdirmək üçün Pxenyanla qarşıdurmada Amerika prezidentinə əyani kömək etməyə məcburdur".

Amma, Portnikov qeyd edir ki, bu, Putin üçün resept deyil.

"Rusiya rəhbəri ilə razılaşmağın mümkün olmadığını indi Tramp da anladı", - o yekunlaşdırıb.

Xatırladaq ki, ABŞ prezidenti bir neçə gün əvvəl Rusiyanı Şimali Koreyaya beynəlxalq sanksiyalara keçmək üçün kömək göstərməməkdə ittiham edib.

"Rusiya bizə Şimali Koreya ilə bağlı heç bir kömək etmir. Bizə Çin kömək edir, lakin Rusiyanın etdikləri Çinin əməllərini heçə endirir", - deyə Tramp bildirib.

Daha əvvəl isə "Röyters" agentliyi Rusiyaya məxsus tankerlərin beynəlxalq sanksiyalara rəğmən Şimali Koreyaya yanacaq çatdırdığını bildirib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2766   Tarix: 19 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentlə xanımının Şuşa sakinləri ilə görüşünün - Videosu

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. "Qafqazinfo" həmin görüşün videosunu təqdim edir:

10 may
.

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında söyləyib. "Ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq", - deyə dövlət başçısı vurğulayıb

7 may
.

Nazir Baş İdarənin rəisini işdən çıxartdı

Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin rəisi Adil Şirməmməd oğlu Əliyev vəzifəsindən azad edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. İdarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur

10 may
.

Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub

Mayın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Bolqarıstan Respublikasının birinci xanımı Desislava Radeva ilə görüşü olub. Bu barədə AZƏRTAC məlumat yayıb

8 may
.

Azərbaycan Prezidenti: "Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır"

"Bu gün təkcə bizim tələbimizlə Qazaxın dörd kəndi bizə qaytarılır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır". AZƏRTAC xəbər verir ki, bu fikirləri Preziden

10 may
.

İlham Əliyev: "Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik"

"Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi". AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı danışıb. "Minsk qrupunu

10 may
.

Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı "Instagram" səhifəsində onun səmimi görüntülərinin əks olunduğu videoçarx paylaşıb. həmin paylaşımı təqdim edir:

10 may
.

Prezident: "Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması növbəti zəfərimizdir"

"Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir". AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlər

10 may
.

Keçmiş baş nazir vəzifəsindən azad edildi

Sabiq baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib. "Report"un əldə etdiyi məlumata görə, N.Məmmədov ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciə

7 may