Dünya liderlərinin son sözləri

Dünya liderlərinin son sözləriLiyiya lideri Müəmmar Qəddafinin Sirt şəhərində öldürülməzdən əvvəl dediyi son sözlər belə oldu: "Mən sizin atanızım, övladlarım; məni öldürməyin, haramdır". Bu sözlər digər dünya liderlərinin son sözlərini xatırlatdı.

Benito Mussolini-İtaliya:"Məni sinəmdən vurun"

İtaliyanın faşist lideri Mussolini İkinci Dünya Müharibəsində xalqın dəstəyini itirdi. İspaniyaya qaçmaq təklifini rədd edən 23 illik diktator 28 aprel 1945-ci ildə alman formasıyla qaçarkən tutuldu. İtaliya Qurtuluş Komitəsinin onun haqqında verdiyi edam qərarı dərhal yerinə yetiirldi. Onun son sözləri belə oldu: "Məni sinəmdən vurun".

Onun cəsədi Milanda ayaqlarından asılaraq sərgiləndi.

Səddam Hüseyn-İraq: "Birlik içində qalın"

ABŞ-ın İraqa 2003-cü ildəki müdaxiləsindən sonra 9 ay axtarışda olan Səddam Hüseyn doğulduğu Tikritdə bir quyuda tapıldı. 26 dekabr 2006-cı ildə edama məhkum edilən 24 illik diktator, 4 gün sonra asıldı. Edamından dərhal əvvəl o, xalqına belə müraciət etdi: "Birlik içində qalın və İrana güvənməyin".

Zeynel Abidin Bin Əli-Tunis: "Aldadıldım, vəzifədəyəm"

Tunisin 24 illik prezidenti Zeynel Abidin Bin Əli 2010-cu ilin dekabr ayında universitet məzunu olan işsiz gəncin özünü yandırması ilə baş qaldıran xalq üsyanından sonra 14 yanvar 2011-ci ildə hakimiyyəti buraxaraq yoldaşıyla birlikdə Səudiyyə Ərəbistanına qaçdı. İyun ayında, "Aldadılaraq bura gətirildim, vəzifəmin başındayam" dedi, amma kimsə inanmadı.

Adolf Hitler -Almaniya: "Cəsədimi ruslara verməyin"

Milyonlarla adamın ölümündə günahkar bilinən Adolf Hitler 30 aprel 1945-ci ildə intihar etdi. Almaniyanın Füreri, II. Dünya Müharibəsi əsnasında rusların Berlinə girməsi barədə xəbəri alan kimi 12 illik iqtidarının bitdiyini bildi. Hitlerin intihar qərarını, Mussolininin düşdüyü vəziyyətdən qorxaraq verdiyi deyilir. Onun son sözləri belə oldu: "Cəsədimi rusların əlinə əsla verməməlisiniz, məni Moskvada heykəl edərlər".

Françesko Franko - İspanya:"Hara gedirlər?"

Ölkəsi İspaniyanı vətəndaş müharibəsinə sürükləyən, daha sonra isə 36 il iqtidarda qalan Franko heç vaxt "devrilmiş lider" olmadı. İqtidarda olarkən xəstələndi. Ziyarətinə gələnlər üçün "Niyə gəldilər?" deyə soruşarkən "Yaxşı yol" cavabı verildiyində "Hara gedirlər?" deməsi yanındakıları çaşdırmışdı. 20 Noyabr 1975-ci ildə öldü. Bütün heykəlləri söküldü.

Nikolay-Elena Çavuşesku-Rumıniya:"Rumıniya sonsuza qədər yaşayacaq"

24 il iqtidarda qalan kommunist lider Nikolay Çavuşesku təzyiq və zülm rejiminin ardından edama məhkum edildi. İnqilab Meydanındakı çıxışı etirazla qarşılanandan sonra yoldaşı ilə partiya binasına sığınıb, vertolyotla qaçmağa çalışsa da tutulub. 25 dekabr 1989-cu ildə güllələndi. Onun həyat yoldaşının son sözləri, "Mən sizin ananızım" oldu. Nikolay Çavuşesku isə "Rumıniya sonsuza qədər yaşayacaq" dedi.

Ziya ül Haqq - Pakistan: Şübhəli təyyarə qəzasında öldü

1977-ci ildə Pakistanda seçkidə qalib gələn Zülfüqar Əli Bhuttonu devirdi və edam etdirdi. 11 illik diktatorluqdan sonra 17 qvqust 1988-ci ildə ABŞ səfirinin və digər rəsmilərin də olduğu təyyarənin qəzaya uğraması nəticəsində öldü. Ölümündən sonra seçkini açıq fərqlə qazanan Zülfüqar Əli Bhuttnonun qızı Bənazir Bhutto baş nazir oldu.

Hüsnü Mübarək - Misir :Dəmir qəfəs arxasında

Misirdə bu il yanvar ayında başlayan antihökumət nümayişlərinə müqavimət göstərə bilməyərək 30 il davam edən iqtidarını 11 fevralda buraxan 83 yaşlı Mübarək bir ay sonra həbs olundu. Sağlamlıq problemləri səbəbiylə Qahirədə xəstəxanada müalicə olunan lider ilk məhkəmə prosesinə 3 avqustda xərəkdə gətirildi və prosesdə dəmir qəfəsin arxasından yataraq ifadə verdi.

Pol Pot - Kamboca: "Tək başıma etmədim"

1975-79-cu illər arasında Kambocanın baş naziri olan Pol Pot qurduğu təzyiq rejimində bir milyon adamın ölümündə təqsirli bilinir. Öz dəstəkçiləri tərəfindən ömür boyu ev həbsinə məhkum edilən Pol Pot 18 aprel 1998-ci ildə infarktdan öldü. Ölməzdən əvvəl ölümlərə görə vicdanının rahat olduğunu söyləyərək "tək başıma etmədim" deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4340   Tarix: 19 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

5 may
.

16 yaşlı qız ana oldu: Ölü doğulmuş körpəsini çantaya qoyub...

16 yaşlı qız ölü doğulmuş körpəsini çantaya qoyaraq xəstəxanaya aparıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Sakarya rayonunda 16 yaşlı qız ölü uşaq dünyaya gətirib. Həmin şəxs təşvişə düşüb və körpənin cansız bədənini çantaya qoyub və xəstəxanaya aparıb. Bir müddət əvvəl16 yaşlı qız 1

3 may
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

4 may
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

2 may
.

Putinin Çinə səfərinin mümkün tarixləri məlum olub

Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri mayın 15-16-da baş tutacaq. "Bloomberg" agentliyi Rusiya liderinin səfərinin mümkün tarixlərini açıqlayıb. "Tarixlər bir qədər dəyişə bilər. Lakin Çin prezidenti Si Tsinpinlə görüş Putinin mayın 7-də Kremldə andiçmə mərasimindən sonra il

3 may
.

"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər

Ötən ilin aprelində məlum olub ki, Cənubi Koreyanın "BlackPink" pop qrupunun "YouTube"dakı kanalı musiqi qrupları arasında ən çox baxılan kanal olub. xaricdi KİV-ə istinadən xəbər verir ki, bu hadisə qızların Ginnesin Rekordlar Kitabına düşməsinə imkan verib. 10 aprel 2024-cü il tarixin

2 may
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

4 may
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

4 may
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

5 may