"Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz"- Cümhuriyyət generalının oğlu

"Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz"- Cümhuriyyət generalının oğluAzərbaycan Cümhuriyyətinin yüzilliyi ilə bağlı silsilə yazılarına davam edirik. Bu dəfə əvvəllər də haqqında bir neçə dəfə danışdığımız Səməd bəy Mehmandarov haqqında daha üç faktı təqdim edəcəyik. Başlayaq, birincidən: burada biz Səməd bəy haqqında ilk həqiqi bilgini oxuyacağıq. Onun müəllifi isə araşdırmaçı Mövsüm Əliyevdir. Doğrudur, onun verdiyi məlumatda kifayət qədər yarımçıqdır. Amma Səməd bəy haqqında verilən ilk müstəqil bilgi kimi də çox maraqlıdır. Ona qədər isə Səməd bəy isə yalnız Çar ordusunun zabiti kimi xatırlanıb:

İlk məlumat

"Odlar yurdu" qəzetinin 13 iyul 1989-cu il tarixli 13-cü sayında böyük sərkərdənin həyatının bundan bir qədər sonrakı dövrü, daha konkret desək, 15 il keçəndən sonrakı xidmət illəri haqqında yazan M.Əliyev aşağıdakı məlumatları çatdırırdı: "Səməd bəy 1890-cı ildə kapitan rütbəsi almış, 1891-ci ildə isə ikinci dərəcəli "Müqəddəs Stanislav" ordeninə layiq görülmüşdür. 1894-cü ildə Səməd bəy hərbi komandanlığın əmri ilə Varşava hərbi dairəsinin sərancamma göndərilmşdir. 1896-cı ildə o, ikinci dərəcəli "Müqədds Anna" ordeni ilə təltif edilmişdir. 1898-ci ildə podpolkovnik rütbəsi alan Səməd bəy Mehmandarov Zabaykalye artilleriya diviziyasının komandiri təyin edilmişdir. O illərdə diviziya Mancuriyada yerləşirdi. 1900-1901-ci illərdə Çində antiimperialist hərəkatının yatırılmasında Səməd bəy Mehmandarovun komandir olduğu diviziya da iştirak etmişdir. Lakin Səməd bəy Mehmandarov silahsız Çin əsgərlərinə atəş açmağa razı olmamışdır. 1901-ci ildə S.Mehmandarov polkovnik rütbəsi və üçüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni, habelə üstündə "Qəhrəmancasına dərqlənməyə görə" sözləri yazılmış qızıl qılınc almışdır. Rus-yapon müharibəsi zamanı Port-Artur şəhərini qəhrəmancasına müdafiə edən Səməd bəy Mehmandarov 1904-cü il oktyabr ayının 22-də general-mayor rütbəsinə və dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeninə layiq görülmüşdür. 1907-1910-cu illərdə Səməd bəy Mehmandarov 3-cü Sibir ordusunda artilleriya rəisi işləmişdir. 1908-ci il iyulun 13-də hərbi xidmətlərinə görə ona general-leytenant rütbəsi verilmişdir.

Qarabağ səfərindən reportaj

Baş nazir N.Yusifbəylinin və hərbi nazir S.Mehmandarovun Qarabağa gəlmələri haqqında məlumat verən "Azərbaycan" qəzeti 3 avqust 1919-cu il sayında yazırdı:

"Qarabağın həyatında daha əlamətdar bir hadisə - bu 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını - Gəncə qubernatoru Rəfıbəyovun müşayət etdiyi Baş nazir N.Yusifbəylini və hərbi nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı Baş nazir N. Yusifbəyli qəbul etdi... İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söyləndi. Cavab nitqi söyləyən Baş nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq, qeyd etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil".

İndisə Nəsib bəyin, Səməd bəyin nitq söylədiyi gözəl Şuşa torpağı erməni tapdığı altında öz xilaskarını gözləyə-gözləyə inləyir. Ancaq qəvi düşmən də yaxşı bilir ki, Şuşanın və başqa işğal edilmiş ərazilərimizi əsrin əvvəllərində Azərbaycandan qopardığı toıpaqlara qata bilməyəcək, tez-gec o yerlər azad ediləcək.

12 yaşlı oğluna təzyiq

Aşağıdakı təsirli fakt isə araşdırmaçı Lətif Şüküroğlunun arxivdən əldə etdiyi material əsasında təqdim olunur: İqor Səməd bəyin 3-cü Sibir korpusunda artilleriya rəisi təyin edildiyi 1908-ci ilin 18 noyabmrda anadan olub.

Qeyd etdiyimiz kimi, həmin il iyul ayının 13-də 53 yaşlı hərbçi generalın həyatında daha mühüm bir hadisə baş verdi, o, general- leytenant rütbəsi aldı. Oğlu dünyaya gəlməsindən hədsiz şad olan S.Mehmandarov onun adını Pir qoyub, sonra isə bu ad dəyişdirilərək İqor edilib. Səməd bəy 1915-ci ildə 2-ci Qafqaz ordusu korpusunun komandanı təyin ediləndə İqorun iki yaşı. 55 Azərbaycanın ikinci hökumətində nazir olanda 11, həbs olunanda isə cəmi 12 yaşı vardı və təbii ki, bu yaşda uşağın atasının fəaliyyətində hansı şəkildəsə iştirakı qeyri-mümkün idi. Ancaq "çeka", "enkevede" cəlladları üçün bütün bunların heç bir əhəmiyyəti yox idi, əhəmiyyətli olansa, onun kimin oğlu olması, yeri gəlsə, hətta əsli-köküydü. Pirin xatirələrindən: "Atamdan sonra tez-tez anamı və məni "çekaya" çağırırdılar. Min cür hədələyici suallar verirdilər. Suallara düzgün cavab versək də, verməsək də bizi döyüb incidirdilər. Bir dəfə lap cana doyub ağlaya-ağlaya soruşdum ki, axı məni niyə döyürsünüz? Verdiyiniz sualların cavabını mən həqiqətən də bilmirəm, yalandan nə deyim? Mənim günahım nədir? - Günahınız ondan ibarətdir ki, özünüzə yaxşı valideynlər seçməmisiniz".

Butırsk həbsxanasının rəisinə 3 noyabr 1920-ci ildə 1512 saylı talon göndərən ÜFK-nm xüsusi şöbəsi "bu sənədi alan kimi Səməd bəy Mehmandarovu təcili həbsdən azad edəsiniz" tapşırığı verir.

Həbsdən buraxılan keçmiş hərbi nazir 1921-ci ilin payızında Moskvadan Bakıya qayıdır. Elə həmin il Səməd bəy Mehman- darov Azərbaycan SSR hərbi-dəniz komissarlığında məsləhətçi vəzifəsində işləmiş, 1924-cü ildən 1927-ci ilin axırına qədər isə Azərbaycan hərbi məktəbində və Zaqafqaziya hərbi-piyada məktəbində dərs demiş, həmçinin, Bakı Zabitlər evində fəaliyyət göstərən "Hərbi-elmi cəmiyyət"inin sədri olub. 1928-ci ildə istefaya buraxılan Azərbaycanın ilk hərbi generalı, dalbadal dörd hökumətində hərbi nazir postunu tutmuş Səməd bəy Mehman- darov 1931-ci ilin fevral ayında Bakıda vəfat edib.
/modern.az


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1290   Tarix: 21 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqların "ChatGPT"dən istifadə etməsinin hansı təhlükələri var?

Bir sual verirsən, dərhal ətraflı izah edir və uzun bir cavab verir. Nə əlavə araşdırmağa ehtiyac qalır, nə də əlavə vaxt gedir. Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət hər sahəyə sirayət edən süni intellektdən - daha dəqiq desək, "ChatGPT"dən gedir. İşimizi asanlaşdırdığı doğrudur, amm

15 dekabr
.

Almaniya sakinindən maraqlı rekord: 11 min qar kürəsi toplayıb

Almaniya sakini Yozef Kardinal rekord sayda qar kürəsi toplayıb. xəbər verir ki, bu barədə UPI məlumat yayıb. Son günlərdə Ginnesin Rekordlar Kitabının nümayəndəsi kolleksiyaçının Nürnberqdəki evinə baş çəkib və dünyanın ən böyük qar kürəsi kolleksiyası üçün yeni rekordu rəsmi olaraq təsdiqləyib. Kardina

18 dekabr
.

Ailəsinə "hamiləyəm" zarafatı edəcəkdi, testə diqqətlə baxanda həyatının şokunu yaşadı - VİDEO

Türkiyədə ailəsinə "hamiləyəm" deyə zarafat etməyi planlaşdıran bir qadının yaşadığı gözlənilməz anlar sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, zarafat məqsədilə hamiləlik testi edən qadın, testin müsbət nəticə verdiyini görərək hamilə olduğunu məhz həmin and

15 dekabr
.

Hansı sadə vərdişlər beyni cavan saxlamağa kömək edir?

ABŞ-nin Florida Universitetinin alimləri sadə gündəlik vərdişlərin beyni təxminən on il "cavanlaşdıra" biləcəyini sübut ediblər. Bu barədə "ScienceDaily" nəşrinə istinadən məlumat verir. Məlumata görə, iki il davam edən araşdırma sübut edib ki, qoruyucu davranış faktorları beyin sağlamlığın

18 dekabr
.

Evdə elə bir yer var ki... bir neçə dəqiqəyə stressi azaldır

Evdə bir neçə dəqiqə ərzində sakitləşdirən və rahatladan bir məkan mövcuddur. Bu barədə məlumat verir:. Evdə sakitlik guşəsi nədir?. Sakitlik guşəsi evdə istirahət və bərpa üçün xüsusi ayrılmış məkandır. Bu zona stress səviyyəsini azaltmağa, diqqəti toplamağa və daxili tarazlığı bərpa etməyə kömək edir

19 dekabr
.

Qadınlar öləndə niyə daha dərinə basdırılır? - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir küçə müsahibəsində 20 illik qəbirqazanının qəbirlərin dərinliyi ilə bağlı səsləndirdiyi fikirlər qısa zamanda gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Türkiyədə gənc bir şəxs tərəfindən ünvanlanan "Qadınların qəbirləri kişilərə nisbətən daha dərin qazılırmı?"

17 dekabr
.

Süni intellektlə evləndi - VİDEO

Yaponiyada 32 yaşlı bir qadın "ChatGPT" istifadə edərək yaratdığı süni intellekt partnyoru ilə evlənib. xarici mediaya istinadən xəbər verir ki, çağrı mərkəzinin işçisi Yurina Noquçi "Klaus" adını verdiyi süni intellekt personajı ilə emosional bir əlaqə qurduğunu və bu münasibəti

18 dekabr
.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14 dekabr
.

Dünyanın ən ağır binası hər il altı millimetr dərinə gedir

Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşən Parlament Sarayı hər il daha çox torpağa batır. bu barədə "Sözcü" qəzetinə istinadən xəbər verir. Buna səbəb kimi isə sarayın çəkisi göstərilir. Belə ki, onun ağırlığı 4.1 milyon ton təşkil edir. Bu göstərici ilə Parlament Sarayı dünyanın ə

15 dekabr