Bakının məşhur bazarına tərəfə gedənlərin yolu rahatlaşır - FOTO

Bakının məşhur bazarına tərəfə gedənlərin yolu rahatlaşır - FOTO"Bolluq bazarı" tərəfə gedənlərin yolu rahatlaşır - FOTO

Paytaxt Bakıda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn küçələrin əsaslı şəkildə təmiri istiqamətində aparılan kompleks tədbirlər çərvivəsində Binəqədi rayonu Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sonxeber.az-a verilən məlumata görə, təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, mövcud kommunikasiya xətləri bərpa olunub və ya yeniləri çəkilib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Aidiyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Küçənin uzunluğu 1,8 km, mövcud eni isə ortalama 9 m təşkil edirdi. Aparılan təmir-tikinti işləri çərçivəsində yolun hərkət hissəsi 12-13 m-ə qədər genişləndirilir.

Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Hazır olan hissələrdə asfaltlanma işləri də aparılıb. Ümumilikdə yolun 1 km-ə yaxın hissəsinə artıq 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, yeni piyada səkiləri qurulub, mövcudları isə bərpa olunaraq asfaltlanıb.
Yararsız qruntun qazılaraq çıxarılması, yeni əsasın inşası, hərəkət hissəsinin genişləndirilməsi və vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 m enində yeni piyada səkiləri qurulması, mövcudlarının isə bərpa olunaraq asfaltlanması işləri aparılır. Yol boyu piyada səkilərinin kənarlarına yeni səki daşları düzülür. Yola düzüləcək yeni səki daşlarının ümumi uzunluğu 4 min p/m-ə yaxın olacaq.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.

İşlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, Bakının 7-ci mikrorayonunda yerləşən bu küçədə təmir işlərinə yanvar ayının əvvəlində başlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1256   Tarix: 23 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-i axşam bəzi yerlərd

3 may
.

Bakı ilə bağlı HAVA XƏBƏRDARLIĞI - Mayın 5-i axşamdan 7-si səhərədək...

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ölk

3 may
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

3 may
.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

4 may
.

Bakıda 55 yaşlı qadının meyiti tapıldı

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində çoxmənzilli binada baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü L.Əliyevanın meyiti aşkar edilib. Hadisə yerinə prokurorluq əməkdaşları gəlib. Faktla bağl

4 may
.

Bakı həbsxanasında ÖLÜM

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Mirəli Bəşirov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

3 may
.

Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 4-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Şahdağda isə qar yağıb. Düşə

4 may
.

Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb

Sumqayıtda ana və övladları itkin düşüblər. "Report"un yerli bürosu məlumat verir ki, 1991-ci il təvəllüdlü Şəbnəm Sahib qızı Alıyeva övladları, 2013-cü il təvəllüdlü Ayxan Nəsrəddin oğlu Alıyevi və 2012-ci il təvəllüdlü Ayan Nəsrəddin qızı Alıyevanı da götürərək 4-cü mikrorayonda yaşadığ

4 may
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

3 may