Azərbaycanın "Super Hind" hücum helikopteri: cəmi bir ölkədə var...

Azərbaycanın "Super Hind" hücum helikopteri: cəmi bir ölkədə var...Erməniləri darmadağın edən silahımız

Dünyada 50-yə yaxın ölkənin hərbi hava qüvvələri Rusiya istehsalı olan Mi-24 "Hind" hücum helikopterinin müxtəlif modifikasiyalarını istismar edir. Lakin cəmi iki ölkə var ki, bu helikopterin əsaslı şəkildə modernləşdirilmiş "Super Hind Mk.III" versiyasına malikdir. Həmin ölkələr Azərbaycan və Əlcəzairdir.

Bu barədə hərbi tematika üzrə ixtisaslaşmış "War is Boring" portalının məqaləsində bildirilir. Mi-24 vertolyotlarının "Super Hind" versiyasını Cənubi Afrikanın "Advanced Technologies and Engineering" (ATE) şirkəti həyata keçirib. Bu modernizasiya nəticəsində helikopterin taktiki-texniki göstəriciləri və döyüş qabiliyyəti əsaslı şəkildə dəyişib.

ATE şirkəti təxminən 20 il əvvəl fəaliyyətə başlayıb, əvvəlcə "Mirage F1" təyyarələri də daxil olmaqla bəzi hava döyüş maşınları üçün avionika və silahlanma proqramlarında iştirak edib. 90-cı illərin ortalarında Mi-24 vertolyotlarının modernizasiyasına maraq göstərib.Helikopterə əlavə silah və cihazlar yükləmək əvəzinə onun çatışmazlıqlarını aradan qaldırmağa, maşını manevr imkanlarını məhdudlaşdıran artıq çəkidən azad etməyə çalışıb. Habelə onun gecə döyüş imkanlarını genişləndirib.

"Super Hind Mk.III"
"Super Hind Mk.III"
İlk dəfə 1999-cu ildə Əlcəzair özünün hərbi hava qüvvələrinin 34 Mi-24 helikopterinin "Super Hind Mk.II" səviyyəsində modernizasiyası üçün ATE şirkətinə sifariş verib. Bu versiyada modernizasiya helikopterdə sovet silahlarının saxlanılmasını, lakin Cənubi Afrika texnologiyalarına əsaslanan tuşlama sistemlərinin quraşdırılmasını nəzərdə tuturdu. Şirkət bir neçə helikopterdə köhnəlmiş sovet avionikasını söküb və onun yerinə müasir cihazlar quraşdırıb. Nəticədə helikopterin çəkisi 1800 kiloqram azalıb və manevr imkanları artıb. Helikopterdə əlavə tank əleyhinə raketlər və 20 millimetrlik pulemyot quraşdırılıb. Əlcəzair bu modernizasiyadan məmnun qalaraq helikopterin silahlanmasını da tamamilə yeniləməyi sifariş edib. Beləliklə bu ölkənin 34 Mi-24 helikopterin hamısı "Super Hind Mk.III" səviyyəsinə qədər modernizasiya olunub.

2000-ci illərin ortalarında şirkət Ukraynanın AVİAKON müəssisəsi ilə tərəfdaşlıq qurub və Azərbaycandan sifariş alıb. Şirkət Azərbaycan Hərbi Hava Qüvvələrinin 10 Mi-24 helikopterini Ukraynada "Super Hind Mk.III" səviyyəsində modernizasiya edib. Lakin Azərbaycan tərəfi helikopterdə Cənubi Afrika yox, Ukrayna raketlərinin quraşdırılmasına üstünlük verib.

34 Mi-24
34 Mi-24
Nəhayət ruslar ATE şirkətinin "Mi" seriyasından helikopterin modernizasiyası sahəsində onların bazarına girməsindən duyuq düşüb və potensial müştərilərə təzyiq göstərilib. ATE şirkəti təzyiqlərə və rəqabətə davam gətirməyərək müflisləşmə həddinə çatıb, bu yaxınlarda isə "Paramaunt" şirkəti tərəfindən alınıb.

Nəticədə Azərbaycan və Əlcəzair hazırda dünyada Mi-24 helikopterinin ən uğurlu, ən modern versiyası olan "Super Hind Mk.III" versiyasına malikdir.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu bu helikopteri təmas xəttinin Füzuli-Xocavənd istiqamətində düşmən müdafiəsinin darmadağın edilməsi üçün məhdud ölçüdə tətbiq edib. Helikopterlərdən biri vurulub.

Mənbə: virtualaz.org


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2384   Tarix: 07 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021