Azərbaycanda qorxunc olay: inanılmaz silahlar aşkar şəkildə satılır - Qiymətlər - FOTOFAKT

Azərbaycanda alışı, satışı və istifadəsi qanunla qadağan edilən soyuq silahlar, beşbarmaq, qələm formasında olan gözyaşardıcı qazlar sosial şəbəkədə açıq şəkildə satışa çıxarılıb. İnstaqramda "1001_online_magaza" adlı səhifədə istənilən forma, dizayn və ölçüdə beşbarmaq, bıçaq, habelə soyuq silah sayıla biləcək digər vasitələr almaq mümkündür. Bundan əlavə, səhifədə gizli kamera və digər vasitələr də satılır.

Səhifədə bıçaqlar 20-60 manat, beşbarmaq 50-65 manat, elektroşok 95, gizli kamera 100-160 manat, mini deşici tir 45-50 manata təklif olunur.

Açıq formada satışı həyata keçirilən bu məhsullara maraq da az deyil. Satışa çıxarılan bütün əşyanın şəklinin altındakı şərh və bəyənmə sayları məhsulun alıcılarının olmasından xəbər verir. Hər bir silahın altına onun qiyməti və onun barəsində məlumatlar qeyd edilib. Eyni zamanda bu məhsulların satışının qadağan olunması barədə bəzi istifadəçilər tərəfindən şərhlər yazılıb.

Lakin görünən odur ki, silahları satanlar üçün nə bu şərhlər, nə də qadağalar önəm daşıyır. Qanunvericilikdə isə bu şəxslərə qarşı konkret cəza müəyyən edib.

Keçmiş polis rəisi Mahmud Hacıyev Publika.az-a bildirib ki, soyuq silah hesab ediləcək bıçaq, beşbarmağı satanlar cinayət məsuliyyətinə cəlb edilməlidir:

"Saytlarda satılan bıçaqların soyuq silah olub-olmaması kriminalistik ekspertiza tərəfindən müəyyən edildiyi halda Cinayət Məcəlləsinin tələbinə uyğun olaraq onu satanlar cəzalandırılmalıdır. Çünki Məcəlləyə görə, soyuq silahların alışı, satışı və gəzdirilməsi qanunla qadağandır.

Bıçaqların soyuq silah olun-olmadığını müəyyən etmək heç də çətin deyil. Bunun üçün Daxili İşlər və Ədliyyə Nazirliyində bu işlə məşğul olan mütəxəssislər var. Kriminalist bıçağın şəklinə baxan kimi soyuq silah hesab edilib-edilməməsi barədə rəy verə bilər.

Beşbarmaq isə qanunla tam qadağan edilmiş soyuq silahdır. Onun satışı, gəzdirilməsi artıq cinayət məsuliyyətidir".

M.Hacıyev bildirib ki, bu silahları satanların şəxsiyyətini müəyyən etmək heç də çətin deyil:

"Onlayn mağaza olsa belə, müvafiq qurumlar tərəfindən həmin səhifənin idarəçilərini tapmaq mümkündür. Hətta məxfi əməliyyat belə təşkil edilə bilər. Alıcı kimi onu sifariş verə və alış prosesində onu satanlar istintaqa cəlb edilə bilər. Üstəlik, bu səhifələr media nümayəndələri tərəfindən aşkarlana bilirsə, hüquq-mühafizə orqanlarının müəyyən etməsi heç də çətin deyil".

Qanuna əsasən, soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.

Cinayət Məcəlləsinin 228.4 maddəsinə görə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddədə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna təşkil edir.

Azərbaycanın Konstitusiyasında şəxsi həyatın toxunulmazlığına zəmanət verilir: şəxsin icazəsi olmadan foto və video çəkilişlərin aparılması və bundan ona qarşı istifadə edilməsi qadağandır.
Azərbaycanda qorxunc olay: inanılmaz silahlar aşkar şəkildə satılır - Qiymətlər - FOTOFAKTAzərbaycanda qorxunc olay: inanılmaz silahlar aşkar şəkildə satılır - Qiymətlər - FOTOFAKTAzərbaycanda qorxunc olay: inanılmaz silahlar aşkar şəkildə satılır - Qiymətlər - FOTOFAKTAzərbaycanda qorxunc olay: inanılmaz silahlar aşkar şəkildə satılır - Qiymətlər - FOTOFAKTAzərbaycanda qorxunc olay: inanılmaz silahlar aşkar şəkildə satılır - Qiymətlər - FOTOFAKTAzərbaycanda qorxunc olay: inanılmaz silahlar aşkar şəkildə satılır - Qiymətlər - FOTOFAKTAzərbaycanda qorxunc olay: inanılmaz silahlar aşkar şəkildə satılır - Qiymətlər - FOTOFAKTAzərbaycanda qorxunc olay: inanılmaz silahlar aşkar şəkildə satılır - Qiymətlər - FOTOFAKT


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3251   Tarix: 08 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yolda düşürdüyü sərnişini geri qayıdanda vurub öldürdü

Bu ilin iyununda Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınan piyada 1985-ci il təvəllüdlü Elmir Ağamalıyevin ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, ehtiyatsızlıqdan zərərçəkmişin ölmünə səbəb olan 199-cu il təvəllüdlü Nica

17 dekabr
.

Bu toyuqları almayın - AÇIQLAMA

Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər. xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssisi Ağa Salmanovun sözlərinə görə, risk əsasən istehsal, saxlanm

21 dekabr
.

Ferması yanan kişinin sözləri diqqət çəkib

Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda Niyazi Cengizə məxsus boş hind quşu fermasında baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb. türk mediasına istinadən xəbər verir ki, Mudurnunun Hacıhalimlər kəndində yerləşən və 7 min tutumlu olan boş hind quşu fermasında naməlu

18 dekabr
.

Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb

Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb. Həmin evdə usta kimi işləyən şəxs ev sahibini

20 dekabr
.

Qəzada ölən dostlarını avtomobildə qoyub qaçdılar

Ədirnədə baş verən yol-nəqliyyat hadisəsində 18 yaşlı gənc həyatını itirib. Hadisə Edirnə mərkəzinə bağlı Üyüklütatar kəndi ərazisində qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, 18 yaşlı İsa Özerin idarə etdiyi 16 APR 045 dövlət nömrə nişanlı avtomobil güclü duman səbəbində

18 dekabr
.

16 yaşlı qız evdə başından güllələnmiş halda tapıldı

Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda 16 yaşlı qız uşağı evdə başından güllələnmiş vəziyyətdə aşkar edilib. Səhiyyə əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, yeniyetmə həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, 16 yaşlı A.C. ailə üzvləri tərəfində

17 dekabr
.

Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü: Hacıqabuldakı cinayətin TƏFƏRRÜATI

Bəhram Qəmbərlinin (ad-soyadlar şərtidir) münasibətindən şübhələndiyi üçün onları qanunsuz olaraq silah gücü ilə azadlıqdan məhrum edib. -a istinadla xəbər verir ki, ötən il baş verən hadisə ilə bağlı məhkəmə prosesi bu həftə başa çatıb. Hacıqabul Rayon Məhkəməsinin hökmünə əsasən, Ş.Valehov 5 il müddətin

20 dekabr
.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17 dekabr
.

Qaradağ rayonunda 48 ədəd kombi oğurlayan şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1 400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarını

20 dekabr