"Azadlıq" qəzeti 10 günə bağlana bilər
"Azadlıq" qəzeti fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib.
"Azərbaycan" nəşriyyatından redaksiyaya daxil olan xəbərdarlıq məktubunda deyilir ki, qəzet borcunu ödəməsə, sentyabrın 21-dən çapı dayandırılacaq.
Bu barədə qəzetin internet səhifəsində məlumat yayılıb.
Nəşriyyatın iddiasına görə, qəzetin çap xərclərinə görə 19220 manat, kommunal xərclərə görə isə 1065 manat borcu var.
Qəzet bildirir ki, borc redaksiyanın məsuliyyətsizliyi və ya məqsədli şəkildə ödəmədən yayınma nəticəsində yaranmayıb. Buna səbəb kimi "Qasid" yayım firmasının "Azadlıq" qəzetinə olan 70 min manat borcunu ödəməkdən imtina etməsi göstərilir.
Məlumatda o da bildirilir ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu gündəlik 50 nüsxə satılmayan qəzetlərə külli miqdarda vəsait ayırdığı halda, "Azadlıq" bundan da məhrum edilib.
Azərbaycanın müstəqillik dövrünün ilk müstəqil rəsmi nəşri olan "Azadlıq" qəzeti 1988-ci il dekabrın 24-dən çap olunur. Bundan öncə də "Azadlıq" dəfələrlə nəşriyyata borcuna görə bağlanmaq təhlükəsi ilə üzləşib. Əksər hallarda oxucuların, ictimai fəallar və digər vətəndaşların maddi dəstəyi ilə bu təhlükədən qoruna bilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1410 Tarix: 11 sentyabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ailəsi o qızı təhsildən belə yayındırıbmış - Rəsmi
Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz rayonu sakini olan qız şagird Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsində
16 dekabrBir neçə gün əvvəl əməliyyat olunmuşdu, bu gün vəfat etdi - Foto
Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş 22 yaşlı qadın vəfat edib. "Qafqazinfo" xəbər verir ki, rayonun Qarasu kənd sakini 22 yaşlı Məleykə Nurməmmədova mərkəzi rayon xəstəxanasında bir neçə gün əvvəl ginekoloji kista əməliyyatı edilib. Bu gün xəstəxanada onun vəziyyəti kəskin pisləşi
16 dekabrÖlkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi
Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki
16 dekabr"NN Park" şirkətinin işçisi dələduzluğa görə həbs edildi
"Uber" şirkətlərinin partnyoru olan "NN Park" şirkətinin texniki işçisi dələdzuluq cinayətinə görə həbs edilib. Qaynarinfo xəbər verir ki, Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Vüqar adlı həmin şəxsə 2 il müddətinə azadlıqdan məhrumetm
17 dekabrBu klinika sertifikatsız xidmət göstərirmiş
Səhiyyə Nazirliyi "Atlas Medical Center"də plandankənar yoxlama keçirib. Teleqraf-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı sözügedən özəl klinikada sertifikatsız pediatriya işi üzrə özəl praktik tibb fəaliyyətinin faktı aşkarlanıb. Nazirlik tərəfindən buna görə klinika barədə protokol tərti
17 dekabr"Diş müalicəsinin qiymətləri avtomobil qiymətini ötüb" - VİDEO
Özəl klinikalardan birində diş müalicəsi etdirən vətəndaş ödədiyi məbləğin illər əvvəl aldığı avtomobilin qiymətinə bərabər olduğunu bildirib. türk mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, çənə açıqlığının dar olması səbəbindən dövlət xəstəxanasında müalicə ala bilməyib və məcbur qalara
17 dekabrBir ailənin 4 üzvü dəm qazından zəhərləndi
Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Hadisə dekabrın 16-da Qovlar şəhərində baş verib. Qəsəbə sakinləri 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilmiş vəziyyətləri qənaətbəxşdir
17 dekabr