Evində əxlaqsızlıq yuvası saxlayan yaşlı qadına şok bəraət
Şamaxı rayonunun Çağan kəndində anadan olmuş 1959-cu il təvəllüdlü Məfkurə Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məfkurə Mustafayeva yaşadığı Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi-88 ünvanda fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edib.
Həmin əxlaqsızlıq yuvasına müştəri kimi gedən Şamaxı şəhər sakini Adil Paşayev Sabirabad rayon sakini Ətayə Məmmədova (Ad və soyadlar şərtidir) ilə intim əlaqədə olmaq istəyib.
Məfkurə Mustafayeva qadınla intim əlaqədə olmağa şərait yaradılması üçün Adil Paşayevdən 50 manat almaq barədə razılığa gəlib.
50 manatı alan Məfkurə onları evinin ayrıca otağına aparıb. Bu zaman Şamaxı rayon polis şöbəsinin əməkdaşları ora gəliblər. Polislər evdə əməliyyat-axtarış tədbirləri aparıblar. "Qonaqlar"ın intim əlaqədə olduğu təsdiqlənib.
Məfkurə Mustafayeva Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham edilib.
Şamaxı rayon Məhkəməsinin hökmü ilə Məfkurə Mustafayevanın aylıq qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Onun cəzasının əvvəlinin işlədiyi və qazancından pul tutulmalarının aparıldığı vaxtdan hesablanması qərara alınıb.
Həmin hökmdən narazı qalan Məfkurə Mustafayeva apelyasiya şikayəti verib. O, günasız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Sumqayıt Apelyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məfkurə Mustafayevanın ittiham olunduğu Cinayət Məcəlləsinin 244.1-ci maddəsi sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
Bu qərardan prokuror narazı qalıb və kasasiya protesti verib. Prokuror protestində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasını, Məfkurə Mustafayevanın barəsində ittihamedici hökm çıxarılmasını istəyib.
Prokurorluğun protestinə Ali Məhkəmədə, hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorluğun protestini təmin edib, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib.
Bu dəfə apelyasiya instansiyasında Məfkurə Mustafayevanın işinə hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada baxılıb.
Hakim kollegiyası yenidən Məfkurə Mustafayevanın barəsində bəraət hökmü çıxarıb.
Mənbə: teleqraf.com
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3034 Tarix: 16 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Həvəskar futbolçu evində ölü tapılıb
Şişlidəki gecə klubunda mühafizəçi olan həvəskar futbolçu İran əsilli 39 yaşlı Seyedmojtaba Hashemi yaşadığı mənzilin mətbəxində ölü tapılıb. türk mediasına istinadən xəbər verir ki, qan içində tapılan Haşiminin meyitində heç bir hücum və ya kəsik əlaməti olmayıb. Onun meyiti dəqiq ölüm səbəbinin müəyyə
11 aprelNaviqasiya proqramının göstərdiyi yolla gedən taksi körpüdən aşdı
İndoneziyada bir sürücü avtomobillə Google xəritəni izləyərək yol gedərkən körpüdən aşağı aşıb. türk mediasına istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Rudie Heru Komandono və sərnişini hadisədən yüngül xəsarətlərlə xilas olublar. Belə ki, naviqasiya proqramının göstərdiyi yeni və yarımçı
9 aprelAyı hücumuna məruz qalan qadının başı tapılıb
Rusiyanın Sverdlovsk vilayətində vəhşi ayının hücumuna məruz qalan qadın ölüb. xarici mediaya istinadən xəbər verir ki, Anastasiya adlı gecə saat 01:00 radələrində Serov rayonundan Novaya Kola kəndinə gəzintiyə çıxıb.Qadının buzlu yolda gedərkən son anları təhlükəsizlik kameralarına düşüb. Bu görüntülərdə
10 aprelBiabırçılığını şou kimi təqdim edən dönərxana sahibi cərimələndi - VİDEO
Adanada Salih Usta adlı şəxsin sosial şəbəkədə paylaşdığı toyuq dönəri videosu gigiyena qaydalarına məhəl qoymadığı səbəbiylə böyük reaksiyalar alıb. türk mediyasına istinadən xəbər verir ki, videoda dönərin əlcək taxaraq "təmiz və təhlükəsiz" olduğunu iddia edən aşpaz ayaqqabısı ilə dönə
9 aprelVillanın bağçasına əl qumbarası atdılar - VİDEO
Dünən saat 03:30 radələrində İstanbulun Sarıyer mahalına bağlı Ferahevler Məhəlləsində qorxu dolu anlar yaşanıb. xarici mediyaya istinadən xəbər verir ki, əldə edilən məlumata görə küçədə villaların yerləşdiyi əraziyə motosikletli və dəbilqəli iki şübhəli gələrək bir müddət ətrafda gəziblər. Onlarda
11 aprelMəşhur müğənni gecə klubunda həyatını itirib
Dominikan Respublikasının paytaxtı Santo Dominqoda məşhur gecə klubunun damı uçub. türk mediasına istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 02:00 radələrində "Jet Set" əyləncə məkanında baş verib. Dağılma zamanı rəqs meydançası dolu idi və canlı musiqi nümayişi davam edirdi
9 aprelProqramçının meyitini parçalayıb evinin havalandırma boşluğunda gizlətdilər
Türkiyədə həyat yoldaşının itkin düşdüyünü bildirdiyi proqramçının meyiti evinin havalandırma şaxtasında parçalanmış və torpaqla örtülmüş halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Qaziantepin Kavaklık Məhəlləsində baş verib. M.İ. (30) polis bölməsinə gedərək əri Ömər İzzetoğlunu
9 aprel