Bir neçə saata müharibə başlayacaqdı - Türkiyəyə qarşı çirkin oyunun şifrələri

Suriya ordusunun Afrinə girəcəyi barədə dünən yayılan xəbər gündəmi bir anda dəyişdi. Afrində Azad Suriya Ordusu ilə birlikdə "Zeytun budağı" əməliyyatı həyata keçirən Türkiyənin bu xəbərə reaksiyası olduqca sərt oldu.

Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirdi ki, Bəşər Əsəd rejimi YPG-ni qorumaq üçün Afrinə girərsə, Türkiyəni kimsə dayandıra bilməz.

"Rejim qüvvələri YPG-ni təmizləmək üçün girərsə, bir problem yoxdur. Əgər YPG-ni qorumaq üçün girərsə, o halda türk əsgərini kimsə dayandıra bilməz. Bu, Afrin üçün də, Münbiç üçün də, Fəratın şərqi üçün də etibarlıdır", - nazir bildirib.

Ardınca Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə Ankarada keçirilən mətbuat konfransında rejim qüvvələrinin Afrinə daxil olacağı barədə xəbərlərin əsassız olduğunu söylədi. Və xəbərdarlıq etdi ki, Suriya PYD/YPG terrorçularını qorumaq üçün Afrinə qoşun yeritsə, bu, fəlakətə səbəb olacaq, həmçinin Suriyanın parçalanmasına gətirib çıxaracaq.
Axşam saatlarında isə mövzu ali səviyyədə müzakirə edildi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında dünən baş tutan telefon tanışıqlarının Ankara Moskva üzərindən Dəməşqə növbəti dəfə xəbərdarlıq etdi.

Türkiyə KİV-i xəbər verir ki, Rusiya lideri Ərdoğana Afrin mövzusunda təminat verib. Ərdoğanın Suriya qüvvələrinin Afrinə daxil olmasının ağır nəticələrinin olacağını bildirməsindən sonra, Putin "belə bir şey olmayacaq" şəklində cavab verib.

Bu gün isə Mövlud Çavuşoğlu Suriya rəhbərliyinə aid qüvvələrin Afrinə daxil olmadığını və rejimin Afrinlə bağlı dilemma qarşısında olduğunu söyləyib.

Amma sonradan "Suriya ordusu Afrinə girəcək" yalanının arxasında əslində, Türkiyəyə qarşı çirkin bir planın olduğu ortaya çıxdı.

Publika.az xəbər verir ki, "Haber7" saytının yazdığına görə, Dəməşq "Afrini PKK/PYD-dən təhvil alma" yalanı ilə terror təşkilatına dəstək üçün şəhərə əlavə qüvvələr göndərib.

Xəbərə görə, "Zeytun budağı" əməliyyatı ilə strateji nöqtələrlə birlikdə Afrinin mərkəzini itirəcəyini anlayan terror təşkilatı PYD/PKK və təşkilatı "ABŞ başda olmaqla, xarici ölkələrin maraqlarına xidmət edən vətən xaini" elan edən Bəşər Əsəd rejimi Türkiyəyə qarşı bir daha birləşib. Ata Əsəd dövründə də Suriyanın PKK üçün sığınacağa çevrildiyini deyən ekspertlər Münbiçdə də rejimin PYD/PKK üçün qalxan olduğunu xatırladıblar. Lakin onların sözlərinə görə, Türkiyə Afrində bu oyuna getməyəcək.

Ehtiyatda olan polkovnik Nejat Özden bildirib ki, Türkiyə ordusu və Azad Suriya Ordusu Afrində 14-ü strateji olmaqla, 80-nə yaxın nöqtəni tutub. Sonuncu strateji nöqtə kimi Cinderesin qaldığını deyən polkovnikin sözlərinə görə, indi oradan da çəkilirlər və Cinderesin itirilməsi hərbi baxımdan Afrinin itirilməsi deməkdir. O bildirib ki, Dəməşqi narahat edən məqam da məhz budur.

"PYD ilə Əsəd rejimi arasındakı "döyüş" onsuz da bir teatr idi. Münbiçdə oynanılan oyun artıq Afrində oynanılır. Rejim qüvvələri PYD və Azad Suriya Ordusu arasında yerləşdirilərək terrorçuların mühafizəsi təmin edilir. "Afrində rejim qüvvələri var" deyərək əməliyyatın dayandırılmasından söhbət gedə bilməz. Afrin 35 ildir ki, PKK-nın Türkiyəyə hücumlarına qarşı keçid nöqtəsidir. Suriyanın şimalında PKK dəhlizinin mərkəzi Afrindir", - o bildirib.

Professor Məsud Hakkı Casın qeyd edir ki, Bəşər Əsəd rejimi Türkiyəni tələyə salmağa çalışarsa, bu onun sonu olar. O, "Zeytun budağı" əməliyyatının Afrin təmizlənənə kimi davam edəcəyini vurğulayıb.

Ehtiyatda olan polkovnik, təhlükəsizlik mütəxəssisi İbrahim Keleş 2012-ci ildə rejim qüvvələrinin bir güllə atmadan belə Afrinin terror təşkilatına təslim edildiyini xatırladıb.

"Azad Suriya Ordusu kimi real Suriya müxalifətinin Afrində söz sahibi olması həm PYD, həm də Əsədin planlarını məhv etdi. PYD orada mühafizəçi idi. Əməliyyatımız uğurlu olduğu üçün rejim yenidən səhnəyə çıxdı. Münbiçdə də eyni taktikanı tətbiq etmişdilər. Türkiyə Əl-Babdan Münbiçə yönəldiyində bir ovuc rejim əsgəri araya girdi və PYD/PKK üçün qalxan oldular. Afrində də eyni taktika. Türkiyə bu oyuna gəlməz", - təhlükəsizlik mütəxəssisi söyləyib.

Mənbə: publika.az
Bir neçə saata müharibə başlayacaqdı - Türkiyəyə qarşı çirkin oyunun şifrələriBir neçə saata müharibə başlayacaqdı - Türkiyəyə qarşı çirkin oyunun şifrələri


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2663   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel