Mədə ağrısından, qıcqırmadan və köpdən 90 saniyədə xilas olun

Mədə ağrısından, qıcqırmadan və köpdən 90 saniyədə xilas olunHər kəs bir-birindən dadlı, ləzzətli yeməkləri sevir. Amma təssüf ki, mədə-bağırsaq sistemimizdə zaman-zaman meydana çıxan bəzi xəstəliklər orqanizmimizdə fəsadlara yol açır.

Xora xəstəliyi: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi - bütün orqanizmin xronik xəstəliyidir. Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəlik tsiklik gedişli olub, müxtəlif müddətli kəskinləşmə (residivlə) və remissiyalarla keçir.

Xora xəstəliyi, irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidalar yedikdə, spirtli içkilər içdikdə, papiros çəkdikdə və sinir-psixi gərginlikdən baş verə bilər.

Hər gün bunlara diqət etmək lazımdır. Bunlar mədəmizin düşmənləridir:

Tünd çay və çox qəhvə içmək: Əgər çay içməyi çox sevirsinizsə, gündə 2-3 stəkan açıq çay için. Çay və qəhvəni bitki çayları ilə əvəzləyə bilərsiniz.

Uzun müddət ac qalmaq: Az-az amma tez-tez yemək prinsipinə əməl edin. Bu cür qidalanmaq mədə üçün daha xeyirlidir.

Siqaret çəkmək: Xüsusilə ac qarına çəkilən siqaret mədə qanaması və xorasını sürətləndirir.

Tez-tez yemək yemək: Tələsik qidalanmaq turşu ifraz olunmasını və mədə hərəkətlərini artırır.

Acılı yeməklər: Qırmızı bibər, qara bibər və istiot kimi acı ədviyyatlar mədəyə ziyan vurur.

Çox duzlu qidalarla qidalanmaq: Gündə 6 qramdan çox duz istifadə etməyin.

Müalicəsi:

Əsasən, pəhriz saxlamaq, mədə şirəsini artıran qidaları (ədviyyatlı və ekstraktiv qidalar, konservlər və s.) qida rasionundan çıxarmaq. Süd və süd məhsulları yemək, mədə turşuluğunu neytrallaşdıran (vikalin, almagel), mədə sekresiyasını azaldan (atropin, belloid), spazmı aradan qaldıran (noşpa, papaverin), sinir sistemini sakitləşdirən (brom preparatları), xoranın sağalmasını sürətləndirən preparatlardan istifadə etmək.

Mədədə ağrılar heç də heç nədən yaranmır. Əksər hallarda buna səbəb qastrit olur. Qastrit kəskin və xroniki olur. Kəskin şəkildə qastrit zəhərlənmə, çoxlu qidadan yaranır. Kəskin qastritə əsasən sinir sistemi zəif olan və mədə turşuluğu yüksək olan insanlar məruz qalır. Xroniki qastritə gəldikdə isə buna alkoqol, siqaret və düzgün olmayan qida qəbulu daxildir.

Hər bir halda bu xəstəliyi olan insanlar mütəmadi olaraq mədə nahiyəsində ağrılar hiss edirlər. Bu ağrılardan azad olmaq istəyirsiniz isə mütləq qastroenteroloqa müraciət edin ki, o sizə düzgün müalicə və pəhriz təyin edəcəkdir.

Lakin insanlar özünü də xalq təbabətindən istifadə edərək müalicə edə bilər. Bu məqalədə bundan söz açırıq.

Kartof şirəsi

Çiy kartofun şirəsi mədə ağrılarına qarşı ən effektiv vasitələrdəndir. Hətta bu şirə nəinki qıcqırma zamanı hətta xroniki qastrit zamanı da xeyirlidir. Stəkanın 1/4 hissəsi qədər yeməkdən əvvəl gündə 4-5 dəfə qəbul etmək lazımdır. Üç həftədən sonra ağrılar keçdikdən sonra kartof şirəsinin qəbulunu gündə 2 dəfə qədər azaltmaq lazımdır.

Bitki qarışığı

Müxtəlif bitki qarışıqları da mədə ağrılarını sakitləşdirə bilər. Problemi həll etmək üçün sıradakı eyni ölçüdə bitkilərə ehtiyac var: çobanyastığı, gövhərnanə, qatırquyruğu, şüyüd toxumu və cirə. Bunları qarışdırdıqdan sonra iki çay qaşığı bitkinin üzərinə qaynar su əlavə edin və 20 dəqiqə dəm almağa qoyun. Dəmlənmiş ot çayını səhər və axşam 100 ml içmək lazımdır. Bütün narahatçılıqlarınız üç həftəyə yoxa çıxacaq.

Qastritə qarşı sıyıq

İlk öncə çobanyastığından cövhər hazırlanmalıdır. Bir qaşıq çobanyastığı gülünü bir stəkan qaynar suda bir saat dəmləyin. Alınan cövhərin içinə 4 x/q qerkules əlavə edin və yulafın şişməsini gözləyin. Lakin bu sıyığı ən azı iki ay yemək lazımdır, səhər yeməyi. Ağrılar isə artıq 3 gündən sonra keçəcək. (saqlamheyat.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 10124   Tarix: 02 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Magistratura üzrə imtahan nəticələri AÇIQLANDI

Ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələri elan edilib. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırılabilən açıq tipli tapşırıqlar (95 tapşırıq

16 iyun
.

"Samur" sərhəd komendantlığı xidməti istifadəyə verilib

16 iyun 2026-cı il tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan "Samur" sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib. xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirili

16 iyun
.

Ağızdan gələn xoşagəlməz qoxunun əsas səbəbləri nələrdir? - AÇIQLAMA

"Ağızdan gələn xoşagəlməz qoxu (halitoz) gündəlik həyatda insanların ünsiyyətinə mənfi təsir göstərən geniş yayılmış problemlərdən biridir. Bu problemin əsas səbəbi çox vaxt düşünüldüyü kimi mədə deyil, ağız boşluğunda baş verən dəyişikliklərdir". Bu sözləri -a Tibb üzrə fəlsəfə doktoru, həki

16 iyun
.

Məzar yerləri tükəndi: Fransanın bu şəhərində ölmək "qadağan edildi"

Məzar yerləri tükəndi: Fransanın bu şəhərində ölmək "qadağan edildi". Fransanın Le-Lavandu şəhərində yerli hakimiyyət bir vaxtlar qalmaqallı və simvolik qərar qəbul edərək faktiki olaraq "ölməyi qadağan edib". Formulun absurd görünməsinə baxmayaraq, bunun arxasında real problem dayanırd

16 iyun
.

"Əvvəl uşaqları göndərirdilər, indi isə..." - Yay düşərgələri niyə bağlanıb? - VİDEO

Sovet dövründə Azərbaycanda fəaliyyət göstərən 56 pioner düşərgəsi müstəqillik illərində tədricən fəaliyyətini dayandırıb və hazırda Pirşağıdakı "Lokomotiv" düşərgəsi də daxil olmaqla onların əksəriyyəti baxımsız vəziyyətdədir. Baku TV-yə istinadən xəbər verir ki, keçmişdə uşaqların yay tətillərin

16 iyun
.

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

Dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilir. xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik təklif edilir. Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirə olunub

16 iyun
.

Sosial mediada etiraz dalğası yaradan iş elanı - FOTO

Türkiyənin İzmir şəhərinin Çiğli rayonunda fəaliyyət göstərən bir şirkətin ofis üzrə inzibati köməkçi vakansiyası üçün paylaşdığı iş elanı geniş müzakirələrə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, elana əsasən, vakansiyaya yalnız 18-40 yaş aralığında olan qadın namizədlər müraciət edə bilər

16 iyun
.

Şəki sakininin keçmiş qayınanası və arvadını öldürməsinin SƏBƏBİ - DƏHŞƏTLİ TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda qeydə alınan dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. Hadisə iyunun 14-də Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib. Şəki sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradəni qətlə yetirib. Hadisədən sonra V.Lütfəliye

16 iyun
.

"Emosiyaları boğmaq yox, idarə etmək lazımdır" - AÇIQLAMA

"Bəzi insanlar düşünür ki, emosiyaları idarə etmək hissləri boğmaq deməkdir. Xeyr, bu belə deyil. İnsan öz hisslərini tanımalı, anlamalı və onları uyğun şəkildə ifadə etməyi bacarmalıdır". Bu sözləri -a psixoloq Samirə Bağırova danışıb. O, açıqlamasında qeyd edib ki, insan hiss etdiklərin

16 iyun