Bu gün Azərbaycan musiqinin tacı - Üzeyir Hacıbəyovun doğulduğu gündür

Bu gün Azərbaycan musiqinin tacı - Üzeyir Hacıbəyovun doğulduğu gündürBu gün dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun doğum günüdür

Bu gün Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olmasının 127 ili tamam olur.

1885-ci il sentyabrın 18-də Şuşa qəzasına bağlı Ağcabədi kəndində anadan olmuş Üzeyir Hacıbəyov ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib. 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alan Hacıbəyov burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb.

Üzeyir Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs deyib, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirib.
Üzeyir bəy bədii yaradıcılığa publisistika ilə başlayıb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib.
Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 15-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.
Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazıb. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirib.

Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə edib.
Üzeyir Hacıbəyov Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun "Ər və Arvad" (1909, ilk tamaşası: 1910), "O Olmasın, bu Olsun" (1910, ilk tamaşası: 1911), "Arşın Mal Alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapıb. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyib. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynayıb, o, "Arşın Mal Alan" musiqili komediyasını məhz burada yaradıb.
Üzeyir bəy 1921-ci ildə Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil edib.
1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs deyib, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaradıb.

O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan Türk El Nəğmələri" məcmuəsini nəşr etdirib. Hacıbəyov 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestrini yaradıb.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaradıb.

O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olub. Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib.
Dahi bəstəkar Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş və Azərbaycan yenidən müstəqilliyə qoşulduqdan sonra yenidən rəsmi status verilən Azərbaycan dövlət himninin müəllifidir. Üzeyir Hacıbəyovun "Sənsiz", "Sevgili canan" romansları, "Çırğınırdı Qara dəniz" mahnısı, "Aşıqsayağı" kamera-instrumental əsəri, "Qaytağı" xoreoqrafik miniaturü və yüzlərlə digər əsərləri bu gün də musiqisevərlər tərəfindən sevə-sevə dinlənilir.

Dahi bəstəkarın anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilib. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd olunub. Üzeyir bəyin anadan olduğu Azərbaycanda Üzeyir Musiqi Günü kimi qeyd olunur.
Üzeyir Musiqi Günü münasibətilə Azərbaycanda hər il müxtəlif silsilə tədbirlər keçirilir.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 898   Tarix: 18 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəzənfər Abbasov: "...Özlərini pis günə qoyublar"

Əməkdar artist Babək Niftəliyev xanəndələrin geyimini tənqid edib. Xanəndə tədbirlərdə muğam ifaçılarının idman tərzində səhnəyə çıxmasının əleyhinə olduğunu bildirib:. "Dövlət tərəfindən milli musiqimizə böyük diqqət ayrılıb. Beynəlxalq müsabiqələrə ev sahibliyi edirik. Biz tələbələrlə danışand

31 oktyabr
.

Roza Cəlilovanın dəfn yeri dəyişdirildi

Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib. Bu barədə APA-ya nəvəsi Lalə Aslanur məlumat verib. O qeyd edib ki, nənəsi əvvəl deyildiyi kimi, II Fəxri xiyabanda deyil, vəsiyyətinə əsasən, Qurd qapısı qəbiristanlığında - qardaşının yanında dəfn olunacaq. Xatırladaq ki, Roza Cəlilova ilə vid

19 noyabr
.

Musiqimizi dünyada təmsil edən Emil Əfrasiyab: "Ermənilər azərbaycanlı olduğumu biləndə evimin şüşələrini sındırdılar"

Baku TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı Əməkdar artist Emil Əfrasiyab olub. O, ABŞ-də yaşadığı dövrdə ermənilərin qaldığı evə hücum etdiklərini söyləyib:. "2013-cü ildə Kaliforniya ştatının Berkli Universitetində təhsil almağa başladım. Orada olduğum müddət ərzind

30 noyabr
.

Mehriban Xanlarova buna görə bacısı qızından imtina edibmiş

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı Ayseldən imtina etməsinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktrisa bacısı qızının müğənnilik sevdasına düşdüyünü bildirib. O qeyd edib ki, məhz buna görə ondan üz döndərib:. "Bildiyiniz kimi, 06.12.2024 tarixində milyonları

31 oktyabr
.

Kredit götürmək istəyənlərin nəzərinə – Növbəti ildən...

Yeni il yeni planlar, yeni qayğılar deməkdir. Ona görə də hər kəs yeni ilə ciddi hazırlaşır. Bəs növbəti ildə bizi bank sektorunda hansı yeniliklər gözləyir?. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda kreditləşmə tempinin birrəqəmli göstəriciyə qədər yavaşlayacağını proqnozlaşdırır

6 dekabr
.

Fəxriyə Xələfova "Füsünkar İpək" kolleksiyasını təqdim etdi - VİDEO

Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova "Füsünkar İpək" adlı yeni moda kolleksiyasını təqdim edib. xəbər verir ki, Fəxriyə Xələfovanın kolleksiyası ənənəvi Azərbaycan ipək kəlağayısı ilə müasir axşam paltarlarının harmonik birləşməsindən ibarətdir. Bu ilhamverici sintez keçmiş və bu gün

11 dekabr
.

Boşandılar… - Teatrdan da getdi

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeva boşanıb. Axşam.az xəbər verir ki, bu haqda Səidə məlumat yayıb. "Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən getdim. Məni 10 illik ailəmi

14 dekabr
.

"Ənənəvi media rəqəmsal təzyiqlərə baxmayaraq, öz aktuallığını qoruyur" - AÇIQLAMA

Noyabrın 6-sı Azərbaycanda Televiziya və Radio işçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu tarix milli televiziya və radio yayımının inkişafında mühüm mərhələ hesab olunur. Müasir dövrdə isə media sahəsi sürətlə dəyişir, rəqəmsal platformalar ənənəvi medianın fəaliyyətinə birbaşa təsir göstərir

6 noyabr
.

Nazirlikdən Əməkdar artistin ölümü ilə bağlı nekroloq

Xəbər verdiyimiz kimi, Əməkdar artist Vahid Əliyev vəfat edib. -ın məlumatına görə, Mədəniyyət Nazirliyi aktyorun ölümü ilə bağlı nekroloq yayıb. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Teatr və kino sənətimizin sevilən nümayəndəsi, Əməkdar artist Vahid Əliyev uzun sürən xəstəlikdən sonr

6 noyabr